XON

Bax: xonça. (“Koroğlu” dastanının lüğəti)

Çənlibeldə köçüm, qonum,

Atlasdan biçilər donum,

Ortadan qalxmaya xonum,

Gündə yüz qonağım ola!..

                             (“Qulun qaçmağı”)

XODKAR
XONÇA
OBASTAN VİKİ
XON/XOFF
XON/XOFF – asinxron rabitə protokolunun adı; bu protokolda qəbuledici qurğu, yaxud kompüter alınan verilənlər selini idarə etmək üçün xüsusi simvollardan istifadə edir. Buferin aşırı dolması halında qəbuledici kompüter verilənləri ala bilmirsə, o, göndərənə verilişi dayandırmasını bildirən XOFF idarəedici simvolunu göndərir; veriliş davam etdirilə bilərsə, qəbuledici kompüter göndərənə XON simvolunu yollayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Erik Xonekker
Erix Honekker (alm. Erich Honecker‎) (25 avqust 1912 – 29 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi. 18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. II Dünya Müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur.
Erik Xonneker
Erix Honekker (alm. Erich Honecker‎) (25 avqust 1912 – 29 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi. 18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. II Dünya Müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Xonaşen
Xonaşen-Artsakda XIX əsrdə Qarabağ düzündə ərazinin adı. Yuxari Qarabagın Xocavənd rayonunun ərazisinin qədim adıdır. == Toponimikası == XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəində " "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa gjirmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində şin sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. Xunaşi adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində şin “yaşayışyeri“, “məskən“ sözündəndir.XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N.A.Abelov yazır ki, maldar elin məntəqələri ( yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (elzavetopolskiy uezd, s. K). L.Z.Budaqov yazır ki, sözü türkcə naselennıy" mənasındadır.
Xonaşençay
Xonaşençay - Xocavənd və Ağcabədi rayonlarından axıb, Orconikidze adına kanala çatmamış quruyan çay. == Ümumi məlumat == Uzunluğu 62 km, hövzəsinin sahəsi 234 km²-dir. Başlanğıcını Qarabağ yaylasından (1440 m) alır. Axımı əsasən yağış sularından əmələ gəlir. Yaz fəslində yağış suları çayda kiçik daşqınlar əmələ gətirir. İllik axımının 75-80%-i bu zamanlar keçir. Çayda ən az su sərfi iyul - avqust aylarında olur. Xonaşençaydan suvarma işlərində istifadə edilir.
Xondab
Xondab - İranda Mərkəzi ostanında bir şəhər. Xondab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,982 nəfər və 1,787 ailədən ibarət idi. Bu şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xondab şəhristanı
Xondab şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xondab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 59,112 nəfər və 15,075 ailədən ibarət idi.
Xondriosom
Mitoxondri (yun. μίτος (mitos) — sap, tel və χόνδρος (xondrion) – dən, dənəvər) — forması əsasən oval, dəyirmi, çöp, və ya tel şəkilli olur, ancaq nadir hallarda mürəkkəb quruluşlu qantelşəkilli, fincanşəkillilərə rast gəlinir. Uzunluğu 1-10 mikrometr, eni isə 0,25-1,00 mikrometr ölçüsündə olur. Biologiyaya dair ədəbiyyatlarda onun kəşf olunması haqda müxtəlif fikirlər mövcuddur. Belə ki, N.Qrin, U.Staut, D.Teyler (1980) göstərdilər ki, mitoxondrini ilk dəfə əzələ hüceyrəsində Mixaelis 1850-ci ildə görmüş və tənəffüs prosesində xüsusi rolunu qeyd etmişdir. A. Lenincer (1966) qeyd edir ki, mitoxondrini 1894-cü ildə R.Altman görmüş, bioplast, 1897-ci ildə isə Benda mitoxondri adlandırmışdır. Bəzi, ədəbiyatlarda isə, bu orqanoidin kəşfi tarixi 1890-ci il, başqa birində isə 1898-ci il göstərilir. Hanşı ildə kəşf olunmasına baxmayaraq, bu orqanoidə bütün eukariot hüceyrələrdə rast gəlinir. Ancaq bakteriya, göy-yaşıl yosunların hüceyrələrində, eləcə də onurğalı heyvanların eritrosit hüceyrələrində olmur. Mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir.
Xondəmir
Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni (1475, Herat-1535, başqa məlumata görə 1536/37) —İran tarixçisi == Həyatı == Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni 1475-ci ildə Herat şəhərində anadan olub. Tarixçi Mirxondun nəvəsidir. Xondəmir 1535-ci ildə Qucəratda vəfat edib. == Əsərləri == Xülasət-əl-əxbar Həbib-üs-siyar == Qaynaqlar == ذبیح‌الله صفا. تاریخ ادبیات در ایران، جلد ۴. دایرةالمعارف فارسی (به سرپرستی غلامحسین مصاحب) == Həmçinin bax == İran == Xarici keçidlər == "ХОНДЕМИР. Друг жизнеописаний". Восточная литература. 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 мая 2011.
Xoni
Xoni (gürc. ხონი) - Gürcüstanın qərbində, İmereti bölgəsində şəhər. Şəhərdə yaşayan 8987 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti gürcülərdən ibarətdir. Dəniz səviyyəsindən 114 metr hündürlükdə yerləşir.
Xonqodorlar
Xonqodorlar(bur. хонгоодорнууд)—Buryat xalqının bir qolu. == Tarixi == Xonqodorların ulu babaları Böyük Hun İmperiyasının tərkibində fəaliyyət göstərirdilər. Onlar Monqol İmperiyası dönəmində formalaşıb xalqa çevrildilər.Sayan-Baykal bölgəsinə köçənə qədər müasir Monqolustanın qərb tərəfində köç-düşlə məşğul olurdular. == Müasirlik == Hazırda Xonqodorlar Buryatiyanın Tunkin, Okin, Zakamen rayonlarında və İrkutsk vilayətində yaşayırlar.
Xonqxa çayı
Xonqxa (Qırmızı) (vyet. Sông Hồng; çin. 元江, Yuanszyan) — Çin Xalq Respublikasının cənubunda və Vyetnamın şimalında yerləşən çay. == Adlanması == Çində Yuanszyan (çin. 元江) və ya Xunxe, pinyin dilində Hónghé, — vyet. Şonqxonq, əvvələr vyet. Xonqa adlandırılmış. == Xarakteriskası == Çayın uzunluğu 1183 km, sahəsi təxminən 158 min km²-dir. Su sərfi mənsəbində 30 min m³/saniyədir. Ən aşağı su sərfi — 700 m³/saniyədir.
Xonsu
Xonsu - Qədim Misir mifologiyasına görə Ay tanrısıdır. Günəş tanrısı Amunun və Göy ilahəsi Mutun oğludur. Fivan üçlüyünə aid tanrılardan biridir.
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. == Nişan xonçası == Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. == Xonça gətirmə == Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Xonça (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Novruz xonçası
Novruz — bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Bayram ərəfəsində müxtəlif cür adət-ənənələrlə rastlaşmaq olar. Küsülülərin barışması, qapılara qulaq asmaq, yumurtanın döyüşdürülməsi, papaq atma və başqa inanclar bu günləri əyləncəli edir. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır. Bəs bayram xonçası necə bəzədilməlidir?

Значение слова в других словарях

брысь верста́льщица вну́чек де́сятью дрозди́ха наполео́нчик обтряса́ть пообогре́ться приарендо́вываться прозели́тский твори́ть обвози́ться политучёба размоло́ть ра́ньше клевать -genous cavort inevitableness stepmotherly неоднократно пластать понтонёр разминать удешевление