xoşbəxt ulduz altında doğulmaq

someone is born under a lucky star / all water runs to someone’s mill / someone was born with a silver spoon in the mouth / someone is wrapped in his mother’s smock / everything comes easy to someone (someone is always lucky and successful) бабушка ворожит
xoşbəxt qocalıq
xoşgəldin etmək
OBASTAN VİKİ
Xoşbəxt
Xoşbəxtlik — həyatdan son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi.
Xoşbəxt (roman)
Xoşbəxt (ukr. «Щасливий») — Ukrayna yazıçısı Viktoriya Qranetskanın 2015-ci ildə Kiyevdə yayınlanmış, "Sözün Taclandırılması" Beynəlxalq ədəbi müsabiqəsinin özəl mükafatına layiq görülən romanı. Viktoriya Qranetskanın "Xoşbəxt" romanı yazarın 2015-ci ildə nəşr olunmuş, "Sözün taclandırılması" ədəbi müsabiqəsində mükafatlandırılmış üçüncü əsəridir. Müəllif yazır ki: "Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanlarının mövzusu gərgin, mürəkkəb və hər zamankindən daha aktualdır…" Bu, əsərin süjetinin prototipinə çevrilmiş vinnitsalı bir ailənin əsl həyat hekayəsidir: oğlan – bir sıra səbəbdən doğma yurdu Dağlıq Qarabağı tərk edib Vinnitsaya köçmək məcburiyyətində qalan azərbaycanlı – müsəlmandır. Qız isə sevgilisi naminə dinini dəyişən və islamı qəbul edən Vinnitsadan olan ukraynalı pravoslav qızdır. Onların yeni qurduqları ailələrində bir oğlan uşağı dünyaya gəlir. Onu ukrayncadan "Xoşbəxt" kimi tərcümə olunan "Səid" adlandırırlar. Lakin uşaq sağalmaz xəstəliklə doğulur. Bununla belə, roman xoşbəxt sonluqla nəticələnir – əsərin baş qəhrəmanlarının aralarındakı anlaşılmazlığına və ətrafdakıların dirənişinə baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Xoşbəxt Yusifzadə
Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Pirşağı, ZSFSR, SSRİ – 3 oktyabr 2023) — Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti. Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir. 1957-ci ildə ailə qurmuşdur. Üç övladı olub. Kiçik oğlu uşaq ikən 8 yaşında, böyük oğlu Bağı 54 yaşında dünyasını dəyişib. Qızı Eltac neft mühəndisidir və London şəhərində yaşayır. 2015-ci ildə anadan olmasının 85 illiyi münasibətilə Xoşbəxt Yusifzadənin həyatına və fəaliyyətinə həsr olunan 2 hissəli Fədakar bədii-səndəli filmi çəkilib. 14yanvar 2015 ci ildə Nizami kino mərkəzində filmin təqdimat mərasimi keçirilmiş, ölkə mətbuatı bu bhadisəni ətraflı işıqlandırmışdır.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Qızılgül altında
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Dərinin altında
Dərinin altında (ing. Under the Skin) — Conatan Qleyzerin 2013-cü ildə ekranlara çıxan elmi fantastika filmi. == Süjet == Kimliyi bilinməyən naməlum qadın axşam saatlarında Qlazqo küçələrindəki tənha kişiləri yoldan çıxarır.
Xoşbəxt ölüm (roman)
Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir. Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Qübbənin altında (teleserial)
Günbəzin altında CBS tərəfindən yayımlanan bir Amerika elmi fantastika və qorxu serialı idi. Bu, Stiven Kinqin 2009 -cu ildə yazdığı “Günbəzin altında” kitabının bir TV versiyasıdır. Serial Mainedəki Chester's Mill qəsəbəsinin dünyanın yerdə qalan hissəsindən əsrarəngiz bir qüvvə tərəfindən ayrılmasından sonra şəhər sakinlərinin həyatlarından və bir -birləri ilə qarşıdurmalarından bəhs edir. Dəhşət, dram və sirrlərlə zəngin olan serialdır. Hadisələr, Mainedəki Chester's Mills adlı kiçik bir şəhərdə gözəl və mükəmməl bir yaz səhərində baş verir. Şəhər birdən görünən naməlum bir qüvvə tərəfindən dağıdılır. Yer yerindən oynayaraq hərəkət edər və bunun nəticəsində yaranmış naməlum bir qalxan bütün qəsəbəni ələ keçirir və heç kim bu qalxanın necə meydana gəldiyini bilmir. Həmçinin də bu qalxanın nə vaxt yox olacağını da heç kəs bilmir. Avtomobillər yox olur, ailələr bir-birindən qaçmağa başlayır, insanlarda həyəcan baş verir, səmada uçan təyyarələrin hissəcikləri yerə düşür və bir çox başqa maraqlı hadisələr baş verir. Bu dəhşətli hadisənin sirrini başa düşmək üçün bir araya gələn İraq döyüşləri veteranı Barbie, şəhərdəki bir neçə vətəndaşı bir araya gətirmək və onlardan bir qrup yaratmaq istəyir və bu qrupa şəhərin yerli qəzetinin sahibi, fiziki terapiya mütəxəssisinin köməkçisi, 1 qadın və 3 könüllü uşaq daxil olur.
İşğal altında: Ağdam
İşğal altında: Ağdam — İşğal altında: Şuşa oyununun davamıdır. Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" tərəfindən yaradılıb. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb. Oyun Qarabağ müharibəsini əks etdirir.Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir.Yeni oyunda kompüter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın,həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur.Şəhərin görüntüləri 2 zaman kəsiyində-işğaldan öncə və işğaldan sonra göstərilmişdir. Oktyabr ayının 7-də “Four seasons”mehmanxanasının "Rast" zalında “İşğal altında: Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilmişdir. Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır. Əməliyyat sistemi: Windows XP; Vista; 7 Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək; Operativ yaddaş: 1 GB Ram və daha yüksək; Videokart: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb və daha yüksək İşğal altında: Şuşa İşğal Altında: Ağdam.
İşğal altında: Şuşa
İşğal altında - "AzDimension" istehsalçıların komandasıyla yaradılmış Azərbaycan kompüter oyunudur. Oyun Qarabağ müharibəsinə həsr edilmiş və ölkənin gənclərinin hərbi-vətənpərvərlik ruhu yüksəltməyə çağırılmış. Oyun döyüş janrında yaradılmışdır və əsas onun hədəfi – Şuşanı işğaldan azad etməkdir. Hadisələr yaxın gələcəkdə Qarabağda baş verir. İkinci Qarabağ Döyüşü başlayır və müharibədə çoxları şəhid və qəhrəman olurlar. Hücum əməliyyatlarının birində düşmən dəstə baş qəhrəmanın dəstəsini pusquya salır və ondan və onun zabitindən başqa hamı ölür. Ancaq onları kəndin axırında Azərbaycan əsgərləri gözləyirlər. Onlara çatmaq üçün düşmənlə mübarizə aparmaq lazımdır. Layihə 2010-cu ildə baş vermişdi. Azərbaycandan tələbə-proqramçıların komandasıyla yaradılırdı.
Qızmar günəş altında
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir.[mənbə göstərin] Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.
Cüt ulduz
Bir cüt ulduz (Nijusei) yuxarıdan Ulduz da eyni istiqamətdə yaxın bir cisimə aiddir. Çılpaq gözlə bir ulduza bənzəyir, lakin teleskopla müşahidə edildikdə onu iki yerə bölür. Bir-birinin ulduzlarının bir-birlərini cəlb etdikləri və orbit çəkdikləri bir cisimə "ikili ulduz" deyilir. İkili ulduzlara real görünüş ikili, spektral ikili və tutulma ikili daxildir. Yalnız yerdən görünən istiqamətə uyğun bir cisimə "görünən cüt ulduz" deyilir. Bir teleskop tərəfindən müşahidə edilən və iki ulduza ayrılan və hər iki ulduzun da fırlanan ikili ulduz. Centaurus Alpha Star, Bizim Ursa Major Zeta Ulduz (Mizar) Bir Ulduz, B Ulduz və s. Ayrı-ayrı bir teleskop tərəfindən müşahidə olunmayan, lakin fırlanan hərəkətlə əlaqəli görmə xətti sürətində dövri dalğalanmalar səbəbindən spektral xətlərdə dövri dalğalanmalarla müşahidə olunan ikili ulduz. Ayrıca ərzaq dəyişkən ulduz adlanır. Qaranlıq bir ulduzun ulduzun parlaqlığını dəyişdirərək parlaq bir ulduz ətrafında fırlandığı ikili bir ulduz.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Neytron ulduz
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Qoşa ulduz
Qarşılıqlı qravitasiya qüvvəsi ilə bir-birinə bağlı olan və ümumi kütlə mərkəzi ətrafında hərlənən iki ulduzun əmələ gətirdiyi sistem- qoşa ulduz adlanır. Sistem ikidən çox ulduzdan da ibarət ola bilər. 3-10 ulduzdan ibarət fiziki rabitədə olan sistemə misilli ulduzlar deyilir. Qarşılıqlı cazibə qüvvələri ilə bir-birinə bağlı olan və fəzada vahid obyekt kimi hərəkət edən 10-dan artıq ulduzdan ibarət qrup ulduz topaları və ulduz assosiasiyaları adlanır. Əlbəttə, göy sferasında bir-birinin yaxınlığında görünən ulduzların hamısı qoşa, misilli və ya topa hesab etmək olmaz. Ulduzlar əslində bir-birlərindən çox uzaq məsafələrdə ola bilərlər və onların yalnız göy sferasına proyeksiyaları yaxın görünə bilər. Bu cür qoşa, optik qoşa adlanır. Qoşa ulduzlar vizual, spektral və tutulan-qoşa olurlar. Ulduz fiziki qoşadırsa, yəni qravitasiya qüvvəsi ilə əlaqədar olan qoşa sistemdən ibarətdirsə, belə sistemin ulduzları ümumi kütlə mərkəzi ətrafında Kepler qanunları ilə hərəkət edirlər. Odur ki, Keplerin dəqiqləşdirilmiş üçüncü qanunu vasitəsilə qoşa sistemin ulduzlarının kütləsini tapmaq olur.
Quyruqlu ulduz
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Qırmızı ulduz
Qırmızı ulduz — sosializm və kommunizmin simvolu. Beş küncləri işçilərin beş barmağını və eyni zamanda beş qitəni (ənənəvi olaraq sayılan) təmsil edir. Daha az məlum olan cəhət ondan ibarətdir ki, ulduzun beş küncü cəmiyyəti sosializmə aparacaq və qoruyacaq beş fərqli sosial qrupu təmsil edir. Xüsusi sırası olmadan: gənclik (gələcək nəsillər), hərbçilər (sosializmi qoruyan və müdafiə edən), sənaye işçiləri, kənd təsərrüfatı işçiləri (fermerlər) və ziyalılar (kommunizmə nail olmaq üçün ideyalar yaratmalı olan sinif). Qırmızı ulduz Qızıl Ordunun bayrağıdır və Sovet İttifaqının bayrağındakı oraq və çəkicin üstündə təsvir edilmişdir.
Ulduz (1964)
Ulduz — rejissor Ağarza Quliyevin filmi. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır. Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib.
Ulduz (dəqiqləşdirmə)
Ulduz — kainatda ən çox yayılmış göy cismi. Ulduz (jurnal) — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri.
Ulduz (jurnal)
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Baş redaktoru Qulu Ağsəsdir. Nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru Dizayneri Təhmasib Mehdiyev 1967-ci ildən nəşr olunur. Tirajı 300 nüsxədir.
Ulduz (opera)
“Ulduz” — məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1948-ci ildə bəstələdiyi birpərdəli operetta. Operettanın librettosu Azərbaycanın xalq artisti İsmayıl Hidayətzadəyə məxsusdur. “Ulduz” operettası Fikrət Əmirovun diplom işi idi. Bu operettayla o 1948-ci ildə Azərbaycan konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib.
Ulduz Həşimova
Ulduz Fayızi qızı Həşimova (5 dekabr 1951, Şamaxı) — Azərbaycan alimi, biologiya elmlər doktoru, AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova 1951-ci il dekabrın 5-də Şamaxı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) daxil olmuşdur. 1973-cü ildə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinatla Tibb İnstitutunun biologiya kafedrasında, daha sonra isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş laborant vəzifəsində işləmişdir. 1975-ci ildə antropologiya ixtisası üzrə SSRİ Elmlər Akademiyasının Etnologiya İnstitutunun antropologiya şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Antropologiya İnstitutunda Biologiya fakültəsinin antropologiya ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ilədək dissertasiya müdafiə etdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci il aprelin 1-də Azərbaycan Elmlər Akademiyasının Prezidiumunun Qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutuna keçirilmiş və baş elmi işçi, daha sonra aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının Genetika İnstitutunda Genetika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999–2004-cü illərdə Qərb Universitetində müəllim, daha sonra isə magistratura şöbəsinin dekanı vəzifəsində işləmişdir.
Ulduz Kəngərli
Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) (d. 28 sentyabr 1924, İrəvan, Ermənistan SSR) — texnika elmləri doktoru, professor. Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur. 1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir.