Mahmud Xınaluqi
Mahmud Xınaluqi (XIV əsr) — Xınalıqlı alim, tarixçi
== Həyatı ==
XIV əsrin sonlarında dünyaya göz açmış Mahmud Xınaluqinin son illərə qədər ev kitabxanası və kitabları haqqında da heç bir məlumat yox idi. Hələlik keçdiyi həyat yolu, bir kitabının əlyazma nüsxəsinin sığınacaq tapdığı (dustaq olduğu) mənbə, onun tədqiqatçısı və nəşr yeri məlumdur. Bu kitabın adı "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri"dir. Dövrün siyasi, sosial-iqtisadi və diplomatiya tarixini əks etdirən bu əsər XV əsr Azərbaycan tarixinin və kitab xəzinələrinin nadir incilərindəndir. O, oxuna-oxuna, əldən-ələ keçə-keçə Qaytaq usmiliyinin (iri feodal hökmdarlığı) əlyazmaları, sənədləri ilə birlikdə Dərbənddə qıfıllanmış sandıqda saxlanılmasaydı, bu gün ondan söz açmaq xeyli çətin olardı. A.P. Berje Dağıstanın bir sıra yaşayış məntəqələrini (Dərbənd, Teymurxanşura, Xunzax, Qunib, Kumuk və s.) gəzib (1860) şəxsi kitabxanalardan, idarə və müəssisə arxivlərindən əldə etdiyi ərəbcə, farsca, azərbaycanca-türkcə çoxsaylı əlyazmalar haqqında 1862-ci ildə "Kavkaz" qəzetinin yanvar saylarında "Kratkiy oçerk puteşestviye po Daqestanu" sərlövhəsi ilə silsilə yazı çap etdirmişdi. Səfər zamanı onun topladığı orijinal və tərcümə mətnləri içəirsində M. Xınaluqinin 1456-cı ildə üzü köçürülmüş kitabı da olmuşdur. Nədənsə bu maraqlı məlumat XX əsrin sonuna qədər alimlərimizin, kitab və mətbuat tədqiqatçılarının diqqətindən yayınmışdır.
Burada daha bir maraqlı məlumatın da üzərində dayanmaq lazım gəlir. 1868-ci ildə Tiflisdə parlaq ağ kağızda və tünd şabalıdı dəri cilddə, ağırlığı təqribən 10 kq olan Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının (QAKA, rus.