Xalis Aktivlər

Şəxsin və ya şirkətin cəmi aktivləri çıxılsın cəmi passivləri (öhdəlikləri). Xalis aktivlərin dəyəri aşağıdakı kimi hesablanır: Aktivlərin dəyəri çıxılsın passivlər bərabərdir xalis aktivlərin dəyəri.
Hüququn Mənbəyi
Xalis Aktivlərin Rentabelliyi
OBASTAN VİKİ
Xalis aktivlər
Uzunmüddətli aktivlər
Cari aktivlər
Cari aktivlər (ing. current assets) — bir istehsal dövrü və ya bir il ərzində nağd pula çevrilə bilən aktivlər. Şirkətin uzunmüddətli aktivlərindən fərqli olaraq, cari aktivlərin davamlı olması nəzərdə tutulmur. Cari aktivlər balansın ikinci bölməsində əks etdirilir.
Xalis Ataksor
Mayor Xalis bəy və ya Kor Xalis kimi də tanınır (1876, Aydın – 8 avqust 1933, Uşak) — Çanaqqala və İstiqlal Müharibəsi qazisi. Atası; baş dəftər katibi Ahmet Muhtar Əfəndi (Hamlacı Muhtar) ; Anası Germiyanoğullarından Həvva Naime; həyat yoldaşı Zekiye Ataksor. Halis bəy 1876-cı ildə Aydında anadan olub. Kütahyaya kiçik yaşlarında böyük kitabın katibi olan atası Əhməd Muhtar Əfəndinin təyin edilməsi nəticəsində gəldi. İbtidai təhsilini 1881-ci ildə daxil olduğu Kupecik məhəllə məktəbində tamamladı. 1885 - 1888 arasında Kütahya liseyində oxudu. Məzun olduqdan sonra Fransız dilini öyrənməyə başladı. 1889-cu ildə yeni açılan İdadi məktəbinə başladı. 1893-cü ildə Kütahya Liva Şurasının rəhbərliyinə seçildi və Bursa Dövlət Xidməti Liseyinə başladı. 1896-cı ildə İdadi sertifikatının 6.
Xalis Güləhmədov
Xalis Oruc oğlu Güləhmədov — (02 may 1917, Gürcüstan, Ahalkələk rayonu, Koqiya kəndi – 08 mart 2002-ci il Gəncə şəhəri) — Kənd təsərrüfatı elmləri doktoru (1965), professor (1966). Xalis Güləhmədov 02 may 1917-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Koqiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığından orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Xalis Güləhmədov 1936–1939-cu illərdə Azərbaycan kənd təsərrüfatı institutun tələbəsi, 1939-cu ildə "Aztexbarit" zavodunda laborant işləyib. Həmin il orduya səfərbər olub və 1947-ci il daxil olmaqla orduda xidmət edib. Müharibə zamanı siravi əskərdən kapitan rütbəsinə qədər yüksəlmişdir, Berlin şəhərinin döyüşlərində iştirak etmiş, 2 "Vətən müharibəsi" ordenləri və 7 medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranıdır. Müharibə qurtarandan sonra ali təhsilini başa çatdırmiş, Elmi-tədqiqat pambıqçılıq institutunda aspiranturanı uğurla bitirmiş, həmin institutda uzun müddət işləmiş və 1962–1969-cu illərdə onun direktoru olmuşdur. 1969–2002-ci illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasında texniki bitkilər və seleksiya kafedrasının müdiri vəsifəsində işləyib. Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş, ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır.
Xalis Ələsgərov
Xalis Ələs oğlu Ələsgərov (1 oktyabr 1948, Qarabağlı, Samux rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux—Şəmkir—Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xalis mənfəət
Xalis mənfəət və ya xalis gəlir — vergilər, rüsumlar və büdcəyə digər icbari ödənişlər ödənildikdən sonra müəssisənin balans mənfəətinin onun sərəncamında qalan hissəsi. Xalis mənfəət müəssisənin dövriyyə vəsaitlərinin artırılmasına, fondların və ehtiyatların formalaşmasına, istehsala yenidən investisiya qoyulmasına istifadə olunur. Xalis mənfəətin həcmi ümumi mənfəətin həcmindən və vergilərin məbləğindən asılıdır. Xalis mənfəətin həcminə əsasən müəssisənin səhmdarlarına dividendlər hesablanır. K.Makkonnell və S.Bryuya görə, xalis mənfəət (iqtisadi mənfəət) müəssisənin ümumi gəlirindən bütün fürsət xərclərinin çıxılmasına bərabərdir .
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyası Qeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəri Burada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Xalis cari dəyər
Xalis cari dəyər (XCD, ing. net present value, NPV) — bu günə qədər azaldılmış ödəniş axınının endirimli dəyərlərinin cəmidir. NPV göstəricisi, cari vaxta (investisiya layihəsinin qiymətləndirilməsi anına) azaldılmış bütün pul daxilolmaları və çıxışları arasındakı fərqdir. Bu, pul vəsaitlərinin daxilolmaları ilkin investisiya xərclərini və layihə ilə bağlı dövri pul vəsaitlərinin xaric olmasını ödədikdən sonra investorun layihədən almağı gözlədiyi pul vəsaitinin məbləğini göstərir. Nağd ödənişlər zaman dəyəri və risk əsasında qiymətləndirildiyi üçün NPV layihə tərəfindən əlavə dəyər kimi şərh edilə bilər. Bu, investorun ümumi gəliri kimi də şərh edilə bilər. Amerikalı professor Entoni Atkinsona görə, “xalis cari dəyər” investisiya layihəsi ilə bağlı bütün diskontlaşdırılmış pul vəsaitlərinin (daxil və çıxışlarının) cəmidir. CF (Cash Flow) pul axını üçün burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} illərində ödənişdir ( t = 1 , . . .
Ömər Xalis Bıyıktay
Ömər Xalis Bıyıktay (türk. Ömer Halis Bıyıktay) (d. 1883 Ərzincan, Osmanlı İmperiyası – ö. 25 dekabr 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. 1905-ci ildə hərbi məktəbi bitirmişdir. 1908-ci ildə baş leytenant rütbəsinə yüksəldi. 1910-cu ildə Hərbi Akademiyaya daxil oldu. 1911-ci ildə akademiyanın tətil etməsi səbəbilə İtaliya-Osmanlı müharibəsinə qoşuldu. 1913-cü ildə yenidən Hərbi Akademiyada təhsil almağa başladı və 4 oktyabr 1914-cü ildə kapitan rütbəsi ilə məzun oldu. Birinci Dünya müharibəsində bir sıra hərbi vəzifələrdə xidmət etdi.
Ömər Xalis Dəmir
Ömər Xalisdəmir (20 fevral 1974 – 16 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir. Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib. Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır. Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.