Zeyvə — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Zeyvə | |
---|---|
39°39′48″ şm. e. 46°25′12″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Zeyvə kəndi Qarabağ yaylasındadır. Kəndin yaxınlığındakı dağda üç hücrəli günbəz var. Yerli məlumata görə, bu günbəz əvvəllər divarla əhatəli olub. Burada sıldırım qayanın üstündə Zeyvə adlı qalanın xarabalıqları var.[2]
Zeyvə kəndi Qarıqışlaq kəndinin şimal-şərqində Qarıqışlaqdan 3 km yüksəklikdə yerləşir. Zeyvə kəndinin ərazisi orta əsr islam dini abidələri ilə daha çox zəngindir. Kəndin əraziləri tarixi baxımdan tam tədqiq edilməsədə buradakı kurqanların çoxluğu, plastik daş nümunələrinin mürəkkəbliyi daha çox maraq doğurur. Respublikamızda məşhur olan “Soltanbaba” və “Şeyx Aməd” türbələri məhz bu ərazidə yerləşir.
Bu ərazidə müsəlman dini abidələri, inanc yerləri, xüsusi ilə türbələr daha çoxdur.
Bu ərazini el arasında müqəddəs yer adlandırırlar. Belə ki əfsanəyə görə İmam Əli bu ərazidən keçərkən dağın zirvəsində atının ayağı dəydiyi daşdan bulaq çıxmışdır. Doğrudan da burada susuz çox uca bir dağın zirvəsində qaynayan bu bulaq ilahi bir möcüzə kimi burada qonaq olan hər kəsi heyrətləndirir. Bu bulağın adı el arasında “Əli bulağı” adlanır.
Zeyvə kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən müasir tipli balkonlu kənd evlərdən ibarət idi.
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |