XASMURAD
XATƏM
OBASTAN VİKİ
Xaspolad
Xaspolad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaspolad oyk, sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəklərindədir. Kəndin keçmiş adı Xaspolad qışlağı olmuşdur. Kəndin ərazisi XVIII əsrdə Xaspolad adlı şəxsə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir və kəndin adındakı qışlaq sözü də ixtisara uğramışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 367 nəfər əhali yaşayır.
Xaspolad Qasımov
Xaspolad Fikrət oğlu Qasımov (14 dekabr 1993; Xızı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaspolad Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinifinə getmişdir. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanmışdır. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olmuşdur. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Aşıq Xaspolad Coşğun
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir. == Yaradıcılığı == Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.
Aşıq Xaspolad Gülablı
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir. == Yaradıcılığı == Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.
Xaspolad bəy Hacıyev
Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Mənbə == Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.
Cavid Xaspoladov
Cavid Xaspoladov (Cavid Cavad oğlu Xaspoladov;d. 5 oktyabr 1959,Göyçay) — "Əməkdar jurnalist" , Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polis polkovniki, DİN Mətbuat Xidmətinin rəis müavini, "Mübariz keşikdə" qəzetinin və "Asayişin keşiyində" jurnalının redaktoru. == Həyat və fəaliyyəti == Cavid Xaspoladov 1959-cu ildə oktyabrın 5-də Göyçay şəhərində müəllim ailəsində doğulub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsinin əyani şöbəsinə daxil olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib.Ayrı-ayrı illərdə "Xalq qəzeti", "Azərbaycan", "Respublika" qəzetlərində xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, AzərTac-ın baş redaktorunun müavini vəzifələrində çalışıb.Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqına, müstəqillik illərində Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Mətbuatda jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı, "Müxbir", "Universitetin elmi xəbərləri" və "Jurnalistika" məcmuələrində elmi məqalələri dərc olunub. C.Xaspoladov hazırda təqaüddədir. == Mükafatları == "Qızıl qələm" və "Araz" ali media mükafatlarına, "Kamil sənətkar" diplomuna layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Xaspoladoba
Xaspoladoba (əvvəlki adı: Qasabovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Qasabovka kəndi Xaspoladoba kəndi adlandırılmışdır. == Toponimikası == Xaspoladoba kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim Xaspolad (şəxs adı) və oba komponentlərindən düzəlib, "Xaspolada məxsus oba" mənasındadır. == İqtisadiyyatı == Kənd ilə rayon arasındakı məsafə 5 km-dir. Xaspoladoba kəndi qaz, işıq, telefon ilə fasiləsiz təmin olunmaqdadır. Kəndin içməli su təlabatı isə təbii bulaqlar vasitəsi ilə ödənilir.
Xaspoladoba bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əjdər Xaspoladov
Əjdər Mahmud oğlu Xaspoladov — Rusiyanın ilk ədliyyə generallarından biri == Həyatı == Ədliyyə general-mayoru Əjdər Mahmud oğlu Xaspoladov 1901-ci il fevral ayının 22-də Göyçay şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirən balaca Əjdər ehtiyac üzündən bir rus keşişinin evində xidmətçilik edir. Burada rus dilini mükəmməl öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir qədər sonra o, Bakıya gedir, işə ...düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir. 1919-cu ilin payizinda Ə.Xaspoladov oxumaq üçün N.Nərimanovun təqdimatı ilə bir qrup qabaqcıl gənclə birgə Moskvaya göndərilir. Həmin ildən etibarən həyatını birdəfəlik Moskva ilə bağlayan Əjdəri və onun dostlarını o zamankı Sovet dövlətinin rəhbərlərindən biri olan M.İ.Kalinin qəbul edir və onları "Şərq zəhmətkeşləri universitetinə" qəbul etdirir. 1920-ci ildə Ə.Xaspoladov təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının nümayəndələrindən təşkil olunmuş polkunda xidmət edir. O, Moskvada Sovet dövlətinin rəhbəri Lenini dəfələrlə görmüş və onun çıxışlarını dinləmişdi. 1924-cü ildə Leninin ölümündən sonra onun tabutu önündə fəxri qarovulda dayananlardan biri də Ə.Xaspoladov idi. Həmin ildə o, Ukrayna Hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilir.
атипи́чный иссле́дование колхо́зник насиде́ться подобостра́стничать размно́житься торчка́стый взя́ток зернодроби́льный обжига́ть оповести́тельный оттеса́ть рыба́цкий уми́льно артизан трепать aerogram backster Berwyn separatory tennis -мачтовый автохтоны имярек прикурить