Bioloq-alim Q.Mustafayev yazır: Kürək zamanı erkək canavarlar (eləcə də dəvələr, turlar...) arasında döyüş başlayır (nər döyüşü də buradandır). Qalib, sürüdə ər olmaq hüququ qazanır, məğlub isə küsərək tək halda başqa sürüyə üz tutur. Hirsli olduğundan yolda-izdə əlinə keçəni parçalayır. Sözün kökü “yal”dır (yalnız, yalqız sözlərinin yada salın), mənası tək (bir) deməkdir, -nız (-qız, -quz) şəkilçisi sifətin çoxaltma dərəcəsini əmələ gətirib (yalqız, yəni təkcə). Həmin sözdən yalqız-a-maq feili (indi işlədilmir), ondan isə yal-qız-a-q (yalquzaq) ismi törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)