Yəşəm
Yəşəm — kvars və ya xalsedonla sementləşmiş mikroskopik kvars dənələrindən ibarət bərk süxurdur. Tərkibində böyük miqdarda dəmir, alüminium, kalsium oksidlərinin və həmçinin qranat, xlorit, epidot kimi mineral qarışılqların olması ona çox müxtəlif rənglər verir. Yəşəmin ən yaxşı növlərindən istənilən rəng və çarlara rast gəlinir. Görkəmli mineroloq – alim A.Y.Fersman bu daş haqqında belə yazmışdır: “Mən öz rəng zənginliyinə görə yəşəm qədər fərqlənən ikinci bir mineral növü tanımıram; təmiz göy rəngdən başqa yəşəmdə bütün rəng çalarları var və onlar birləşərək nağılvari mənzərə yaradır”.
Çinlilər yəşəmi ilahiləşdirmişlər. Yəşəmlər qədim dənizlərin dibində, sualtı bazalt-liparit vulkanlatının yaxınlığında əmələ gəlmişdir. Qərbi Avropa ölkələrində yəşəmdən bəzək daşı kimi XV-XVI əsrlərdə istifadə etmişlər. Rusiyada I Pyotr dövründə filiz bilicilərini yəşəm arxasınca Urala, ya da Sibirə göndərirdilər. XVIII əsrdə Urala Orsk şəhəri yaxınlığında Polkovnik dağında müstəsna dərəcədə gözəl, alabəzək yəşəm daşları tapıldı. Bəzək əqiqlərinin ehtiyatı praktiki olaraq tükənməzdir.