Nareştar

Narınclar (əvvəlki adı: Nareştar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Narınclar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nareştar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Nareştar kəndi Narınclar kəndi adlandırılmışdır.[3] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Narınclar kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Narınclar
40°02′33″ şm. e. 46°24′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Narınclar xəritədə
Narınclar
Narınclar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin keçmiş adi Qoca Qurt olmuşdur. Oykonim təhrifə uğrayaraq Nareştar variantında da qeydə alınmışdır. 1992-ci ildə kəndin adı Narınclar kimi rəsmiləşdirılmışdır. Yaşayış məntəqəsi narişlar nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[5] Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

Aydoğan yurd, Qızılyoxuş yurdu, Dikdaş yurdu, Taxtalar yurdu, Taxtabuşduyal yurdu, Taxtabaşı yurdu, Pirin dağı yurd.

Qazı bulağı, Kor bulaq, Təhnəli bulaq, Qurban bəyin bulağı, Novruz çalanın bulağı, Göy bulaq, Təhməzin bulağı, Türvəndənin bulağı, Kup bulaq, Sızqa bulaq, Turş su, Hidinin bulağı, Sulu qaya.

Məşhur yerləri

[redaktə | mənbəni redaktə et]

Dəflər, Göydərə, Taxtapuşlu yal,Böyük Aşıq Səlim yurdu, Kiçik Aşıq Səlim yurdu, Pirin dağı,Qızıl yoxuş Aydoğan dağı, Yurdlar, Qanqallı, Saryal, Bacıxanımdüşən, Qərvənd yalı, Qırmızı güney, Böyükdüz, Əlinin yeri, Durağın yurdu, Adıgözəlin zağası, İbrahim düşən, Çoban yurdu, Yumrutəpə, Sarıqaya, Qaraqaya, Bulağın dərəsi, Qızıl yoxuş, Sulu Qaya, Xam Qaya, Duva Daşı, Plan qoyulan, Kəmərlər, Cındırlı Pir, Yasovullar, Battaxlı, Qaraqaya, Qərvənd Yurdu, Ağqaya, Gülmalıölən dərə, Qumqazılan, Xaçın çayı.[6]

Binələri və qışlaqları

[redaktə | mənbəni redaktə et]

Dəmirli tovla binəsi, Damlar binəsi, Qərvənd yurdu,Sırxavənd yurdu,Dəyirmanın üstü binə,Çala yurd,Dəflər,[6]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. Narınclar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  6. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]