Təbriz şəhərinin xronologiyası

Aşağıda İranın Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinin xronologiyası verilmişdir.

XV əsrə qədər

[redaktə | mənbəni redaktə et]
  • e.ə 714-cü il. – Şəhərin adı Assur kralı II Sarqonun epiqrafında qeyd edilmişdir.
  • Bizim eramız II–VII əsrlər İndiki Təbrizin ən erkən elementlərinin qurulması. Bəzi mənbələrdə eramızın III və IV əsrlərində erkən Sasanilər dövründə, bir digər mənbələrdə isə VII əsrdə tikildiyi iddia edilir.
  • B. E VIII əsr — Təbriz bazarının inşaasına başlanılır.
  • 858-ci il- Təbrizdə güclü zəlzələ baş verir.[1][2]
  • IX əsr — Təbriz Rəvvadi hakimliyinin mərkəzi olur.[3]
  • 981-ci il- Təbriz Rəvvadilər dövlətinin paytaxtı olur. Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz şəhristanının sahəsi 200 ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi.
  • 1041-ci il — Təbrizdə güclü zəlzələ baş verir.[1][2] Bu təbii fəlakətdən cəmi dörd il sonra Təbrizə gəlmiş səyyah Nasir Xosrov onun artıq böyük və abad bir şəhər olduğunu təsdiq edirdi.
  • 1055-ci il — Səlcuqluların Təbrizə ilk yürüşü.[4]
  • 1060-cı il — Səlcuqlular Təbrizə yenidən yürüş edirlər.
  • 1175-ci il — Təbriz Qızıl Arslan tərəfindən tutulur. AtabəylərAğsunqurilər tərəfindən bağlanan sazişlə Atabəylər dövlətinin tərkibinə daxil edilən şəhər dövlətin paytaxtlarından biri olur.
  • 1208-ci il- Şəhər Gürcü krallığı tərəfindən işğal edilir.[5]
  • 1221-ci il — Monqolların Təbrizə ilk yürüşü baş verir. Təbriz əhalisi təzminat ödəyərək işğaldan xilas olurlar.[6]
  • 1225-ci il — Təbriz Xarəzm qoşunları tərəfindən ələ keçirilir.[7]
  • 1228-ci il — Şəmsəddin əl-Tuğrai Təbrizə hakim təyin edilir.[7]
  • 1231-ci il — Təbriz şəhəri monqollar tərəfindən işğal edilir.[8]
  • 1275-ci il- Marko Polo Çinə səyahəti zamanı Təbrizdən keçmişdir. Marko Polo qeyd edirdi ki, Təbrizin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarətdir.
  • 1294-cü il- Keyxatu xanın əmri ilə Təbrizdə kağız pul- çao buraxılmağa başladı.
  • 1298-ci il — Şənbi-Qazan inşa edilir.[9]
  • 1299-cu il- Şəhər Elxanilər dövlətinin paytaxına çevrilir.[10]
  • Təbriz, Dəmir dövrü muzeyi
    1300-cü il — Rab-i Rəşidi (elmi mərkəz) inşa edilir.
  • XIV əsrin əvvəllərində — Təbrizin qala divarlarının uzunluğu 25 min addım (24 km), şəhərin ümumi sahəsi isə 36006 hektar idi.[11]
  • 1305-ci il — Qazaniyyə inşa edilir.
  • 1311-ci il — Əlişah Məscidi inşa edilir.[12]
  • 1314-cü il- Seyid Həmzə mədrəsəsi inşa edilir.[12]
  • 1320-ci il — Ərk qalası inşa edilir.
  • 1321-ci il — İtaliyan səyyah Odorik Perdenon Təbrizə səyahət edir. O yazır : "Yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin maldan olmasın."[11]
  • 1330-cu il — Dəməşqiyyə inşa edilir.[12]
  • 1356–1357-ci illər — Şəhər Müzəffərilərin hücumuna məruz qalır.[13]
  • 1357-ci il — Qızıl Orda xanı Canı bəy (1340–1357) yerli feodallarla əlaqəyə girdi və 1357-ci ildə Azərbaycan ərazisində ciddi müqavimətə rast gəlmədən Təbrizə daxil oldu.[14]
  • 1358-ci il — Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirir.[15]
  • 1367-ci il — Şeyx Üveysin Bağdada səfərindən istifadə edən Şirvanşah Kavus iki dəfə Təbrizə hücum edir.
  • 1370-ci il — İmarəti Şeyx Üveys inşa edilir.[12]
  • 1376-cı il — Şeyx Üveysin ölümündən sonra Şah Şüca Təbrizə yürüş edərək buranı ələ keçirir. Təbriz şəhəri 4 ay müddətində onun əlində qaldı.[16]
  • 1382-ci il- Təbrizə Sultan Əhməd hücumuna məruz qalır.
  • 1385-ci il — Şəhər Qızıl Orda xanı Toxtamış tərəfindən mühasirə edilir.[17]
  • 1387-ci il- Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkin hakimi Əmir Şəbli ittifaqa girərək Məhəmməd Dəvatinin üzərinə hücum etdilər, onu məğlubiyyətə uğradaraq Təbrizin idarəsini öz əllərinə aldılar.[18]
  • 1391-ci il — Mahmud Xalxali bura yürüş edərək, şəhərə daxil olur.
  • 1392-ci il- Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmalı oldu.[19]
  • 1392-ci il — Teymuri qoşunu Təbrizə daxil olur.[20][19]

XV–XVI əsrlər

[redaktə | mənbəni redaktə et]
  • 1404-cü ildə Təbrizdə olmuş ispan taciri Klavixo qeyd edirdi ki, şəhərdə 200 minədək ailə vardır.[21]
  • 1406-cı ildə Təbrizdə Əxi Qəssabın başçılığı ilə Teymuri hakimiyyəti əleyhinə üsyan baş vermişdi.[22]
  • 1406-cı il- Teymurilərin hakimiyyətinin zəifləməsindən faydalanan Sultan Əhməd qayıdıb Təbrizi ələ keçirdi və Cəlairi dövlətini bərpa etdi.[11]
  • 1406-cı ilin may ayında Şirvanşahın döyüşçüləri maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət altında birləşməsi demək idi.
  • 1410-cu il avqustun 30-da -Təbriz yaxınlığında, Əsəd qəsəbəsi kənarındakı döyüşdə keçmiş müttəfiqi Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Təbriz Qaraqoyunlu dövlətinin paytaxtı elan edildi.[23]
    Təbriz 1690-cı il
  • 1422-ci il — Şahrux Təbrizi tərk etdikdən sonra, Təbrizdə Qaraqoyunlu hakimiyyəti İsgəndər tərəfindən yenidən bərpa edilir.[24]
  • 1438-ci ilin baharında- Cahanşah bəzi Qaraqoyunlu və Şirvan əmirləri ilə birlikdə Ərdəbildən Təbrizə hərəkət etdi.[25]
  • 1465-ci il — Göy Məscid inşa edildi.[12]
  • 1467-ci ildə Təbrizdə üsyan baş verdi.
  • 1468-ci il — Uzun Həsən Təbriz şəhərini yeni dövlətin paytaxtı elan etdi.[26]
  • 1474-cü il — Venesiya senatı Ambroco Kontarini fövqəladə səfir kimi Uzun Həsənin yanına, Təbrizə çatır. Həmin ilin sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi.[27]
  • 1475-ci il - Məscidi Həsən şah və Maqsudiyyə inşa edildi.
  • 1483-cü il - Həşt- Behişt sarayı inşa edildi.
  • 1500-cü il- Təbriz əhalisinin sayı 300 min nəfərə çatmışdır. Əhalinin sayına görə Dünyada 5-ci yerdə idi.
  • 1501-ci il - İsmayıl təmtəraqla Təbrizə daxil oldu, adına xütbə oxutduraraq sikkə zərb etdirdi və Səfəvilər dövlətinin əsası qoyuldu. [28]
  • 1514-cü il sentyabr ayının 6-sı - Sultan Səlim Səfəvilər dövlətinin paytaxtına daxil oldu. [29]
  • 1530-ci il - Üləma bəy Təkəli şaha qarşı üsyan etdi, Təbrizi çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi.[30][31]
  • 1534-ci il iyunun 13-ü –Osmanlılar Təbrizi, sonra isə bütün Cənubi Azərbaycan vilayətlərini ələ keçirdi. Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri isə şəhərə sentyabrın 27-də çatdılar.
  • 1535 -ci il- Səfəvilər hakimiyyətdə.
  • 1535-ci il- Sultan Süleymanın II yürüşünə yenə Təbrizdən başladı.
  • 1539-cu il - Londonun "Viktoriya və Albert" muzeyində saxlanılan və dünya xalçaçılığı sənətinin incilərindən biri olan Təbriz xalçası toxunmuşdur.
  • 1548-ci il 2 iyun – Təbriz əhalisi Osmanlılara qarşı üsyan qaldırır. Səfəvilər yenidən hakimiyyətdə.
  • 1548-ci il - Səfəvi dövlətinin paytaxtı Təbrizdən Qəzvinə köçürülür.[32][33]
  • 1555-ci il - Amasiya müqaviləsinə görə Təbriz Səfəvilər dövlətinin hakimiyyətinə keçir. İskəndər bəy Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi qızılbaşların dilindən düşmür.[12]
  • 1562-ci il- Şəhərdə olmuş Cenkinson qeyd edir ki, "Təbriz Səfəvilərin ən iri şəhəridir". Lakin ingilis səyyahı əlavə edirdi ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdı".
  • 1571-1573-ci il - Təbrizdə üsyan baş vermişdir. Təbriz üsyanının təsiri nəticəsində I Şah Təhmasib şəhərə vergi toxunulmazlığı hüququ verdi və bu tədbir şəhərin sonrakı tərəqqisi üçün geniş imkanlar açdı.
  • 1585-ci il - Osman paşa 200-minlik ordu ilə Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufıyan-Təbriz istiqamətində yola düşür.
  • 1591-ci il - Təbrizdə yenidən üsyan baş verir.

XVII–XVIII əsrlər

[redaktə | mənbəni redaktə et]
  • 1603-cü il – Şah I Abbas şəhəri Osmanlılardan azad edir.
  • 1610-cu il – Quyucu Murad paşanın komandanlığı altında Osmanlı ordusu Səfəvilər üzərinə hücum edərək Təbrizə kimi irəlilədi. Təbriz şəhəri osmanlılar tərəfındən böyük dağıntılara məruz qalaraq yandırıldı.
  • Balaban və qavalın müşayəti ilə musiqi məclisi: Səfəvilər dövlətinin ikinci şahı I Təhmasibə kəniz tərəfindən bir piyalə şərab süzülərkən təsvir olunmuş minyatür.
    1611-ci il – Yenidən Səfəvi hakimiyyətinə keçdi.
  • 1634-cü il sentyabrın 11-i – IV Murad şəhəri ələ keçirdi. Lakin sentyabn 15-də ərzaq və ələfin çatışmazlığı, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi onları Təbrizdən çıxmağa məcbur etdi.[34]
  • 1636-cı il – Sahib əl Əmr məscidi inşa edildi.[35]
  • 1640-cı il- Təbrizdə böyük dağıntılara səbəb olmuş zəlzələ baş verdi.[34][36]
  • 1655 -ci il - Sadiqiyyə mədrəsəsi inşa edildi.[34]
  • 1673-cü il – Təbriz əhalisinin sayı 550 min idi. [37]
  • 1676-cı il - Talibiyyə mədrəsəsi inşa edildi.[34]
  • 1711-ci il- Təbrizdə üsyan baş verdi. Katolik missioneri Jozef Mari Təbrizdən vətəninə göndərdiyi məktubunda yazırdı ki, bu üsyan zamanı 3000 təbrizli qubernatorun (bəylərbəyinin) sarayına basqın etmişdir.
  • 1717-ci il - Rus elçisi A.P.Volinski Təbrizə gəldi. "Təbriz şəhəri iki dağ arasında olan rəvan yerdə salınmışdır. Onun uzunluğu beş verst, bəlkə də bir az çox məsafəni əhatə edir, eni bir verstə yaxındır. Deyilənlərə görə, burada 36000 yaşayış evi vardır. Tikintiləri daşdandır və yaşıllığa qərq olmuşdur".
  • 1721-ci il –Təbrizdə dağıdıcı zəlzələ nəticəsində 80 min əhali tələf oldu.
  • 1724-cü il - .Başda Abdulla Köprülü paşa olmaqla türk əsgərləri yenidən Təbriz şəhərinə yaxınlaşdılar. Təbrizlilər şəhəri təhvil verməzdən öncə Osmanlı komandanlığından ailələri və silahları ilə birlikdə şəhəri tərk etmək üçün icazə aldılar.
  • 1724/25 -ci il- Osmanlılar 200minə qədər şəhər əhalisini qılıncdan keçirdilər.
Təbriz şəhərinin xəritəsi XVI əsr
  • 1725-ci il - Təbrizdə Uzun Həsən və Mehdi Sahib əz-zaman məscidləri ətrafında bişmiş və çiy kərpicdən qala inşa olunmağa başlanmışdı.
  • 1730-cu il - Səfəvilər yenidən hakimiyyətdə. Osmanlı komandanlığı Təbrizi Səfəvi qoşunlarına təslim edərkən oradakı yeniçərlər yiyələndikləri malikanələrdən məhrum olduqları üçün qiyam qaldırmışdılar.
  • 1736-cı il- Əfşarlar hakimiyyətdə.
  • 1747-ci il – Təbriz xanlığı yaradıldı.
  • 1757-ci il- Məhəmməd Həsən xan Qacar şəhəri tutdu.[38]
  • 1762-ci il - Təbrizdə Zəndlər hakimiyyətə gəldi.
  • 1775-ci il - Yenidən zəlzələ baş verdi.[37]
  • 1780 – 28 fevral- Zəlzələ nəticəsində 200 min şəhər sakini tələf oldu. Şəhər əhalisinin sayı təqribən 30 min oldu.[10]
  • 1785 -ci il - Əhməd xan qarabağlı İbrahimxəlil xanın 385 qoşunları ilə birlikdə Təbriz qalasını mühasirəyə aldı.
  • 1799 – Qacar şahzadəsi Abbas Mirzə şəhərə hakim təyin edildi.

1808-ci il-  Təbrizin əhalisi 250 min nəfərə çatmışdı.

1817-ci il – Mətbəə fəaliyyətə başlayır.

1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu.

1828-ci il- Şəhər Qacarların hakimiyyətinə keçir.

1830-ci il – Şəhərdə vəba epidemiyası başlayır

1848-ci il- Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.

1860-ci il – Təbriz və Tehran teleqrafı işə başlayır.

1868-ci il- Təbriz Konstitutsiya binası inşa edilmişdir.

1875-ci il- Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılmışdır.

1881-ci il – Təbriz əhalisinin sayı 165 min nəfərdir.

1881-ci il – Təbriz Amerika Memorial Məktəbi fəaliyyətə başlayır.

1888-ci il- Təbrizdə "Dəbestan" (ibtidai məktəb) adlı ilk xüsusi yeni tipli ("üsuli-cədid") məktəbi İran maarifinin atası Mirzə Həsən Rüşdiyyə tərəfindən açıldı. O, Cənubi Azərbaycanda, ilk dəfə olaraq, əlifbanı yeni sövti-üsul (səs üsulu) ilə Azərbaycan dili əsasında tədris etməyə başlamış, çoxlu dərsliklər, o cümlədən, "Vətən dili", "Ana dili" dərsliklərini yazmışdı.

1891-ci il – Tənbəki üsyanı başladı.

1900-1940-cı illər

[redaktə | mənbəni redaktə et]
  • 1906-cı ildə qəbul olunmuş seçki nizamnaməsində Azərbaycan əyalətinin inzibati sərhədləri daraldıldı və bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə, Sainqala mahalları daxil edildi.
  • 1908-1909-cu il – Təbrizdə Məşrutə inqilabının(1905-1911) gedişində Məhəmməd Əli şah Qacarın Məşrutəni ləğv etmək yolunda başladığı əksinqilabı fəaliyyətə qarşı baş vermiş üsyan.
  • 1908-ci il - Sərdar Homayun Vəli Qasım Təbrizin ilk bələdiyyə sədri təyin edildi.
  • 1909-cu il:
  1. 19 aprel: Təbrizdə amerikalı müəllim və konstitusiya tərəfdarı olan Hovard Baskervil döyüşdə öldürüldü.
  2. 29 aprel: Rus kazakları şəhəri ələ keçirdilər.
  3. 29 aprel: Rus qüvvələrinin gəlməsi ilə monarxistlərin şəhəri mühasirəyə alması uğursuz oldu.
  • 1910-ci il- Əhali: 200.000 (təxminən).
  • 1911-ci il:
  1. Dekabr: 1911-ci ildə Təbrizin rus ordusu tərəfindən işğalı .
  2. 30 dekabr: Seqat-ol-Eslam digər 10 konstitusiyaçı və millətçi ilə birlikdə rus kazakları tərəfindən edam edildi .[39]
  • 1915 - Təbriz Birinci Dünya Müharibəsi zamanı  Osmanlı qüvvələri tərəfindən işğal edildi
  • 1916 – Colfa -Təbriz dəmir yolu fəaliyyətə başladı. Təbrizdə ilk teatr binası tikildi.[40]
  • 1917-ci il:
  1. Təbriz Yanğınsöndürmə Qülləsi tikilmişdir.
  2. İlk özəl fabriklərdən biri olan Tavakoli kibrit fabriki quruldu. [41]
  • 1918-ci il:
  1. 28 fevral: Rusların Təbrizdən geri çəkilməsi başa çatdı. [36]
  2. 28 fevral: Yerli Demokratlar Partiyasının rəhbəri İsmayıl Novbari şəhərə nəzarəti ələ keçirdi.
  3. 18 iyun: Təbriz Osmanlı qüvvələri tərəfindən işğal edildi.
  • 1920-ci il:
  1. 4 sentyabr: İran kazakları Osmanlı qüvvələrinin geri çəkilməsindən sonra şəhərə nəzarəti ələ keçirdilər. [42]
  2. Yayın sonu: Xiyabaninin inqilabı kazakların köməyi ilə yatırıldı.
  • 1921-ci il – Tərbiət kitabxanası yaradıldı.
  • 1922-ci il:
  1. 1 fevral: Mayor Lahutinin üsyanı zamanı üsyançılar Təbrizə nəzarəti ələ keçirdi.[43]
  • 1925 -ci il- Şəhər Pəhləvilər sülaləsinin hakimiyyətinə keçdi.
  • 1934 -ci il:
  1. Təbriz Bələdiyyə Sarayı inşa edildi.[44]
  2. Böyük daşqın şəhərin mərkəzi hissələrinə, o cümlədən Ali Qapı sarayına çoxlu ziyan vurdu .
  • 1937 – Şəhər Şərqi Azərbaycan vilayətinin paytaxtı oldu.
  • 1941 - İngilis-Sovet qoşunlarının İrana hücumu nəticəsində Təbriz Qırmızı Ordu tərəfindən işğal edildi .
  • 1945 – noyabr – Şəhər Azərbaycan Xalq Hökumətinin paytaxtı oldu .
  1. Azərbaycan Universiteti yaradıldı.
  • 1946-cı il:
  1. Sovet qoşunları şəhərdən geri çəkildi.
  2. Noyabr: Azərbaycan Xalq Hökuməti İran İmperiya ordusu tərəfindən süqut etdi.

1947-ci il - Təbriz Tibb Elmləri Universiteti yaradıldı.

1950-1990-cı illər

[redaktə | mənbəni redaktə et]
  • 1950 - Təbriz Beynəlxalq Hava Limanı fəaliyyətə başladı.
  • 1951 – “ Azerbaycan-i ayandah ” qəzeti nəşrə başladı. [45]
  • 1956
    • Təbriz Milli Kitabxanası yaradıldı.
    • Təxti stadionu (Təbriz) açıldı.
  • 1958-ci il – Azərbaycan Muzeyi yaradılmışdır.
  • 1963-cü il – Əhali: 387,803 (təxminən). [46]
  • 1967-ci il – Sənayeləşmənin ilk nəticəsi olaraq Maşın Sazi Təbriz zavodu yaradıldı.
  • 1968-ci il – İran Traktor İstehsalat Şirkəti (o dövrdə İranın şimal-qərbindəki ən böyük sənaye kompleksi) Təbrizdə yaradıldı.
  • 1969-cu il - Maşın Sazi Futbol Klubu yaradıldı.
  • 1970-ci il- Traktor Sazi Təbriz Futbol Klubu yaradıldı.
  • 1973 -cü il- Göy Məscidin restavrasiyası başa çatdı.
  • 1976-cı il – İyun: Təbrizin Bağ Şumal stadionunda 1976 AFC Asiya Kubokunun final turnirinin bir hissəsi keçirildi . [47]
  • 1977-ci il – 12 dekabr: Təbriz Universitetində Azərbaycan əyalət hökumətinin qurulmasının ildönümü ilə əlaqədar tələbələrin etiraz aksiyası hərbi hissələr tərəfindən zorakı şəkildə yatırıldı. [48]
  • 1978-ci il
    • Fevral: İranın neft emalı komplekslərinin bir hissəsi olan Təbriz neft emalı zavodu yaradıldı. [49]
    • 18 fevral: Şaha qarşı qaldırılan etiraz nümayişçilərdən birinin güllələnməsi ilə qarşıdurmaya çevrildi. [48]
  • 1979-cu il
    • Fevral: Şəhər İran İslam Respublikasının tərkib hissəsinə çevrildi
    • Dekabr: Azərbaycanlı azlıqlara edilən ədalətsiz rəftara qarşı böyük etiraz baş verdi. [48]
    • Azərbaycanlılarən rüblük nəşr olunan “Varlıq” jurnalı təsis edildi .
  • 1980-ci il
    • Mart: Yeni konstitusiyaya qarşı etirazlar Mərkəzi hökumət tərəfindən kobud şəkildə yatırıldı.
    • Sentyabr: İran-İraq müharibəsinin ilk günündə İraq Hərbi Hava Qüvvələrinin Təbriz hava limanına və Təbriz Neft Emalı Zavoduna hava zərbəsi baş verdi.
  • 1982-ci il – Əhali: 852.000 (təxminən).
  • 1986-cı il
    • Azərbaycan Velosiped Turu (yarış) başlayır.
    • Şəhrdari Təbriz Mədəniyyət və İdman Klubu yaradıldı.
  • 1989-cu il
  • 1992-ci il
    • Təbriz Beynəlxalq Sərgisi fəaliyyətə başladı.[51]
    • Şərqi Azərbaycan vilayəti daha kiçik Şərqi AzərbaycanƏrdəbil vilayətlərinə bölündü .
  • 1995-ci il – 21 May: İran Televizya və Radio Qurumu tərəfindən azərbaycanlı azlıqlara ədalətsiz rəftara qarşı tələbə etirazı baş verdi.
  • 1996-cı il
  • 1997-ci il - Təbriz İslam İncəsənət Universiteti yaradıldı.
  • 1998-ci il
    • Hüseyn Fərhəngpour mer oldu.
    • Təbriz Petrokimya Şirkəti yaradıldı.[53]
  • 1999-cu il
    • 18-23 İyul- İran Tələbə etirazları: Tehran Universitetində bir qrup tələbənin islahatçı Salam qəzetinin bağlanmasına qarşı sakit nümayiş keçirməsi ilə başladı.
    • Təbriz İncəsənət Universiteti yaradıldı.
  • 2000-ci il - Səhənd əyalət televiziyası yayıma başladı.
  • 2001-ci il - Ehtişam Hajipour şəhərin yeni meri seçildi.
  • 2002-ci il – Aprel: Təbriz Cizgi Filmi Muzeyi fəaliyyətə başladı. Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir.
  • 2006-cı il
    • Əlireza Navin Təbrizin yeni meri seçildi.
    • Əmir Nizaminin ev muzeyi  və Dəmir dövrü muzeyi fəaliyyətə başladı.[54] [55]
    • May – Təbrizdə minlərlə etnik azərbaycanlı hökumətin rəsmi qəzetinin ( İran ) azərbaycanlı azlıqları təhqir edən karikaturasına qarşı nümayiş keçirdi. [56]
  • 2009-cı il- Göstəriş Polad Futbol Klubu yaradıldı. Göstəriş 2009-cu ildə maddi çətinliklərlə üzləşən Niroyə Zamini F.K.-ın lisenziyasını alaraq yaranmışdır.
  • 2010-cu il – Dünyanın ən böyük bazarlarından biri olanTəbriz Bazarı UNESCO-nun dünya mirası siyahısına salınmışdır. Təbriz bazarı 15 min kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var.
  • 2011-ci il
    • Avqust: Urmiya gölünün xilası üçün keçirilən etiraz aksiyası polis tərəfindən yatırıldı. [57]
    • Əhali: 1.494.998. [58]
  • 2012-ci il
    • 18 fevral: Şəhərin ən hündür binası Bloor Tower-in tikintisi başa çatdı. [59]
    • 11 avqust: Vərzəqanda baş verən güclü zəlzələ Təbrizi sarsıtdı. [60]
    • Təbrizdə havanın çirklənməsi illik orta hesabla 40 PM2.5 və 68 PM10 -a çatır ki, bu göstərici normadan artıq hesab olunur. [61]
  • 2013-cü il
    • 14 iyun: Əyalət şuralarına seçkilər keçirildi.
    • 15 iyun: Minlərlə şəhər sakini İranın mötədil prezidentliyə namizədi Həsən Ruhaninin qələbəsini qeyd etmək üçün küçələrə çıxdı. [62][63]
    • Noyabr: Sadiq Nəcəfi-Xəzərlou Təbrizin 55-ci meri seçildi.[64]
  • 2014-cü il
    • 29 Mart: Təbrizdə "Dünya saatı" Saat Qülləsinin işıqları söndürülərək qeyd edildi. [65]
    • 25 dekabr: Təbriz Futbol Muzeyi yaradıldı. [66]
    • Şəhər yeni yaradılmış milli inzibati rayonun bir hissəsi oldu .
  • 2015-ci il
  • 2017-ci il
    • 4 noyabr: İrəc Şahin-Baher Təbrizin 56-cı meri seçildi.

Təbriz Məşrutə İnqilabı ərzində

[redaktə | mənbəni redaktə et]

Təbriz II Dünya Müharibəsi illərində

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Balfour, 1885. səh. 143
  2. 1 2 Schlinder, 1910. səh. 341
  3. Azərbaycan tarixi II cild, 2007. səh. 89
  4. Azərbaycan tarixi II cild, 2007. səh. 284
  5. Kalistrat, 1983. səh. 181
  6. Azərbaycan tarixi II cild, 2007. səh. 325
  7. 1 2 Azərbaycan tarixi II cild, 2007. səh. 327
  8. Azərbaycan tarixi II cild, 2007. səh. 332
  9. Melville, 1981. səh. 159
  10. 1 2 Grove, 2009
  11. 1 2 3 Azərbaycan tarixi III cild, 2007. səh. 66
  12. 1 2 3 4 5 6 Melville, 1981. səh. 159-172
  13. Houtsma, 1993. səh. 798
  14. Azərbaycan tarixi III cild, 2007. səh. 26
  15. Azərbaycan tarixi III cild, 2007. səh. 28
  16. Azərbaycan tarixi III cild, 2007. səh. 30
  17. Azərbaycan tarixi III cild, 2007. səh. 39
  18. Azərbaycan tarixi III cild, 2007. səh. 40
  19. 1 2 Azərbaycan tarixi III cild, 2007. səh. 41
  20. Balfour, 1885
  21. Azərbaycan tarixi III cild, 2007. səh. 102
  22. Azərbaycan tarixi III cild, 2007. səh. 77
  23. Azərbaycan tarixi III cild, 2007. səh. 73
  24. Azərbaycan tarixi III cild, 2007. səh. 74
  25. Azərbaycan tarixi III cild, 2007. səh. 75
  26. Azərbaycan tarixi III cild, 2007. səh. 83
  27. Azərbaycan tarixi III cild, 2007. səh. 86
  28. Azərbaycan tarixi III cild, 2007. səh. 174
  29. Azərbaycan tarixi III cild, 2007. səh. 177
  30. Azərbaycan tarixi III cild, 2007. səh. 187
  31. Əfəndiyev, 2007. səh. 112
  32. Azərbaycan tarixi III cild, 2007. səh. 192
  33. Əfəndiyev, 2007. səh. 117
  34. 1 2 3 4 Melville, 1981
  35. "Tabriz". Islamic Cultural Heritage Database. Istanbul: Organisation of Islamic Cooperation, Research Centre for Islamic History, Art and Culture. 15 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 February 2013.
  36. 1 2 Bosworth, 2007
  37. 1 2 Stanley, 2008
  38. Werner, 2000
  39. "مؤسسه مطالعات تاريخ معاصر ايران IICHS". iichs.org. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  40. Persia // Statesman's Year-Book. London: Macmillan and Co. 1922.
  41. "Tavakoli Match Co. Website...About Us". tavakolimatches.com. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  42. Tadeusz Swietochowski; Brian C. Collins. Historical Dictionary of Azerbaijan. USA: Scarecrow Press. 1999.
  43. Cronin, 2013
  44. "چه بر سر عالی قاپوی تبریز آمد ؟| پایگاه فرهنگی اطلاع رسانی آناج | Anaj.ir". 11 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  45. "WorldCat". USA: Online Computer Library Center. İstifadə tarixi: 6 February 2013.
  46. Population of capital cities and cities of 100,000 and more inhabitants // Demographic Yearbook 1965. New York: Statistical Office of the United Nations. 1966. 140–161. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
  47. "Asian Nations Cup 1976". rsssf.com. 30 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  48. 1 2 3 Shaffer, 2010
  49. "درباره ما – شرکت پالایش نفت تبریز". tbzrefinery.co.ir. 22 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  50. IRAN. "دانشگاه شهید مدنی آذربایجان" (PDF). 4 September 2012. 5 October 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 March 2015.
  51. "Tabriz International Exhibition Co". 13 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 February 2013.
  52. Macmillan, 2003
  53. "Tabriz Petrochemical Company". tpco.ir. 10 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  54. "Amir Nezam House Museum". Tehran Times. 22 February 2012. 23 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2013.
  55. "سازمان ميراث فرهنگي، صنايع دستي و گردشگري استان آذربايجان شرقي – سایت موزه عصر آهن تبریز". Archived from the original on 21 June 2010. İstifadə tarixi: 13 March 2015.
  56. "Iran Shuts Down Newspaper Over Cartoon". The New York Times. 24 May 2006.
  57. "Protests in Iran Over Disappearing Lake". The New York Times. 30 August 2011. 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2022.
  58. "Population of capital cities and cities of 100,000 or more inhabitants". Demographic Yearbook 2015. United Nations Statistics Division. 2016. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
  59. fa:برج بلور
  60. "Hundreds killed in northwest Iran earthquakes". Al Jazeera. 12 August 2012. 10 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2013.
  61. World Health Organization, Global Urban Ambient Air Pollution Database, Geneva, 2016, 28 March 2014 tarixində orijinalından arxivləşdirilib
  62. "دوربین آناج / شادی هواداران رئیس جمهور منتخب در تبریز| پایگاه فرهنگی اطلاع رسانی آناج | Anaj.ir". 18 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  63. "‫تبریز ۲۵ خرداد. آخر هفته احمدی رفته -‬‎". youtube.com. İstifadə tarixi: 13 March 2015.
  64. "صادق نجفی شهردار تبریز شد – خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency". mehrnews.com. 2013-10-13. 2014-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  65. "Arxivlənmiş surət". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  66. "نخستین موزه فوتبال ایران در تبریز افتتاح شد" [First football museum opened in Tabriz, Iran] (fars). Tabnak. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 608.
  • Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
  • S.M. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı. 1982.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
  • Jean Chardin, The travels of Sir John Chardin into Persia and the East-Indies, through the Black Sea, and the country of Colchis, London: Christopher Bateman, 1691, səh. 352+
  • Jedidiah Morse; Richard C. Morse, Tauris // New Universal Gazetteer (4th), New Haven: S. Converse, 1823
  • William Ouseley, (Tabriz) // Travels in various countries of the East; more particularly Persia, London: Rodwell and Martin, 1823, OCLC 4198311
  • Övliya Çələbi. (Tabriz) // Narrative of Travels in Europe, Asia, and Africa, in the Seventeenth Century. 2. Tərcümə Joseph von Hammer-Purgstall. London: Oriental Translation Fund. 1834.
  • Edward Balfour, Tabreez // Cyclopaedia of India (3rd), London: B. Quaritch, 1885
  • Charles Wilson, redaktorTabriz // Handbook for Travellers in Asia Minor, Transcaucasia, Persia, etc., London: Murray's Handbooks for Travellers, 1895, ISBN 9780524062142, OCLC 8979039
  • E.A. Brayley Hodgetts. (Tabreez) // Round about Armenia: the record of a journey across the Balkans through Turkey, the Caucasus, and Persia in 1895. London: Sampson Low, Marston and Co. 1896.
  • A.V. Williams Jackson, Tabriz // Persia Past and Present: a Book of Travel and Research, New York: Macmillan, 1906
  • Charles Melville. "Historical Monuments and Earthquakes in Tabriz". Iran. Taylor & Francis. 19. 1981: 159–177. doi:10.2307/4299714. JSTOR 4299714.
  • Christoph Werner. "The Amazon, the Sources of the Nile, and Tabriz: Nadir Mirza's Tarikh Va Jughrafi-yi Dar Al-saltana-yi Tabriz and the Local Historiography of Tabriz and Azerbaijan". Iranian Studies. 33 (1–2). 2000: 165–184. doi:10.1080/00210860008701980.
  • Christoph Werner. An Iranian Town in Transition: A Social and Economic History of the Elites of Tabriz, 1747–1848. Wiesbaden: Otto Harrassowitz Verlag. 2000.
  • C. Edmund Bosworth, redaktorTabriz // Historic Cities of the Islamic World. Leiden: Koninklijke Brill. 2007. ISBN 978-9004153882.
  • Michael R.T. Dumper; Bruce E. Stanley, redaktorlar Tabriz // Cities of the Middle East and North Africa, Santa Barbara, USA: ABC-CLIO, 2008
  • Tabriz // Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911.
  • Aḥmad Monzawī; ʿAlī Naqī Monzawī. Bibliographies and Catalogues in Iran: Tabriz // Encyclopædia Iranica. 2012.
  • James D. Clark. Tabriz: the city in the 19th century // Encyclopædia Iranica. 2014.