xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü).
(2 nəfərlik)
1 stəkan un
3 stəkan qaynadılmış soyuq su
1/3 çay qaşığı duz
Bəkməz (doşab)
əridilmiş kərə yağı
Şəkər tozu
Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.
ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.
Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.
Yemək getdikcə qatılaşacaq.