YAVUQLUQ
YAVUZLUQ
OBASTAN VİKİ
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. == Həyatı == Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Yavuz Akpınar
Yavuz Akpınar (1947, Ərdəhan ili) — türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açmış, 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alaraq 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışmışdır. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayaraq 1994-cü ildə dosent olmuşdur. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə yaşı tamam olana kimi çalışmış sonra isə əməkli olmuşdur. == Yaradıcılığı == İlk məqaləsi 1968-ci ildə Qarsda “Haqqın səsi” qəzetində dərc olunmuşdur. Onun məqalələri Türklük Araşdırmaları Dərgisi, Qardaş Kitablar, Azərbaycan Türkləri, Yeni Türkiyə, Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Araşdırmaları kimi jurnallarda çap olunmuşdur. XIX və XX əsrdə türk dialektləri və ədəbiyyatları, Türk dünyasında müasirləşmə, fikri və ədəbi həyat, ədəbi-ziyalı əlaqələri Yavuz Akpınarın tədqiqatının əsas istiqamətlərindəndir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir.
Yavuz Axundlu
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966). == Həyatı == Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
Yavuz Ağırəlioğlu
Yavuz Ağırəlioğlu (1 fevral 1972) — Türkiyə Böyük Millət Məclisi XXVII çağırış millət vəkili, İYİ Partiyanın sabiq sədr müavini, Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sabiq sözçüsü və sabiq sədr müavini, Böyük Birlik Partiyası sabiq sədr müavini. == Həyatı == Yavuz Ağırəlioğlu 1 fevral 1972 tarixində Trabzonun Çaykara ilçəsinin Eğridere kəndində anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Yozqatın Sorgun ilçəsində tamamlamışdır. Ali təhsilini Ankara Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır. === Ailəsi === Ailəlidir və 3 övladı var. == Siyasi fəaliyyəti == 1995–1997-ci illərdə Nizamı-Aləm Ocaqlarının sədri olmuşdur. 2002-ci il parlament seçkilərində Trabzondan millət vəkilliyinə namizəd olmuşdur. 2003-cü ilin iyul ayında keçirilən Böyük Birlik Partiyası III Qurultayında partiyanın sədr müavini və Mərkəzi İcra Aparatının üzvü seçilmişdir. 2011-ci ildə BBP sədrliyinə namizəd oldu. 2011-ci ildən bəri Türkiyə İnisiyatif Mərkəzinin Prezidentidir.
Yavuz Eminbəyli
Eminbəyli Yavuz İbrahim oğlu — İbrahim Eminbəylinin oğlu Azərbaycan Atıcılıq Federasiyasınin vitse-prezidenti olmuşdur. == Həyatı == == Mükafatları == 6 aprel 2001-ci il "Tərəqqi" medali ilə təltif olunmuşdur. 25 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülmüşdür. 25 dekabr 2019 Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü vüeilir.
Yavuz Rüstəmov
Yavuz İsmayıl oğlu Rüstəmov (9 may 1933, Ordubad, Naxçıvan MSSR – 8 oktyabr 2019, Bakı) — texnika elmləri doktoru (1984), professor (1994), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Yavuz Rüstəmov 9 may 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə Neft və qaz texnologiyası ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Yavuz Rüstəmov əmək fəaliyyətinə Sumqayıt "Sintetik kauçuk" zavodunda başlayıb. Belə ki, o, 1957-ci ildə təyinatla Sumqayıt "Sintetik kauçuk" zavoduna göndərilib, 1957-1961-ci illərdə həmin zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışıb. Rüstəmov həmin sexdə SKS-30 və SKN-26 kauçuk istehsallarının təkmilləşməsində aktiv iştirak edib. Daha sonra 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə isə "Sumqayıt superfosfat" zavodunda baş mühəndis işləyərək zavodun bütün istehsal sahələrinin tikilib işə buraxılmasına, onların istismar olunmasına və bir sıra proseslərin təkmilləşdirilməsinə bilavasitə rəhbərlik edib. Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir. Professor 1990-cı ildən Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. === Üzv olduğu şuralar === Yavuz Rüstəmov Respublika AAK-nın Kimya üzrə Ekspert Şurasının və Neft Kimyası üzrə Problem Şurasının üzvü olub.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.
Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər (1936, Sivas)— Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub. == Həyatı == Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi.
Yavuz Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Yavuz Səlim məscidi
Yavuz Sultan Səlim külliyəsi – İstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə. Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan Səlim və Hafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.
Əli Yavuz Akpınar
Yavuz Akpınar (1947, Ərdəhan ili) — türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açmış, 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alaraq 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışmışdır. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayaraq 1994-cü ildə dosent olmuşdur. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə yaşı tamam olana kimi çalışmış sonra isə əməkli olmuşdur. == Yaradıcılığı == İlk məqaləsi 1968-ci ildə Qarsda “Haqqın səsi” qəzetində dərc olunmuşdur. Onun məqalələri Türklük Araşdırmaları Dərgisi, Qardaş Kitablar, Azərbaycan Türkləri, Yeni Türkiyə, Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Araşdırmaları kimi jurnallarda çap olunmuşdur. XIX və XX əsrdə türk dialektləri və ədəbiyyatları, Türk dünyasında müasirləşmə, fikri və ədəbi həyat, ədəbi-ziyalı əlaqələri Yavuz Akpınarın tədqiqatının əsas istiqamətlərindəndir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir.
Malqoç Yavuz Əli Paşa
Malqoç Yavuz Əli Paşa (XVI əsr – 26 iyul 1604, Belqrad) — III Mehmed və I Əhməd dönəmində 16 oktyabr 1603–26 iyun 1604 tarixlərində ümumilikdə 9 ay 11 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır == Həyatı == Əslən bosniyalı olan Malqoçeviç ailəsində dünyaya gəlmiş, bosniyalı yeniçəri ağası Saleh ağanın qohumudur. Əndəruna daxil olaraq silahdarlıq rütbəsinə qədər yüksəldi. Daha sonra 1601-ci ilin iyul ayında Misir hakimi təyin olundu. Misir hakimi ikən 23 sentyabr 1603 tarixində III Mehmedin sədrəzəmi Yemişçi Həsən Paşa sədarətdən alınaraq edam edilmiş, əvəzinə dövlət işlərində bacarıqlı bir dövlət adamı tapılmadığından Misirə xəbər göndərilmiş və Malqoç Yavuz Əli Paşa sədrəzəm təyin edildi. Yavuz Əli Paşa İstanbula gələnə qədər sədarət vəkili olaraq Qasım Paşa vəzifələndirildi. Yavuz Əli Paşa paytaxta gəlib çatana qədər III Mehmed 21 dekabr 1603 tarixində vəfat etdi. Onun yerinə 13 yaşlı oğlu I Əhməd taxta çıxdı. Cülus mərasimindən bir həftə sonra Yavuz Əli Paşa 1.200.000 yaxın iki illik Misir xəzinəsi ilə paytaxta çatdı. Bu xəzinədən 700 min qızıl qapıqulu ocağına cülus bəxşişi olaraq paylandı. Yavuz Əli Paşa paytaxta gəlib çatanda Osmanlı ordusunun bir qismi Avstriya cəbhəsində, bir qismi Macarıstan cəbhəsində, az bir hissəsi isə Səfəvi cəbhəsində döyüşlərə davam edirdi.
Yavuz Sultan Səlim körpüsü
Yavuz Sultan Səlim körpüsü və ya Üçüncü Boğaz körpüsü boğazın Qara dəniz, şimal tərəfində inşa edilmiş körpüdür. Adı doqquzuncu Osmanlı sultanı və ilk Osmanlı xəlifəsi Yavuz Sultan Səlimin şərəfinə verilmişdir. Körpünün bir ucu Avropa tərəfindəki Sarıyerin Garipçe məhəlləsində digər ucu isə Anadolu tərəfindəki Beykozun Poyrazköy bölgəsində yerləşir. == Qərar mərhələsi == Hər ay 20 min yeni nəqliyyat vasitəsinin gəldiyi İstanbulda təxminən 2,5 milyon qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi var. Boğazda yerləşən iki körpü günün müəyyən vaxtlarında yaşanan həddindən artıq intensivlik səbəbindən tam xidmət göstərə bilmir. Buna görə də son illərdə boğazda üçüncü körpünün inşası üçün bir çox təklif irəli sürüldü. İlk konkret addım 60-cı hökumət dövründə atıldı. Dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü körpünün lazım olduğunu və dərhal edilməli olduğu fikrini müdafiə etdi. Körpünün yolunu təyin etmək üçün helikopterlə baxış keçirdi. Körpünün yerləşməsi üçün xüsusən də meşələrlə örtülən şəhərin şimal hissələri nəzərdə tutuldu və körpünün dəqiq marşrutu ictimaiyyətə açıqlanmadı.
Yavuz Sultan Səlim külliyəsi
Yavuz Sultan Səlim külliyəsi – İstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə. Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan Səlim və Hafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.
Yavuz Sultan Səlim türbəsi
Yavuz Sultan Səlim türbəsi — İstanbulun Fateh rayonunda yerləşən Yavuz Sultan Səlim külliyəsinə aid türbə. == Haqqında == Türbə Sultan Süleyman tərəfindən 1520-ci ildə atasının xatirəsinə inşa edilmişdir. 1516-1522-ci illərdə inşa olunan Yavuz Sultan Səlim külliyəsinə aid bu türbənin memarı dövrün saray memarı Əcəm Əlidir. Türbədə yalnız Yavuz Sultan Səlim dəfn edilmişdir.
Kənan Yavuz Etnoqrafiya Muzeyi
Kənan Yavuz Etnoqrafiya Muzeyi — Bayburtun Dəmirözü rayonuna bağlı Beşpınar kəndində yerləşən etnoqrafiya muzeyi. Dəmirözü vadisində, Bayburtdan 40 kilometr aralıda, Dəmirözü Anbar gölünün yaxınlığında yerləşir. Bölgənin qeyri-maddi və konkret mədəni irsini qorumaq üçün yaradılmışdır. 15 min kvadratmetr sahədə 26 müxtəlif məkandan ibarətdir ki, bunun da 5,000 kvadrat metri qapalı sahədir. 2013-cü ildə iş adamı Kənan Yavuz tərəfindən "mədəniyyət evi" kimi təsis edilmiş, 2019-cu ildə “rəsmi özəl muzey” statusu almışdır. Muzey 2021-ci ildə Avropa Muzey Forumu tərəfindən "Silletto" mükafatına layiq görülmüşdür.

Значение слова в других словарях