Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. == Ümumi məlumat == Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
İnsan beyni
İnsan beyni insanın sinir sisteminin mərkəzi orqanıdır və onurğa beyni ilə birlikdə mərkəzi sinir sistemini təşkil edir. Beyin uc beyin, beyin sapı və beyincikdən ibarətdir. O, bədənin əksər fəaliyyətlərinə nəzarət edir, duyğu orqanlarından aldığı məlumatları emal edir, inteqrasiya edir, əlaqələndirir və bədənin qalan hissəsinə göndərilən təlimatlarla bağlı qərarlar qəbul edir. Beyin başın kəllə sümükləri içərisində yerləşir və bu sümüklər onu qoruyur. İnsan beyninin ən böyük hissəsi olan serebrum iki beyin yarımkürəsindən ibarətdir. Hər yarımkürənin ağ maddədən ibarət daxili nüvəsi və boz maddədən ibarət xarici səthi — beyin qabığı var. Beyin qabığının xarici təbəqəsi (neokorteks) və daxili təbəqəsi (allokorteks) var. Neokorteks altı neyron təbəqədən, allokorteksdə isə üç və ya dörd təbəqədən ibarətdir. Hər yarımkürə şərti olaraq dörd paya bölünür — alın payı, gicgah payı, təpə payı və ənsə payı. Alın payı özünü idarə etmə, planlaşdırma, əsaslandırma və mücərrəd düşüncə daxil olmaqla icra funksiyaları ilə əlaqələndirilir, ənsə payı isə görmə ilə bağlıdır.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Beyin
Beyin — bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. == Ümumi == Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Bəyli
Bəyli (Qəbələ)
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Onurğa beyni anesteziyası
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. == Tarixi == İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələ də şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Medison Beyli
Medison Lilli Beyli (ing. Madison Lilly Bailey; 29 yanvar 1999) — amerikalı aktrisa. == Həyatı == Beyli 29 yanvar 1999-cu ildə Şimali-Karolina ştatının Kernersvill şəhərində anadan olub Çarlestonda böyümüşdür. Üç qardaşı və üç bacısı var. Böyük ögey qardaşı Orion Beyli, böyük ögey bacısı Triniti Beyli, kiçik ögey qardaşı Meraki Beyli, kiçik bacısı Kendra Beyli və qardaşı Maykl Beylidir. İlk ailəsi Afrika və İtaliya əsilli idi. Övladlığa götürüldüyü ailəsi isə ağdərilidir. Ögey anası 2018-ci ildə vəfat etmişdir. Beyli Kerensvilldə Şəqri Forsit tam orta məktəbini bitirmişdir. == Karyerası == Beyli əvvəlcə müğənni olmaq istəyirdi.
Milad Beygi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub. O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub. Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. == Həyatı == Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.
Orta beyin
Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı (dördtəpə) - lat. tectum mesencephali (lamina quadrigemina - BNA), yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. pedunculi cerebri və dal dəliklənmiş maddə - lat. substantia perforata posterior aiddir. Orta beyin qovuğu boşluğunun qalığını beynin (Silvi) su kəməri - lat. aqueductus cerebri (Silvii) təşkil edir. == Təşkil olunmuşdur == Orta beyin qapağı Böyük beyin ayaqcıqları Görmə qabaraltı Üçüncü mədəcik == İstinadlar == == Mənbələr == Prof.
Riçard Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Samuel Beyli
Samuel Beyli (ing. Samuel Bailey; 5 iyul 1791, Şeffild – 18 yanvar 1870, Şeffild) — İngilis filosofu və iqtisadçısı. Bıçaq istehsalı üçün bir ailə firmasında çalışmış, parlament seçkilərində iştirak etmişdir. D.Rikardonun dəyər əmək nəzəriyyəsini tənqid etməsi sayəsində şöhrət qazandı. Mark Blauqa görə "Keynesdən əvvəl yüz böyük iqtisadçı" siyahısına daxildir. == Seçilmiş əsərləri == «Siyasi iqtisadiyyat, siyasət, əxlaq və s. suallar.» (Questions in Political Economy, Politics, Morals, &c., 1823); «Dəyərin təbiəti, ölçülməsi və səbəbi haqqında kritik bir dissertasiya; xüsusilə cənab Rikardo və tərəfdarlarının əsərləri ilə əlaqəli» (Critical Dissertation on the Nature, Measure, and Causes of Value; Chiefly is Reference to the Writings of Mr. Ricardo and his Followers, 1825). «Pul və onun qarışıqlığı» (Money and its Vicissitudes, 1837). == İstinadlar == == Ədəbiyyat == Блауг М. Бейли, Сэмюел // 100 великих экономистов до Кейнса.
Stefano Benni
Stefano Benni (it. Stefano Benni; 12 avqust 1947[…], Boloniya) — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist. == Həyatı == Stefano Benni 12 avqust 1947-ci ildə İtaliyanın Bolonya şəhərində anadan olmuşdur. Libération, la Repubblica, il manifesto qəzetlərində və Əl-Doxa adlı ərəb jurnalında işləmişdir. == Əsərləri == Bar Sport (1976) Prima o poi l'amore arriva (1981) Terra!
Tağ (beyin)
Tağ (lat. fornix) — müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Uc beyin
Uc beyin — lat. telencephalon uc beyin qovuğundan diferensasiyaetmiş törəmələrə böyük beyin yarımkürələri — lat. hemispheria cerebri, görməqabaraltının görmə hissəsi — lat. pars optica hypothalami, komissural sistemdən (bitişmə sistemindən) hesab olunan döyənək cismi — lat. corpus collosum və ön bitişmə — lat. commissura anterior aiddir. Uc beyin yüksək inkişaf dərəcəsinə çatmışdır; yuxarı tərəfdən və yanlardan beyin kötüyünü çəpgən kimi əhatə etmişdir. == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Sara Neyni
Sara Neyni (23 iyul 1981, Şiraz) — İranlı müğənni və bəstəkar. == Həyatı == Sara Neyni 23 iyul 1981-ci ildə Şirazda anadan olub. Əlirza Əsər, Məhəmməd İsfahani və Homayun Şəcəryan kimi müğənnilərlə işləmə təcrübəsi var.
Bəyin oğurlanması
Bəyin oğurlanması — Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.
Frensis Berni
Frensis Berni (ing. Frances Burney) - 1752/1840-cı illərdə yaşamış məşhur İngilis yazıçı. == Həyatı == İngilis əbəbiyyatının ilk qadın roman yazıçılarından olan Frensis Fanni Berni - 13 iyun, 1752-ci ildə, ingiltərənin King's Lynn şəhərində anadan olmuşdur. Atası, bəstəkar və musiqi tarixçisi Charles Berni (1726-1814), anası isə Esther Sleepdir (1725-1762). Kiçik yaşlarından öz cəhdləriylə oxuma-yazma öyrənmiş və ev kitabxanalarında mövcud olan müxtəlif romanlar, dini möizə kitabları, Şekspir, Plutarx vs ədəbiyyat dahilərinin əsərlərindən faydalanaraq biliyini artırmışdır. 10 yaşlarından etibarən adına "Məktublar" dediyi, müxtəlif düşüncə və təəssüratlarını qələmə aldığı yazılarını yazmağa başlamışdır. 1768-ci ildən başlayaraq jurnalda dərc olunan bu məktublar, yazıçının həyatı boyunca yazılmağa və yayımlanmağa davam etmişdir. Anasının ölümü, eyni zamanda atasının ikinci dəfə ailə həyatı qurduğu "Elizabeth Allen" adlı xanımla aralarında olan soyuq münasibət uşaqlığının xoş günlərinə kölgə salsa da, yazmaqdan və yaradmaqdan əl çəkməmişdir. Mr. Berni tərəfindən tərtib edilən musiqi məclisləri səbəbiylə, aralarında ingilis siyasətçi, yazıçı və filosof Edmund Börk, pyes yazıçısı və teatr aktyoru David Garrick, yazıçı və leksikoloq (bax: Leksika ) Samuel Johnsonun da olduğu, dövrün bir çox tanınmış şəxsləriylə yaxınlaşma və tanış olma fürsəti əldə etmişdir.
Enn Heyni
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Beyin yarımkürələri
Onurğalıların beyni iki böyük yarımkürəyə (lat. Hemisphaerium cerebri) bölünür: sol və sağ. Yarımkürələrin daxili təbəqəsi ağ maddə ilə, xarici təbəqəsi isə boz maddə ilə dəstəklənən beyin qabığıdır. İki yarımkürə komissuralar - sinir liflərinin eninə dəstələri ilə bir-birinə bağlanır. Bu komissuraların əsası korpus kallosumun qalın təbəqəsidir; öndən arxaya 8 sm uzanır və bir yarımkürədən digərinə uzanan 200-250 milyon sinir lifindən ibarətdir. Anterior və posterior komissuralar və tağ daxil olmaqla daha kiçik əlaqələr, lokallaşdırılmış funksiyaları koordinasiya etmək üçün iki yarımkürə arasında məlumat ötürür. Hər yarımkürədə qütblər adlanan öndə, arxada və yanlarda ən görkəmli bölgələr fərqlənir: frontal qütb (polus frontalis), oksipital qütb (polus occipitalis) və temporal qütb (polus temporalis). Ümumiyyətlə, yarımkürələr incə fərqlərlə bir-birinin güzgü şəkilləridir və sağ tərəf irəli çəkilir. Mikroskopik səviyyədə beyin qabığının sitoarxitekturası hüceyrə funksiyasını, neyromediatorların sayını və reseptor alt tiplərini aşkar edir. Müşahidə edilə bilən fərqlər fərddən fərdə dəyişir.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica). Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.