XİLAFƏT

Allahın qanunları ilə idarə olunan İslam dövlətidir. Xilafətin başçısı xəlifə və ya imam adlanır. İslam alimlərinin əksəriyyəti Xilafəti Məhəmməd peyğəmbərdən sonra ölkə hakimiyyətinin yeni idarə forması kimi dəyərləndirmişdirlər. Buna görə də xəlifə, İslam dövlətinin başçısı olaraq həm də Məhəmməd peyğəmbərin təmsilçisi hesab edilirdi. Quranın 6: 165 ayəsini dəlil gətirən bəzi alimlərə görə xəlifələr Allahın yerdəki təmsilçiləridirlər. Ancaq alimlərin çoxu bununla razılaşmamış, xəlifəni yalnız peyğəmbərin təmsilçisi hesab etmişlər. İslam tarixində Raşidi, Əməvi, Abbasi, Fatimi, Kordova və Osmanlı xilafətləri olmuşdur.
XİBƏ
XİRQƏ
OBASTAN VİKİ
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Xilafət Dövləti
Xilafət Dövləti ( türk. Hilâfet Devleti, alm. Kalifatstaat‎) —mərkəzi Almaniyanın Köln şəhərində yerləşən türk islamçı qrup.
Bizans - Xilafət müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Əlcəzairdə xilafət əsgərləri
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı. 2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
Abbasilər xilafəti
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur. Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür. Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi.
Azərbaycan Ərəb Xilafətinin tərkibində
Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur.
Fatimilər xilafəti
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı. Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər.
Kordova xilafəti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. Kordova xilafəti ərəblər tərəfində 756-cı ildə Avropada yaranmışdır.
Osmanlı Xilafəti
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Raşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Rəşidi xilafəti

Xilafətin ləğvi
Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi. II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi kimi taxtdan salınmışdı. Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi. Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu. Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış, bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu. Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi. Osmanlı sultanlığının ləğvi Nafi, Basheer. The Abolition of the caliphate: causes and consequences // The Different aspects of Islamic culture, v. 6, pt.
İslam Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi.
Əməvi Xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Əməvilər xilafəti

Ərəb Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi.

Digər lüğətlərdə