XƏZRİ

Bakı nordu Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. Sürəti 10 m/san-dən çox olur, bəzən 40-42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli X. təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10-11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. X. havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. X. zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. X. Böyük külək enerjisinə malikdir.
XƏRİTƏŞÜNASLIQ
XİONOSFER
OBASTAN VİKİ
Xəzri
Xəzri (külək)
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Xəzri (avtomat)
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. == Xarakteristikası == Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Xəzri Sarıyev
Xəzri avtomatı
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Xəzri Solutions
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib. 1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Xəzri BK
Xəzri – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Bakı şəhərini təmsil edir. == Tarixi == "Xəzri" basketbol komandası 2023-cü ilin sentyabrında yaradılmışdır. Komandanın Azərbaycan Basketbol Liqasında çıxış edəcəyi 28 sentyabrda rəsmiləşmişdir. Komanda liqadakı ilk oyununu 27 oktyabrda "Neftçi" komandasına qarşı keçirmiş və 80-73 hesabı ilə qələbə qazanmışdır. Komanda ilk mövsümündəcə yarımfinalda "NTD İndigo" komandasını mübarizədən kənarlaşdıraraq final seriyasında "Sabah" komandası ilə qarşılaşmağa haqq qazanmışdır. Lakin seriyada 1-3 hesabı ilə məğlub olaraq ikinci olmuşdur.
Nəbi Xəzri (1987)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.
Xəzri Buzovna FK
Xəzri Buzovna FK — Azərbaycanda futbol klubu 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranmışdır. Müxtəlif vaxtlarda "Xəzri", "Xəzri-Eltac" adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Uğurları == Azərbaycan çempionatı: Gümüş medal (1) – 1995/1996 Bürünc medal (1) – 1996/1997 Azərbaycan Kuboku: Finalçı (1) – 1996/1997 == UEFA turnirlərində == "Xəzri" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Nəbi Xəzri (film, 1987)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.

Digər lüğətlərdə