"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | yubiley medalı[d] |
Təltif edir | Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 14 iyul 2023 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı |
Aşağı mükafat | "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı |
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.[2]
Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]
Medalın ümumi təsviri
Medalın ön tərəfi
Medalın arxa tərəfi
Medalın elementləri