XOV

сущ. ворс (короткий густой пушок на поверхности некоторых тканей, ковров и т.п. )
XOŞZAHİRLİ
XOVCUQ
OBASTAN VİKİ
Xovan qəbiristanlığı
Xovan qəbiristanlığı (rus. Хованское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Xovd
Xovd (şəhər) — Monqolustanın şəhəri. Xovd aymakı — Monqolustanın 21 aymakından biri.
Xovd aymakı
Xovd aymakı (monq. Ховд аймаг) - Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür. 1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. Xovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır.
Xovd vilayəti

Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Xovlu tikmə
Xovlu tikmə (ing. punch needle embroidery, rus. вышивка в ковровой технике) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır. Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.
Xovlu xalça
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Xovlu xalçalar

Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Mərkəzi Xost şəhəridir. Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali dəricə danışır.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar

Digər lüğətlərdə