Vladimirovka (Oğuz)

Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır.[1]

Çayqovuşan
40°47′35″ şm. e. 47°34′49″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 111 nəf.
Xəritəni göstər/gizlə
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlar[2]. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var. Oğuz-Qarabulaq avtobus marşrutu Vladimirovkanın 1 kilometrliyindən keçir.

Oğuz rayonunun Böyük Söyüdlü i.ə.v.-də kənd. Düzənlikdədir. Kənddə XIX əsrdə Rusiyanın Vladimir vilayətindən köçürülmüş ruslar məskunlaşdığı üçün belə adlandırılmışdır.

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 111 nəfər əhali yaşayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  2. E.Nuriyev, adı çəkilən əsəri, səh 35
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629