Xaspolad Fikrət oğlu Qasımov (14 dekabr 1993; Xızı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Xaspolad Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Giləzi, Xızı, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2016—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Xaspolad Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub.[1] 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinifinə getmişdir. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanmışdır. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olmuşdur.
Ailəli idi. Bir oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]