Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi. Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib. Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, İstanbul – 6 dekabr 1981) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Afyon seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Şəxsi həyatı == Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar qız peşə liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı birliyi məktəbi"ndə oxumuşdur. Gönenç 1914-cü ildə Arnavutköy amerikan qızlar liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. Gönenç 1927-ci ildə Adana sakini olan həkim Əhməd Rəmzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. == Pedaqoloji fəaliyyəti == Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. == Siyasi karyera == Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O, ərinin işi ilə bağlı 1933-cü ilin iyun ayında Mersinə köçmüş və 1934-cü ildə Mersin bələdiyyə məclisinin də üzvü olub.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə; 9 may 1925, Ordubad, Naxçıvan MSSR) — şair == Həyatı və təhsili == 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. == Kitabları == Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksofon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Səfurə Əbdürrəhmanova
== Haqqında == Əbdürrəhmanova Səfurə Dadaş qızı 1929-cu ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olmuşdur. 1942–1956-cı illərdə Lenin adına kolxozda manqabaşçısı kimi çalışmışdır. O, 1949-cu ildə 3 hektar sahənin hər hektarından 28,6 sentner "Trabzon" növlü tütün götürərək yüksək əmək göstəricisinə nail ola bilmişdir. 1950-ci ildə "Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif edilmişdir.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Merkuri
Dəqiqləşdirmələr Merkuri (avtomobil) — ABŞ-də istehsal olunan avtomobil markası. Merkuri (planet) — Günəş sisteminin 8 planeti arasında Günəşə ən yaxın və ən kiçik planet. Merkuri (mifologiya) — Roma mifologiyasında ticarət tanrısı. Merkuri (element) — D.İ.Mendeleyevin dövri elementlər cədvəlində 80-ci element. == Hadisələr == Merkuri əməliyyatı — İkinci dünya müharibəsində almanların Krit adasına desant çıxarma planı. Merkuri layihəsi — ABŞ-nin ilk kosmik proqramı. == Şəxslər == Freddi Merkuri — Queen rok qrupunun solisti.
Freddi Merkuri
Freddi Merkyuri (ing. Freddie Mercury, əsl adı Fərrux Bulsara, qüc. ફારોખ બલસારા‌; d. 5 sentyabr 1946, Stoun Taun, Zənzibar sultanlığı – ö. 24 noyabr 1991, Kensinqton, London, Böyük Britaniya) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir. Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür.
Merkuri (avtomobil)
Merkuri — Ford Avtomobil Qrupu bünyəsində iştirak edən, yalnız Amerika bazarına satışı edilən avtomobil markasıdır. Fordun modellərini başqa bir ad altında çıxarmaqdadırlar.
Merkuri (dəqiqləşdirmə)
Dəqiqləşdirmələr Merkuri (avtomobil) — ABŞ-də istehsal olunan avtomobil markası. Merkuri (planet) — Günəş sisteminin 8 planeti arasında Günəşə ən yaxın və ən kiçik planet. Merkuri (mifologiya) — Roma mifologiyasında ticarət tanrısı. Merkuri (element) — D.İ.Mendeleyevin dövri elementlər cədvəlində 80-ci element. == Hadisələr == Merkuri əməliyyatı — İkinci dünya müharibəsində almanların Krit adasına desant çıxarma planı. Merkuri layihəsi — ABŞ-nin ilk kosmik proqramı. == Şəxslər == Freddi Merkuri — Queen rok qrupunun solisti.
Merkuri (mifologiya)
Merkuri — Roma mifologiyasında elçi və ticarət ilə gəlirin, oğru və fırıldaqçıların tanrısıdır. Yunan mifologiyasındakı Hermes ilə eyniləşdirilir.
Merkuri (planet)
Merkuri və ya Ütarid — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır. Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur.
Merkuri layihəsi
Merkuri Layihəsi — 1958-ci ildən 1963-cü ilə qədər Birləşmiş Ştatların ilk kosmik uçuş proqramı Merkuri olmuşdur. Space Yarışının erkən qeyd edildiyi müddətdə məqsədi bir insanı Yer üzünə qoymaq və Sovet İttifaqı qarşısında ideal bir şəkildə geri qaytarmaq idi. Yeni yaradılmış NASA kosmik agentliyi tərəfindən ABŞ Hava Qüvvələrindən götürülən, iyirmi bərabər inkişafsız uçuş (bəzi heyvanları istifadə edərək) və astronavtların müvəffəqiyyətli uçuşunu həyata keçirdi. Roma mitologiyasından adını alan proqram, inflyasiya üçün 2,2 milyard dollara başa gəldi. Astronavtlar kollektiv olaraq "Merkuri Seven" kimi tanındılar və hər bir kosmik gəmiyə "7" pspase Race, 1957-ci ildə Sovet peykinin Sputniknin 1-nin buraxılması ilə başladı. Bu, Amerika ictimaiyyətinə şok olaraq gəldi və mövcud ABŞ kosmik kəşfiyyat işlərini sürətləndirmək üçün NASA yaradılmasına gətirib çıxardı. Onların çoxunu vətəndaş nəzarəti altında yerləşdirdilər. 1958-ci ildə Exsplorer 1 peykinin müvəffəqiyyətli bir şəkildə başladıktan sonra ekipajlı kosmos uçuşu bir sonrakı hədəf oldu. Sovet İttifaqı ilk insan, kosmonavt Yuri Qaqarinini 12 aprel 1961-ci ildə, Vostok 1-də tək orbitə yerləşdirildi. Qısa bir müddət sonra, ABŞ, 5 mayda, ilk astronavt Alan Şepardı suborbital uçuşa buraxdı.
Merkuri planeti
Merkuri və ya Ütarid — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır. Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur.
Merkuri qülləsi
Merkuri qülləsi (rus. Меркурий-сити-тауэр) — Rusiyanın paytaxtı Moskvada, Moskva Beynəlxalq Biznes Mərkəzinin 14-cü sahəsində yerləşən, çoxfunksiyalı bir biznes kompleksidir və Avropanın ən yüksək binalarından biri hesab edilir, hündürlüyü isə 338,8 metrdir. == Tikili haqqında == Merkuri qülləsinin yerüstü 75, yeraltı isə 5 mərtəbədən ibarətdir. 5 mərtəbə, yalnız avtodayancaq üçün nəzərdə tutulmuşdur. 75 mərtəbənin sahəsi 143181 m², yeraltı mərtəbənin sahəsi isə 30779 m²-dir. Binanın ümumi sahəsi 173960 m²-dir. İlk 40 mərtəbənin A + sinifli ofislər təşkil edir. Binanın 40-cı mərtəbəsində 975 kvadratmetr sahəsi olan çoxfunksiyalı bir "Mercury Space" böyük zal vardır. Məkan xüsusi tədbirlərː konfranslar, mərasimlər, qala gecəsi, toylar, partiyalar, moda nümayişləri və s. təşkil etmək üçün geniş imkanlara malikdir.
Seylor Merkuri
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.
Qafqaz və Merkuri
Qafqaz və Merkuri (rus. Кавказъ и Меркурій, К. и М) – Volqada inqilabdan əvvəlki üç ən böyük rus gəmiçilik şirkətlərindən biri. == Tarixi == Merkuri şirkəti 21 aprel 1849-cu ildə özəl məclis üzvləri Valeri Skripitsyn, Aleksey Lobkov və Nikolay Jerebtsov tərəfindən 750.000 rubl kapitalla təsis edilmişdir. 1858-ci ildə Merkuri idarə heyəti Xəzər dənizində naviqasiya üçün "Qafqaz" gəmiçilik şirkətini yaratdı, lakin həmin il hər iki gəmiçilik şirkəti 21 may 1858-ci ildə "Qafqaz və Merkuri" ümumi adı altında birləşdi. Onun ilk sədri İdarə Heyətinin üzvü Aleksandr Jandr idi. Şirkət 1866-cı ildə Bakıda mexaniki zavod açdı. 1860-cı illərin əvvəllərində şirkət Xəzər dənizində artıq 15 paroxod və 7 pərvanəli şkane işlədirdi. 1867-ci ildə baş qərargah Bakıya köçürüldü və burada sərnişin terminalı üçün ilk elektrik şəbəkəsi sistemini qurdu. 1896-cı ildə keçirilən ÜmumRusiya sərgisinin qalibi oldu və bununla da dövlət gerbindən istifadə etmək hüququ əldə etdi. Ona poçt, hərbi personal, hərbi yük və müdafiə texnikasının daşınması üzərində monopoliya, habelə hökumət tərəfindən illik 350.000 rubl subsidiya verilirdi.
Merkur Spiel-Arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Merkuri haqqında Minamata Konvensiyası
Civə haqqında Minamata Konvensiyası — insan sağlamlığını və ətraf mühiti antropogen emissiyalardan və civə və civə birləşmələrinin buraxılmasından qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilə. Konvensiya üç illik görüş və danışıqların nəticəsidir, bundan sonra konvensiyanın mətni 140-a yaxın ölkəni təmsil edən nümayəndələr tərəfindən 19 yanvar 2013-cü ildə Cenevrədə təsdiq edilmiş və həmin ilin sonunda 10 oktyabr 2013-cü ildə Yaponiyanın Kumamoto şəhərində keçirilmiş diplomatik konfransda qəbul edilmiş və imzalanmışdır. Konvensiya Yaponiyanın Minamata şəhərinin adını daşıyır. Bu adlandırma simvolik əhəmiyyət kəsb edir, çünki şəhərdə kütləvi civə zəhərlənməsi baş verib. Növbəti bir neçə onillikdə kovensiyasının ətraf mühitə böyük miqdarda civənin buraxılmasından məsul olan məqsədyönlü fəaliyyətlər nəticəsində civə ilə çirklənmənin azaldılmasını artıracağı gözlənilir. Konvensiya civənin istifadə edildiyi, buraxıldığı bir sıra məhsullar, proseslər və sənayelər üzrə nəzarət və azalmalar da daxil olmaqla, civənin bütün həyat dövrü ilə əlaqəli müddəaları ehtiva edir. Konvensiya həmçinin civənin birbaşa hasilatı, ixracı və idxalı, təhlükəsiz saxlanması və bir dəfə tullantı kimi utilizasiyasını nəzərdə tutur. Risk altında olan əhalinin müəyyən edilməsi, tibbi xidmətin artırılması və civə ilə bağlı təsirlərin müəyyən edilməsi və müalicəsində səhiyyə mütəxəssislərinin daha yaxşı təlimləndirilməsi də konvensiyanın həyata keçirilməsi ilə nəticələnəcək. Minamata Konvensiyası 2020-ci ilə qədər istehsalı, idxalı və ixracı tamamilə qadağan ediləcək civə tərkibli saysız-hesabsız məhsullar üzərində nəzarəti təmin edir (ölkələrin ilkin 5 illik müddət üçün azad olunmasını tələb etdiyi hallar istisna olmaqla). Bu məhsullara müəyyən növ akkumulyatorlar, yığcam flüoresan lampalar, relelər, sabun və kosmetika, termometrlər və qan təzyiqi cihazları daxildir.
"Merkuri-2" bərəsinin qəzaya uğraması
"Merkuri-2" bərəsinin qəzaya uğraması — 22 oktyabr 2002-ci ildə, saat 09.30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batması hadisəsi. Bu hadisə Azərbaycanın gəmi nəqliyyatı tarixindəki ən böyük qəzadır. "Merkuri-2" gəmi-bərəsində həlak olmuş, xilas edilmiş, itkin düşmüş heyət üzvlərinin və sərnişinlərin müvafiq siyahısı. "MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN HƏLAK OLMUŞ HEYƏT ÜZVLƏRİ VƏ SƏRNİŞİN 1. Səlimov Fikrət Pəsi oğlu 2. Salıkov Maarif Şirnalı oğlu 3. Melnikova Tatyana Vasilyevna 4. Nəbiyev Nəriman Nəbiulla oğlu {sərnişin} /Qazaxıstan vətəndaşı/ biletsiz "MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN XİLAS EDİLMİŞ HEYƏT ÜZVLƏRİ 1. Ağayev Asəf Şərur oğlu 2. Novruzov Samir Qərib oğlu 3.