Azad — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilmişdir.[2]
Azad | |
---|---|
40°30′ şm. e. 46°21′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd 1949-cu ildə Xanlar rayonunun Azad kəndindən gəlmiş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdir. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər. Bununla bağlı azat/azad sözü "xırda", "kiçik" mənası ilə yanaşı "müstəqil, sərbəst" mənalarını kəsb etməyə başladı. Azad sözünün şəxs adı kimi istifadə edilməsi daha sonrakı dövrlərə aiddir. Azərb. toponimiyasında rast gəlinən Azad toponimləri və topokomponentlərinin böyük əksəriyyəti "xırda", "müstəqil" mənaları ilə izah olunur. Ermənistan ərazisində Azad (keçmiş Ağkilsə kəndinin 1935-ci ildən etibarən adı), Azatamut, Krımda Azat yaşayış məntəqələri qeydə alınmışdır.[3]
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 494 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |