Ağoğlançay

AğoğlançayHəkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Yuxarı axarında Minkənd və ya Əhmədli, aşağı axarında isə Zabux adlanır. Adını ərazidəki eyniadlı Ağoğlan dağından almışdır.[1]

Ağoğlançay
Ölkə
Mənbəyi Minkənd
Mənsəbi Həkəri

Ağoğlançay öz mənbəyini Minkənd ərazisindən götürür və Laçın şəhərinin cənubunda və Zabux kəndinin cənub-şərqində Həkəri çayına tökülür.

  1. Ağoğlançay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.