YARALAMAQ

f.
1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. Əlini yaralamaq.
– Marala bax, marala; Vur, ox ilə yarala; Dərd verən dərman versin; Dərdim düşsün qarala. (Bayatı).
Qeyrətdən keçəndə, su üstündə yay fəsli hər bir müsəlman qardaş yeddisəkkiz adam yaralar. C.Məmmədquluzadə.
[Aslan bəy:] Ancaq yazıq Əsəd bəyi yaralayıb qaçarkən bir qırmızı çuxa vardı əynində… C.Cabbarlı.

2. məc. Mənəvi əzab və iztirab vermək, qəlbini sındırmaq, ruhən incitmək (çox vaxt “qəlbini”, “ürəyini” sözləri ilə).
[Məmmədbağır:] Əsmərcan, sən mənim ürəyimi yaralayırsan! S.Hüseyn.

Синонимы

  • YARALAMAQ zədələmək — sındırmaq
  • YARALAMAQ incitmək
YARALAMA
YARALANDIRMA

Значение слова в других словарях