Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. == Həyatı == Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Yavuz Akpınar
Yavuz Akpinar (XX əsr) — türk yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Yavuz Akpinarın elm yolu barədə bəlli olan budur ki, Ərzurum Atatürk Universitetinin məzunudur (1969). Elm yolunu seçən Yavuz bəy 1984-cü ilə qədər bu universitetdə Azərbaycan ədəbiyyatını tədris edirdi və müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq çalışmasını da burada 1980-ci ildə tamamlamışdır. 1984-cü ildən Egey Universitetində (İzmir) çalışmağa başlamışdır. Azərbaycanın təbliğində bu qədər böyük işlər gördüyünə görə 1989-cu ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Yavuz Akpinar 1992-93-cü illərdə isə Miçiqan Universitetində (ABŞ) öz sahəsi ilə bağlı araşdırmalar apararkən də Azərbaycan mövzusunu əsas götürürdü. Həmin vaxtlar buna paralel olaraq "Amerikanın səsi" radiosunda Azərbaycan ədəbiyyatı barədə məqalələr yazaraq öz səsi ilə oxuduğunu da yaxşı xatırlayırıq. Yavuz Akpinar Azərbaycan ədəbiyyatının tədqiqinə hələ Ərzurum Universitetində oxuyarkən başlamış, ilk öncə M.F.Axundzadə ilə maraqlanmış, 70-ci illərdən bəri dəfələrlə Güney Azərbaycana və Bakıya gəlmiş, elə o vaxtlar da mərhum professor Abbas Zamanovla əlaqə yaratmışdır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun verdiyi rəqəmə görə, hazırda şəxsi fondlarda Yavuz Akpinarın "bizimki"lərə yazdığı 2000-dən çox məktub mühafizə edilir. Onlardan 250-yə qədəri professor Abbas Zamanova (1993-cü ildə vəfat etdi) ünvanlanmışdır.
Yavuz Axundlu
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966). == Həyatı == Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
Yavuz Ağırəlioğlu
Yavuz Ağırəlioğlu (1 fevral 1972) — Türkiyə Böyük Millət Məclisi XXVII çağırış millət vəkili, İYİ Partiyanın sabiq sədr müavini, Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sabiq sözçüsü və sabiq sədr müavini, Böyük Birlik Partiyası sabiq sədr müavini. == Həyatı == Yavuz Ağırəlioğlu 1 fevral 1972 tarixində Trabzonun Çaykara ilçəsinin Eğridere kəndində anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Yozqatın Sorgun ilçəsində tamamlamışdır. Ali təhsilini Ankara Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır. === Ailəsi === Ailəlidir və 3 övladı var. == Siyasi fəaliyyəti == 1995–1997-ci illərdə Nizamı-Aləm Ocaqlarının sədri olmuşdur. 2002-ci il parlament seçkilərində Trabzondan millət vəkilliyinə namizəd olmuşdur. 2003-cü ilin iyul ayında keçirilən Böyük Birlik Partiyası III Qurultayında partiyanın sədr müavini və Mərkəzi İcra Aparatının üzvü seçilmişdir. 2011-ci ildə BBP sədrliyinə namizəd oldu. 2011-ci ildən bəri Türkiyə İnisiyatif Mərkəzinin Prezidentidir.
Yavuz Eminbəyli
Eminbəyli Yavuz İbrahim oğlu — İbrahim Eminbəylinin oğlu Azərbaycan Atıcılıq Federasiyasınin vitse-prezidenti olmuşdur. == Həyatı == == Mükafatları == 6 aprel 2001-ci il "Tərəqqi" medali ilə təltif olunmuşdur. 25 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülmüşdür. 25 dekabr 2019 Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü vüeilir.
Yavuz Rüstəmov
Yavuz İsmayıl oğlu Rüstəmov (9 may 1933, Ordubad, Naxçıvan MSSR – 8 oktyabr 2019, Bakı) — texnika elmləri doktoru, professor. AMEA-nin müxbir üzvü (2001) == Həyatı == Yavuz Rüstəmov 9 may, 1933-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (Neft Akademiyası) bitirmişdir.. O, M.Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutunu “Neft və Qaz texnologiyası” ixtisası üzrə bitirmişdir. Doktor disertasiyasını “Kimya texnologiyasının prosesləri və aparatları” ixtisası üzrə müdafiə etmişdir. Professor Y.Rüstəmov 1990-ci ildən Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. 2001-ci ildə AMEA-nın “Kimya texnologiyasının prosesləri və aparatları və ağır (əsas) organik sintez” ixtisası üzrə müxbir-üzvü seçilmişdir. Y. Rüstəmov AMEA-nın Polimer Materiallar İnstitunun Polimer texnologiyasının rəhbəridir. == Elmi fəaliyyət == Y.Rüstəmov çoxfazalı sistemlərdə kinetik, hidrodinamik və istilik və kütləvi transfer qanunauyğunluqlarını öyrənmiş və onların riyazi modellərini inkişaf etdirmişdir. Y.Rüstəmov – dərc olunmuş 95 elmi məqalənin, 19 müəllif şahidliyi və patentliyin müəllifidir.
Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər (1936, Sivas)— Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub. == Həyatı == Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi.
Yavuz Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Yavuz Səlim məscidi
Yavuz Sultan Səlim külliyəsi – İstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə. Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan Səlim və Hafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.
Əli Yavuz Akpınar
Yavuz Akpinar (XX əsr) — türk yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Yavuz Akpinarın elm yolu barədə bəlli olan budur ki, Ərzurum Atatürk Universitetinin məzunudur (1969). Elm yolunu seçən Yavuz bəy 1984-cü ilə qədər bu universitetdə Azərbaycan ədəbiyyatını tədris edirdi və müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq çalışmasını da burada 1980-ci ildə tamamlamışdır. 1984-cü ildən Egey Universitetində (İzmir) çalışmağa başlamışdır. Azərbaycanın təbliğində bu qədər böyük işlər gördüyünə görə 1989-cu ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Yavuz Akpinar 1992-93-cü illərdə isə Miçiqan Universitetində (ABŞ) öz sahəsi ilə bağlı araşdırmalar apararkən də Azərbaycan mövzusunu əsas götürürdü. Həmin vaxtlar buna paralel olaraq "Amerikanın səsi" radiosunda Azərbaycan ədəbiyyatı barədə məqalələr yazaraq öz səsi ilə oxuduğunu da yaxşı xatırlayırıq. Yavuz Akpinar Azərbaycan ədəbiyyatının tədqiqinə hələ Ərzurum Universitetində oxuyarkən başlamış, ilk öncə M.F.Axundzadə ilə maraqlanmış, 70-ci illərdən bəri dəfələrlə Güney Azərbaycana və Bakıya gəlmiş, elə o vaxtlar da mərhum professor Abbas Zamanovla əlaqə yaratmışdır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun verdiyi rəqəmə görə, hazırda şəxsi fondlarda Yavuz Akpinarın "bizimki"lərə yazdığı 2000-dən çox məktub mühafizə edilir. Onlardan 250-yə qədəri professor Abbas Zamanova (1993-cü ildə vəfat etdi) ünvanlanmışdır.
Malqoç Yavuz Əli Paşa
Malqoç Yavuz Əli Paşa (XVI əsr – 26 iyul 1604, Belqrad) — III Mehmed və I Əhməd dönəmində 16 oktyabr 1603–26 iyun 1604 tarixlərində ümumilikdə 9 ay 11 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır == Həyatı == Əslən bosniyalı olan Malqoçeviç ailəsində dünyaya gəlmiş, bosniyalı yeniçəri ağası Saleh ağanın qohumudur. Əndəruna daxil olaraq silahdarlıq rütbəsinə qədər yüksəldi. Daha sonra 1601-ci ilin iyul ayında Misir hakimi təyin olundu. Misir hakimi ikən 23 sentyabr 1603 tarixində III Mehmedin sədrəzəmi Yemişçi Həsən Paşa sədarətdən alınaraq edam edilmiş, əvəzinə dövlət işlərində bacarıqlı bir dövlət adamı tapılmadığından Misirə xəbər göndərilmiş və Malqoç Yavuz Əli Paşa sədrəzəm təyin edildi. Yavuz Əli Paşa İstanbula gələnə qədər sədarət vəkili olaraq Qasım Paşa vəzifələndirildi.Yavuz Əli Paşa paytaxta gəlib çatana qədər III Mehmed 21 dekabr 1603 tarixində vəfat etdi. Onun yerinə 13 yaşlı oğlu I Əhməd taxta çıxdı. Cülus mərasimindən bir həftə sonra Yavuz Əli Paşa 1.200.000 yaxın iki illik Misir xəzinəsi ilə paytaxta çatdı. Bu xəzinədən 700 min qızıl qapıqulu ocağına cülus bəxşişi olaraq paylandı. Yavuz Əli Paşa paytaxta gəlib çatanda Osmanlı ordusunun bir qismi Avstriya cəbhəsində, bir qismi Macarıstan cəbhəsində, az bir hissəsi isə Səfəvi cəbhəsində döyüşlərə davam edirdi. Bundan başqa Anadolu torpaqlarında hələ də davam edən Cəlali üsyanları dövlətin üzərində ağır yükə çevrilmişdi.
Yavuz Sultan Səlim körpüsü
Yavuz Sultan Səlim körpüsü və ya Üçüncü Boğaz körpüsü boğazın Qara dəniz, şimal tərəfində inşa edilmiş körpüdür. Adı doqquzuncu Osmanlı sultanı və ilk Osmanlı xəlifəsi Yavuz Sultan Səlimin şərəfinə verilmişdir. Körpünün bir ucu Avropa tərəfindəki Sarıyerin Garipçe məhəlləsində digər ucu isə Anadolu tərəfindəki Beykozun Poyrazköy bölgəsində yerləşir. == Qərar mərhələsi == Hər ay 20 min yeni nəqliyyat vasitəsinin gəldiyi İstanbulda təxminən 2,5 milyon qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi var. Boğazda yerləşən iki körpü günün müəyyən vaxtlarında yaşanan həddindən artıq intensivlik səbəbindən tam xidmət göstərə bilmir. Buna görə də son illərdə boğazda üçüncü körpünün inşası üçün bir çox təklif irəli sürüldü. İlk konkret addım 60-cı hökumət dövründə atıldı. Dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü körpünün lazım olduğunu və dərhal edilməli olduğu fikrini müdafiə etdi. Körpünün yolunu təyin etmək üçün helikopterlə baxış keçirdi.Körpünün yerləşməsi üçün xüsusən də meşələrlə örtülən şəhərin şimal hissələri nəzərdə tutuldu və körpünün dəqiq marşrutu ictimaiyyətə açıqlanmadı. Körpü üçün qurulacaq avtomobil yolunun Silivrinin meşəlik ərazilərindən başladığını və bu yolun İstanbulun meşələrinə və su hövzələrinə zərər verəcəyi bildirildi.
Yavuz Sultan Səlim külliyəsi
Yavuz Sultan Səlim külliyəsi – İstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə. Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan Səlim və Hafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.
Yavuz Sultan Səlim türbəsi
Yavuz Sultan Səlim türbəsi — İstanbulun Fateh rayonunda yerləşən Yavuz Sultan Səlim külliyəsinə aid türbə. == Haqqında == Türbə Sultan Süleyman tərəfindən 1520-ci ildə atasının xatirəsinə inşa edilmişdir. 1516-1522-ci illərdə inşa olunan Yavuz Sultan Səlim külliyəsinə aid bu türbənin memarı dövrün saray memarı Əcəm Əlidir. Türbədə yalnız Yavuz Sultan Səlim dəfn edilmişdir.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. == Tədqiqi == Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Ayaquz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. == Əhalisi və tərkibi == 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir.Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub. XI əsrdə yaşamış türkoloq-alim Mahmud Kaşğarlıya görə, davulu ovçular icad ediblər.
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Hovuz
Hovuz — Üzgüçülük məqsədi ilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Tavuş
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. == Etimologiyası == 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Tovuz
Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır.
Yakuza
Yakudza (yap. ヤクザ) — Yaponiya mafiya qruplaşması. Ginnesin rekordlar Kitabına görə dünyanın ən əhəmiyyətli cinayət fenomendir. Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. == Etimologiya == == Yakudzanın tarixi == === Tekiya və bakuto === === İlk patron və ilk müharibə === === XX əsrin birinci yarısı === === Qurentay === === Osaka müharibəsi və Yamaquchi-Quminin yüksəlişi === === Yoşio Kodama dövrü === === Sokaya === === 1990-cı illər === === 2000-cı illər === === 2010-cı illər === == Yakudzanın strukturu == === Ən böyük qruplar === == Yakudzanın fəaliyyət dairələri == === Coğrafi yayınması === == Submədəniyyət və yakudzanın xüsusiyətləri == === Daxili atributları === == Yakudza ilə mübarizə == == Yakudza populyar mədəniyyətdə == == İstinadlar == == Xarici keçidlər == "YAKUZA Wiki" (yapon). YAKUZA Wiki.
Yalbuz
Yalbuz - türk və altay mifologiyasında əfsanəvi dağ. Albuz və ya Alvuz olaraq da bilinir. Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Toğrul və Qonrul quşu burada yaşayır. Xəyali canlıların yaşadığı yerdir. Yaxın Şərq mədəniyyətlərinin təsiri Qaf dağı daha çox ön plana çıxmışdır. Bu dağ İran mədəniyyətində Elbürz olaraq keçər. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. == Etimologiya == (Yal/Al) kökündən törəmişdir.
Yanus
Yanus — Roma mifologiyasında zamanın, başlanğıcların və sonların, seçimlərin, açarların və qapıların tanrısıdır (yunanca : Ιανός (Ianós kimi tələffüz edilir — qapı sözündəndir). Roman iyerarxiyasında (diuum deus) ən yüksək rütbəli Tanrı hesab edilən Yanus digər Tanrılardan daha böyük imtiyaza sahibdir. İki üzlü təsvir edilir. Yanusun gənc üzü gələcəyi qoca və saqqallı üzü isə keçmişi simvolizə edir. O ilin və müharibə mövsümünün (onun məbədinin qapıları Romada sülh zamanı qapalı olurdu) açılışına rəhbərlik edən Portunus ilə birlikdə "qapılar Tanrısı"dır. Müharibə zamanı müharibənin nəticələrini əvvəlcədən təxmin etmək üçün Yanus məbədlərində ayinlər keçirilərdi. Kral Numa nın öz adını verdiyi Yanvar (januarius) ayı ona həsr edilib. == Etimologiya və epitetlər (adlar) == Yanusun etimologiyası abstrakt mənada " keçmək" anlayışına müvafiq gələn, özü də hind-avropa mənşəli *ei- (" getmək ") felindən formalaşmış *iā sözünə əsaslanır. Bu etimologiya qədim insanların ona verdiyi mənadan irəli gəlir. Janus daha çox " keçid " anlayışına uyğundur və ümumiyyətlə o ötürücü tanrı kimi dəyərləndirilir.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 == Texnikada == Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Yarus
Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir. == Yarusluq == Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.
Yasuc
Yasuc (Lurca:یاسیچ,Yasiç) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının və Boyer-Əhməd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 96,786 nəfər və 20,297 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Boyer-Əhmədlərdən ibarətdir, Boyer-Əhməd dialektində danışırlar və şiə müsəlmandırlar. Yasuj güneybatı İran'da bir şehir ve Kohgiluyeh ve Boyer-Ahmad Eyaletlerinin başkentidir. Bu şehir aynı zamanda Boyer-Ahmad şehrinin de merkezidir ve ilin kuzeydoğusunda yer almaktadır. Yasuj, Dena Zirvesi'nin yamaçlarında ve deniz seviyesinden 1870 metre yükseklikte çok sayıda tepe üzerinde Beşar Nehri boyunca yer almaktadır. 13 Temmuz 1942'de Ulusal Meclis kararına göre, Kohgiluyeh ve Boyer-Ahmad'ın altı kabilesinin (1- Boyer-Ahmad 2- Taybi 3- Bahmaei 4- Charam 5- Ziari'nin düşmanı 6- Babavi) toprakları, o zamana kadar Fars eyaletinin ve Khuzestan eyaletinin bir parçasıydı. Bu iki vilayetten ayrılarak valilik haline getirilmiş ve akabinde 1344 yılında vilayetin başkenti Yasuj şehri oluşturulmuş ve nihayet Haziran 1976'da aynı alan ile vilayet olarak değiştirilmiştir. Kışın bu şehirde çok fazla kar yağmakta ve çevredeki alanların ve yükseklerin çoğu uzun süre karla kaplı kalmaktadır. Yakın zamanda Yasuj'da ve yakın bir köyde Muhtar adlı hafif petrol keşfedildi.Bu bölgelerde doğalgaz da keşfedildi. == Antropologiya == Yasuc xalqı Loridir və Lori Boyerahmadi'nin dilində danışırlar.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Gövüz
Gövüz (az.-əbcəd گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).