XADİM

XADİM

ə. ictimai fəaliyyətdə mühüm xidmətləri olan şəxs.

XADİM(Ə)

ə. xidmətçi, xidmət edən, qulluqçu.

XABİDƏ
XADİMƏ
OBASTAN VİKİ
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Görkəmli teatr və kino aktyoru Xalq artisti Ələddin Abbasovun qardaşı oğludur == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru. 2006–2016 Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin baş elmi işçisi. 2004–2006 Azərkimya Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun direktoru.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. == Həyatı == Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. == Təhsili == 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. == Elmi dərəcəsi == 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. == Pedoqoji fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. == İctimai fəaliyyəti == 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri; 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri; 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; == Mükafatları == 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu" 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı" 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı" 2005 – AMEA-nın "Fəxri Fərmanı" 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232) 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı" 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" == Elmi maraq dairələri == Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi; Məsafədən müşahidənin kosmik sistemləri; Kosmik məlumatların emalı metodları; Məsafədən müşahidənin tətbiqi məsələləri; Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı, Ağdam qəzası – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory == Həyatı və əmək fəaliyyəti == 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987).
Hüseyn Abdullayev (dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdullayev (sovet dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Zeynalov (dövlət xadimi)
Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı – 2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı. == Həyatı == Hüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır. 1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir. Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur. Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi, 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır.
Həsən Həsənov (incəsənət xadimi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Həsən Seyidov (dövlət xadimi)
Həsən Neymət oğlu Seyidov (16 avqust 1932, Qaçağan, Marneuli rayonu – 8 dekabr 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981–1989), SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın katibi. == Həyatı == Həsən Seyidov 16 avqust 1932-ci ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir. Həmin ildə Bakıya gələrək Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyidov əla oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. Həsən Seyidov əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin L. Şmidt (indiki Səttərxan) adına zavodunda usta köməkçisi vəzifəsində başlamış, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışmış, 1965-ci ildə zavod direktoru vəzifəsinə təyin olunmuşdur. Zavod Sovet İttifaqının və Respublikanın bir neçə dəfə keçici bayraqları ilə mükafatlandırılmışdır. Bu müddət ərzində Həsən Seyidov Nərimanov rayon, Bakı şəhər Partiya və Sovet orqanlarının üzvü seçilmişdir. 1971-ci ilin fevral ayında Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1971–1981-ci illərdə MK-nın katibi, 1971–1989-cu illərdə MK-nın büro üzvü, 1971–1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü və 1971–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Kamal Abdullayev (dövlət xadimi)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamil Məmmədov (dövlət xadimi)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kamran Hüseynov (dövlət xadimi)
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Mahir Quliyev (dövlət xadimi)
Mahir Hacı oğlu Quliyev (28 noyabr 1958, Kəlbəcər rayonu) — Biləsuvar Rayon İcra Hakimiyətinin sabiq başçısı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Səbail bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1977–1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975–1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır. 1979–1980-ci illərdə Bakı şəhərində Azərnəqliyyat tikinti trestinin nəqliyyat müəssəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980–1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981–2005-ci illərdə isə ozamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən 2005-ci ilədək təsərrüfat hesablı "Sahil" restoranında müxtəlif vəzifələrdə çalışaraq direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. 1996-cı ildə Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquq tənzimlənməsi fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin institutu bitirib " İnzibati İdarəetmə ixtisası"na yiyələnmişdir.
Mahmud Əliyev (dövlət xadimi)
Mahmud İsaq oğlu Əliyev (10 iyun 1931, Toğana, Nərimanov rayonu – 2011) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1980–1988). == Həyatı == Mahmud İsaq oğlu Əliyev 10 iyun 1931-ci ildə Nərimanov rayonunun (hazırkı Göygöl rayonu) Toğana kəndində anadan olmuşdur. 1938-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1948-ci ildə isə bitirmişdir. 1949-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1954-cü ildə buranı fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Sabirabada göndərilmişdir. Sabirabad rayonunda 18 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı, böyük iş icraçısı işləmişdir. 1955-ci ildə 18 nömrəli tikinti-quraşdırma idarəsi Yuxarı Şirvan kanalının tikintisi üçün Ağdaş rayonuna köçürülmüş və o, həmin idarədə iş icraçısı, baş mühəndis, idarənin rəisi vəzifələrində çalışmışdır. Mahmud Əliyev 1963-cü ildə Ağstafaçay su anbarının tikintisi üçün 7 nömrəli tikinti idarəsinə rəis vəzifəsinə keçmişdir. 1964-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun qərarı ilə "Kür-Araz su tikintisi" Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1967-ci ildə SSRİ Enerji Nazirliyinin Naxçıvanda olan "Arazhidrotexniki" tikinti idarəsində baş mühəndis, rəisin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1971–1979-cu illərdə "Azərenerjitikinti" trestinin Horadizdəki 2 nömrəli TQİ-də rəis, trestin baş mühəndisi və müdiri vəzifəsində çalışmışdır.
Mahmud Əliyev (dövlət xadimi, 1908)
Mahmud İsmayıl oğlu Əliyev (22 fevral 1908, Şamaxı – 24 sentyabr 1958, Bakı) — Azərbaycan-sovet həkimi və dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953), Azərbaycan Tibb İnstitutunun (1938–1943) və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (1953–1958) direktoru işləmişdir. == Həyatı == Mahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. 1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır. 1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
Mahmud Əliyev (dövlət xadimi, 1931)
Mahmud İsaq oğlu Əliyev (10 iyun 1931, Toğana, Nərimanov rayonu – 2011) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1980–1988). == Həyatı == Mahmud İsaq oğlu Əliyev 10 iyun 1931-ci ildə Nərimanov rayonunun (hazırkı Göygöl rayonu) Toğana kəndində anadan olmuşdur. 1938-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1948-ci ildə isə bitirmişdir. 1949-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1954-cü ildə buranı fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Sabirabada göndərilmişdir. Sabirabad rayonunda 18 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı, böyük iş icraçısı işləmişdir. 1955-ci ildə 18 nömrəli tikinti-quraşdırma idarəsi Yuxarı Şirvan kanalının tikintisi üçün Ağdaş rayonuna köçürülmüş və o, həmin idarədə iş icraçısı, baş mühəndis, idarənin rəisi vəzifələrində çalışmışdır. Mahmud Əliyev 1963-cü ildə Ağstafaçay su anbarının tikintisi üçün 7 nömrəli tikinti idarəsinə rəis vəzifəsinə keçmişdir. 1964-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun qərarı ilə "Kür-Araz su tikintisi" Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1967-ci ildə SSRİ Enerji Nazirliyinin Naxçıvanda olan "Arazhidrotexniki" tikinti idarəsində baş mühəndis, rəisin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1971–1979-cu illərdə "Azərenerjitikinti" trestinin Horadizdəki 2 nömrəli TQİ-də rəis, trestin baş mühəndisi və müdiri vəzifəsində çalışmışdır.
Mehdi Mehdiyev (dövlət xadimi)
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. === Ailəsi === Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Mirağa Əliyev (dövlət xadimi)
Musa Məmmədov (dövlət xadimi)
Musa Salam oğlu Məmmədov (15 iyul 1932, Qutqaşen – 12 mart 2019, Bakı) — Azərbaycan dövlət xadimi və alimi, Azərbaycan Respublikası Baş nazirin müavini (1992), dövlət müşaviri, Azərbaycan Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri (1989–2001), Azərbaycan SSR Ali Sovetinin (X–XII çağırış) deputatı, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədi, əməkdar aqronom. == Həyatı == Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələdə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə aspiranturaya daxil olan Musa Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir. == Fəaliyyəti == Bir müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunmuşdur.1968–1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini, 1970–1979-cu illərdə isə Respublika tədarük nazirinin müavini vəzifələrində işləmişdir. Daha sonra vəzifədə irəli çəkilərək "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə təyin edilmişdir. 1984-cü ilə qədər sədr vəzifəsini icra edən Musa Məmmədov bir il müddətinə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1985–1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989–2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır. Musa Məmmədov həmçinin SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir.
Məmməd Məmmədov (partiya xadimi)
Məmməd Əsgər oğlu Məmmədov (1928, Traubenfeld, Qazax qəzası – 1998, Bakı) — Azərbaycan SSR partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Məmmədov Məmməd Əsgər oğlu 1928-ci ildə Tovuz rayonunun Köhnəqala kəndində kolxozçu ailəsində anadan olub. 1944–1947-ci illərdə Gəncə şəhər (Kirovabad) Toxuculuq Texnikumunda oxuyub barama emalı üzrə texnik ixtisası alıb. 1947–1952-ci illərdə Gəncə şəhər (Kirovabad) Kənd Təsərrüfatı İnstitunda oxuyub. Meşə təsərüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi, 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi olub. 1998-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 1947-ci ildə Texnikumda oxuyarkən (19 yaşında) Sovet İttifaqı Kommunist partiyası üzvlüyünə namizəd olub. 1949-cu ildə isə İnstitutda oxuyarkən üzvlüyü qəbul olunub. 1950-ci ildə Dövlət bankının Gəncə (Kirovabad) bölməsinin təsərrüfat müdiri vəzifəsini icrası həvalə olunmaqla evlər müdiri vəzifəsinə qəbul edilmişdir.
Məmməd Orucov (dövlət xadimi)
Məmməd Behbud oğlu Orucov (20 dekabr 1907, Sərdarlı, Qaryagin qəzası – 18 sentyabr 1961, Bakı) — Azərbaycan Kommunist Partiyası Quba Rayon, Ağdam Rayon və Jdanov Rayon komitələrinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı == Həyatı == Orucov Məmməd Behbud oğlu 20 dekabr 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan) RPK-nın birinci katibi seçilmişdi. 1947-ci ildə Jdanov rayonunda pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1948-ci il fevralın 7-8-də Ağdam rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov Ağdam rayonunun birinci katibi seçilir. Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı. 1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir. 1943-1961-ci illərdə Azərbaycan KP Jdanov, Ağdam, Quba RK-nın birinci katibi, Azərbaycan KP MK k.t.
Natiq Məmmədov (dövlət xadimi)
Natiq Nəsir oğlu Məmmədov (23 oktyabr 1956, Bakı) — 2006-cı ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. == Həyatı == Natiq Nəsir oğlu Məmmədov 23 oktyabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Respublikasının Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1979-cu ildə həmin İnstitutu bitirmişdir. 1990–1996-ci illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996–2001-ci illər ərzində 12 saylı şəhər poliklinikasında baş həkim vəzifəsində işləmişdir. 2001-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində çalışıb. Təşkilatı və İşlər İdarəsinin rəisi, 2002-ci ildən etibarən isə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə Azərbaycan Respublikası "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin 14 aprel 2004-cü il tarixli qərarına əsasən Natiq Nəsir oğlu Məmmədova Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
== 1990 ==
Nazim İbrahimov (dövlət xadimi, 1951)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İbrahimov (dövlət xadimi, 1963)
Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri. == Həyatı == 1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir. 1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir. 2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir. 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Nikolay Tixonov (dövlət xadimi)
Nikolay Aleksandroviç Tixonov 14 may 1905-ci ildə Ukraynanın Yekaterinoslav (indiki Dnepr) şəhərində anadan olub. O, işçi sinifindən gələn bir ailədə böyüyüb. Tixonov, 1924-cü ildə Dnepropetrovsk Metallurgiya İnstitutuna daxil oldu və burada metallurgiya mühəndisi ixtisası üzrə təhsil aldı. Təhsilini başa vurduqdan sonra metallurgiya sahəsində çalışaraq, peşəkar karyerasına başladı. == Siyasi Karyerasının Başlanğıcı == Tixonovun siyasi karyerası 1930-cu illərdə başladı. O, Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu və sürətlə yüksələrək müxtəlif mühüm vəzifələrdə çalışdı. 1940-cı illərdə, İkinci Dünya Müharibəsi zamanı, o, metallurgiya sənayesindəki rəhbərliyi ilə diqqət çəkdi və müharibədən sonrakı illərdə sənaye sahəsindəki uğurları ilə tanındı. == Nazirlər Sovetindəki Fəaliyyəti == Tixonov 1960-cı illərin sonlarında Sovet İttifaqı Kommunist Partiyasının aparıcı üzvlərindən biri oldu. O, 1965-ci ildə SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edildi və iqtisadi siyasətin formalaşmasında mühüm rol oynadı. Onun rəhbərliyi ilə Sovet sənayesi inkişaf etdirildi və bir çox mühüm infrastruktur layihələri həyata keçirildi.
Nizami Məmmədov (idman xadimi)
Nizami Məmmədov (tam adı:Məmmədov Nizami İmaməli oğlu; 25 mart 1940, Qarabağlar, Noraşen rayonu) — idman xadimi, 1962-ci ildən SSRİ idman ustası. == Həyatı == Məmmədov Nizami İmaməli oğlu 25 mart 1940-cı ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. === Təhsili === 1662-ci ildə Azərbaycan Dövlət Bədən və Tərbiyəsi İnstututunu (indiki Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirmişdir. == Fəaliyyəti == === İdman fəaliyyəti === 1959-64-cü illərdə Həndbol üzrə Azərbaycan və SSRİ yığma komandalarının tərkibində Polşa 1964, 1968, Macarıstan 1965, Çexoslovakiya (1966), Bolqarıstan (1967) və Rumıniyada 1969 keçirilən beynəlxalq yarışlarda iştirak etmiş, SSRİ-nin ən güclü hücumçularından sayılmışdır. 1984-86-cı illərdə Mali Respublikasının həndbol üzrə yığma komandasının baş məşqçisi olmuşdur. === Pedaqojo fəaliyyəti === 1986-cı ildən Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiridir. 1990-cı ildən dosentdir. == Üzv olduğu təşkilatlar == 1998 — Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Qasım Qasımzadə (dövlət xadimi)
Qasım Qasımzadə, Qasım Qasımov və ya Ağa Qasım Qasımzadə (fars. آقا قاسم قاسمزاده‎; 1889, Xələnc, Quba qəzası – 20 oktyabr 1959, Tehran) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru. == Həyatı == Qasım Qasımzadə 1889-cu ildə Quba qəzasının Xələnc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində anadan olmuşdur. Atası Hacı Mahmud Qasım oğlu Bakının 2-ci gildiya taciri olub. Qasım Qasımzadə 1899-cu ilin sentyabr ayından 8 iyun 1906-cı il tarixinədək Bakı real məktəbində təhsil almışdır. 15 sentyabr 1906-cı il tarixindən 9 iyun 1907-ci il tarixinədək həmin məktəbdə əlavə sinifdə də təhsil almışdır. 2 iyun 1907-ci ildə əlavə olaraq 8-ci sinif həcmində latın dilindən də imtahan verərək tam orta təhsilini başa vurmuşdur. 6 iyul 1907-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmaq üçün universitet rektoruna ərizə yazmış və universitetə qəbul edilmişdir. 1911-ci ildə ali təhsilini bitirdikdən sonra Bakıya qayıdan Qasım Qasımzadə burada vəkillik fəaliyyəti göstərməyə başlamışdır. Aprel işğalından sonra Qasım Qasımzadə professor Zidelin təqdimatı və Pəhləvi hökumətinin dəvəti ilə ailəsiylə birgə İrana gəlmiş və burada Tehran Universitetinin Hüquq fakültəsində professor olaraq çalışmağa başlamışdır.

Значение слова в других словарях