XINDI

Alınma sözdür, xondu kimi də işlədilir. Mənası “ağılsız” deməkdir. Tanınmış aşıqlarımızdan birinin (Xındı Məmməd) təxəllüsü olub. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə xındı sözünün “ağılsız” mənası qeydə alınıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XIDIR
XINNA DƏRƏSİ
OBASTAN VİKİ
Aşıq Xındı Məmməd
Qəniyev Məmməd Gülabı oğlu (Aşıq Xındı Məmməd) (1896, Böyük Muğanlı, Borçalı qəzası – 28 avqust 1968, Böyük Muğanlı, Marneuli rayonu) — gürcüstanlı aşıq. == Həyatı == Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda — Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı şair Ağacanın yanına gətirib ona şagird vermişdir. Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir. Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalı da məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır. Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur. Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şerlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.
Xındırıstan
Xındırıstan — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 7 mindən çoxdur. 7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.
Xındırıstan bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə