Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2]
Zəylik | |
---|---|
40°10′21″ şm. e. 46°34′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[3]
2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.[4]