Ağçay (çay)

AğçayQubaXaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay.

Ağçay
azərb. Ağçay
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Yarımyaylaq dağı
 • Yüksəkliyi 3780 m
Mənsəbi Xəzər
Uzunluğu 68 km
Su sərfi 0,60 m³/san
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 239 km²

Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir.

Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir.

Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m. yüksəklikdən) başlanır. Xəzər dənizinə tökülür. Əsas qolu Quruçaydır. Suvarmada istifadə edilir; 2. Quba rayonu ərazisində çay. Qudyal çayının sağ qoludur; 3. Qax rayonu ərazisində çay. Qurmux çayının sağ qoludur. Qurmux çayına nisbətən suyunun duru olduğu üçün belə adlandırılması ehtimal olunur; 4. Kəlbəcər rayonu ərazisində çay. Lev çayının (Tərtər hövzəsi) qoludur. Laçın, Qubadlı, Oğuz, Tovuz rayonları ərazisində də eyniadlı çaylar qeydə alınmışdır. Hidronim ağ (kiçik; içməyə yararlı; axan; cənub) və çay (axar su) sözlərindən düzəlib. Dağıstan, Çcçenistan, Rostov vilayəti (Don çayının sağ qolu) ərazisində Aksay adlı çaylar da qeydə alınmışdır. Maraqlı burasıdır ki, Ağçay adlı çayların böyük əksəriyyəti ayrıldıqları çayların sağ qolunu təşkil edir.[1]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "şərq-Qərb", 2007