YAĞINTI FİZİKASI

atmosfer yağıntılarının fiziki xassələri, əmələgəlmə prosesləri haqqında təlim.
YAĞINTI
YAĞINTININ QALINLIĞI
OBASTAN VİKİ
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Yağışın intensivliyi fərqli ola bilər, yüngül çiskinlərdən güclü leysanlara qədər. Yağışdan sonra ortaya çıxan xoş torpaq qoxusuna petrikor deyilir. Yağış çirkləri və allergenləri yuyaraq havanı təmizləyir. Bir çox Yerli amerikan qəbilələri quraqlıq zamanı yağış ruhlarını çağırmaq məqsədilə ənənəvi rituallar keçirirlər. Dünyanın ən yağışlı yeri Hindistanda ildə orta hesabla 467,4 düym yağış alan Mavsinram (Mawsynram) kəndidir. Ən quraq yer isə Çilidəki Atakama səhrasıdır, burada bəzi ərazilərə yüz illərdir yağıntı düşmür.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Atmosfer fizikası
== Atmosfer == Atmosfer – Yerin aerozol hissəciklərinin tərkibində olan qaz örtüyüdür. Yerlə birgə fəzada hərəkət edərək, eyni vaxtda Yerin fırlanmasında iştirak edir. Atmosferin dibində əsasən bizim yerdə həyatımız baş verir. Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.
Atom fizikası
Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyəcanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir. Buna görə də müasir atom fizikasına atomun quruluşunu öyrənən nəzəriyyələr, kimyəvi birləşmələrdə və kristallarda atomların qarşılıqlı təsirini, eləcədə atomun optik və rentgen şüalanma spektrlərini öyrənən fizika bölmələri də daxildir. Atom fizikası XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Lakin atomun varlığı və onun bölünməz olması haqqında ilk fikirlər Demokrit və Epikürə məxsusdur. XVII əsrdə fransız filosofu P. Qassendi və ingilis kimyaçısı Robert Boyl bu fikri yenidən söyləmişlər. Kimyanın inkişafı ilə əlaqədar C. Dalton atomlarda həndəsi nisbətlər qanunu kəşf etdi. A. Avoqadro və S. Kannitsaro atomla molekul arasındakı fərqləri tapmışlar. XIX əsrin sonlarında atomların optik xassələrinin öyrənilməsinə başlanması ilə atom fizikasının əsası qoyuldu. Hər bir atomun xarakterik optik spektrə malik olması məlum olduqdan sonra onların qruplaşdırmağın mümkünlüyü başa düşüldü.
Gələcəyin fizikası
Gələcəyin fizikası - Miçio Kakun tərəfindən gələcəklə bağlı yazılmış kitab. == Haqqında == 2100-cü ildə dünya necə olacaq? Kompüterlər hansı formada idarə ediləcək? Əşyalar necə hərəkətə etdiriləcək? Dünyanın informasiya sahələrinə necə qoşulacağıq? Müəllif bu kitabda alimlərlə müsahibələrini ümumiləşdirərək təqdim edir. Oxucunun gözləri qarşısında sirli-sehrli bir reallıq canlanır. == İstinadlar == "Ali və Nino".
Hissəciklər fizikası
Hissəciklər fizikası- maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir. Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır. == Tarix == Bütün maddələrin əsaslı şəkildə elementar hissəciklərdən ibarət olduğu fikri ən azı 6-cı əsrə aiddir. 19-cu əsrdə John Dalton, stoiometriya üzərində apardığı işlər nəticəsində təbiətin hər bir elementinin tək, bənzərsiz bir hissəcikdən ibarət olduğu qənaətinə gəldi. Əvvəlcə atom (yunanca atomos- bölünməz) tapıldı. Daha sonra isə atomlar üzərində işlənərək kimyəvi elemet anlayışı fizikaya əlavə olundu. Lakin fiziklər tezliklə atomun bölünməz olmadığı, əslində atomun özünün də elektron kimi kiçik hissəciklərdən ibarət olduğu qənaətinə gəldilər.
Kvant fizikası
Kvant mexanikası fizikada təbiətin fiziki xassələrinin atomlar və atomaltı hissəciklər miqyasında təsvirini təmin edən fundamental nəzəriyyədir. O, kvant kimyası, kvant sahə nəzəriyyəsi, kvant texnologiyası və kvant informasiya elmi də daxil olmaqla bütün kvant fizikasının əsasını təşkil edir. Klassik fizika, kvant mexanikasının yaranmasından əvvəl mövcud olan nəzəriyyələr toplusu, təbiətin bir çox aspektlərini adi (makroskopik) miqyasda təsvir edir, lakin onları kiçik (atom və atom altı) miqyasda təsvir etmək üçün kifayət deyil. Klassik fizikada əksər nəzəriyyələr geniş (makroskopik) miqyasda etibarlı bir yaxınlaşma kimi kvant mexanikasından əldə edilə bilər. Kvant mexanikası klassik fizikadan onunla fərqlənir ki, bağlı sistemin enerji, impuls, bucaq impulsu və digər kəmiyyətləri diskret qiymətlərlə məhdudlaşır (kvantlaşdırma), cisimlər həm hissəciklərin, həm də dalğaların xüsusiyyətlərinə malikdir (dalğa-hissəcik ikiliyi) və məhdudiyyətlər var. İlkin şərtlərin tam dəsti (qeyri-müəyyənlik prinsipi) nəzərə alınmaqla, fiziki kəmiyyətin dəyərinin ölçülməzdən əvvəl nə qədər dəqiq proqnozlaşdırıla biləcəyinə. Kvant mexanikası 1900-cü ildə Maks Plankın qara cisim radiasiya probleminin həlli və Albert Eynşteynin 1905-ci ildəki məqaləsindəki enerji və tezlik arasındakı uyğunluq kimi klassik fizika ilə uzlaşa bilməyən müşahidələri izah etmək üçün tədricən nəzəriyyələrdən yarandı. Fotoelektrik effekti izah etdi. İndi "köhnə kvant nəzəriyyəsi" kimi tanınan mikroskopik hadisələri anlamaq üçün bu ilk cəhdlər 1920-ci illərin ortalarında Nils Bor, Ervin Şrödinger, Verner Heyzenberq, Maks Born tərəfindən kvant mexanikasının tam inkişafına səbəb oldu və qeyriləri. Müasir nəzəriyyə müxtəlif xüsusi hazırlanmış riyazi formalizmlərdə formalaşdırılır.
Nüvə fizikası
Nüvə fizikası — fizikanın bölünməsi; nüvənin quruluşunu, xassələrini, radioaktiv çevrilmə proseslərinin və nüvə reaksiyalarının mexanizmini öyrənir. Bəzən nüvə fizikasına elementar zərrəciklər fizikası və nüvə energetikası da daxil edilir. Nüvə fizikası astrofizika, bərk cisimlər fizikası, kimya, biologiya, tibb və s. elmlərin inkişafında mühüm rol oynayır. Nüvə fizikasının inkişaf tarixi şərti olaraq üç dövrə ayrılır: Radioaktivliyin kəşfindən nüvənin tərkibi müəyyən olunanadək (1896–1932) 1932–1949-cu illər Müasir dövr (1949–indiyədək) Birinci dövrdə nüvə haqqında yalnız ümumi faktlar tapılmış, uran və başqa nüvələrin radioaktivliyi kəşf edilmiş, α, β və γ radioaktivlik növləri aşkara çıxarılmış, 1911-ci ildə atomun planetar modeli verilmiş, sonradan nüvənin varlığı haqqında fikir söylənilmiş, nüvələrin süni çevrilməsi (nüvə reaksiyaları) və nüvə daxilində hidrogen atomununun nüvəsi (proton) kəşf edilmiş, kütlə-spektrometri vasitəsilə stabil izotoplar alınmış, yüklü zərrəciklər sürətləndiriciləri qurulmuşdur. 1932-ci ildə neytronun kəşfi ilə başlayan ikinci dövrdə nüvənin proton və neytronlardan ibarət olması haqqında model verilmiş, sürətləndirilmiş protonların köməyi ilə nüvə reaksiyaları alınmış, 1934-cü ildə süni radioaktivlik və nüvə izomerləri, 1939-cu ildə uran nüvəsinin neytronların təsiri ilə və 1940-cı ildə spontan bölünməsi kəşf edilmiş, zəncirvarı nüvə reaksiyalarının mümkün olması aşkara çıxarılmış, 1942-ci ildə ilk nüvə reaktoru qurulmuş, nüvə energetikasının əsası qoyulmuşdur. Güclü sürətləndiricilərin qurulması və kosmik şüaların tərkibində bir çox elementar zərrəciklərin kəşfi nüvə energetikası və elementar zərrəciklər fizikasının inkişafına və nüvə fizikasının sərbəst bölmələrinə çevrilməsinə zəmin yaratmışdır. Üçüncü dövr (müasir dövr) 1949-cu ildən başlanır, alçaq, orta və yüksək enerjilər fizikası kimi 3 bölməyə ayrılır. Birincidə nüvənin quruluşu problemləri, radioaktiv çevrilmə prosesləri və 200 mev.-dən kiçik enerjili zərrəciklərin yaratdığı nüvə reaksiyalarının tədqiqi; ikincidə 200 mev.-dən 1 qev.-dək enerjilərdəgedən proseslər, üçüncüdə isə 1 qev.-dən yüksək enerjilərdə gedən proseslər öyrənilir. Nüvə fizikası eksperimental və nəzəri nüvə fizikasına ayrılır.
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu (fr. École supérieure de physique et de chimie industrielles de la ville de Paris və ya ESPCI) — 1882-ci ildə Fransanın Paris şəhərində əsası qoyulmuş institut. Frederik Jolio-Küri: Nobel mükafatı laureatı. Fransız fizik.