YAYLI

прил. пружина(р) авай (мес. диван).
YAYLATMAQ
YAYLI-QIŞLI
OBASTAN VİKİ
Qırmızı yaylıqlı qovağım mənim
Qırmızı yaylıqlı qovağım mənim — Çingiz Aytmatovun yazdığı kitab Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.
Reaktiv Yaylım Atəş Sistemi
Reaktiv Yaylım Atəş Sistemi (və ya qısa adı ilə RYAS) — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.
Yaylım atəşi
Yaylım atəşi — hərbi ehtiram göstərilməsi üçün boş patronlarla açılan atəşdir. Xüsusi hallarda toplardan yaylım atəşi açıla bilər. Yaylım atəşi zamanı boş partonlarla 3 dəfə atəş açılır.
Yaylıq
Yaylıq - baş örtüyü.
Yaylıq (albom)
Yaylıq – Azərbaycan reperi PRoMetenin 2013-cü ildə buraxdığı EP albomudur. PRoMetenin "Yaylıq" adlı Sailor-la birgə işlənən EP albomu 2013-cü ilin yay aylarında dinləyicilərə bir-bir təqdim olunub. Albom 4 trekdən ibarətdir.
Yaylıq (xalq mahnısı)
Yaylıq — Azərbaycan Xalq mahnısı. Duet şəklində oxunur. Mahnı məhəbbət mövzusundadır. "Yaylıq" QIZ: Anamdan bir yaylıq aldım, Heç bilmirəm harda saldım. Səndədirsə, ver yaylığı, Yaylıq salar ayrılığı, gülüm, Gözəl oğlan, ver yaylığı. Yaylıq salar ayrılığı, yarcan, Gözəl oğlan, ver yaylığı. OĞLAN: Yaylığını tanı, ay qız, Məndə yaylıq hanı, ay qız? Kim deyir yaylıq məndədir? Bəlkə qalıb, çəməndədir, ay gözəl, Gəl axtar, tap yaylığını. QIZ: Ay kələkbaz oğlan, oğlan, İnciyərəm səndən, inan.
Yaylıqqaçırtdı
Yaylıqqaçırtdı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yaylaqqaçırtdı oyunu Novruz bayramı günlərində və toy mərasimləri zamanı eləcə də digər günlərdə keçirilən milli atüstü oyunlardan biridir. Oyunda atçapanlardan biri əlindəki ipək yaylığı yuxarı qaldıraraq meydançada dövrə vurur. Digərləri yaylığı ondan almağa çalışır. Qaliblərə gümüşlə bəzədilmiş yəhər mükafat verilir. Oyunun digər adı "gərdəkqaçırtdı"dır. Xüsusən kəndlərdə toy günü gəlin gətirilərkən fayton yola düşdükdən sonra özünə güvənən igid atlılar faytonun arxasında dayanaraq müəyyən olunmuş vaxtda at sürməklə yarışa başlayırlar. Hansı atlı bəy evinin həyətinə birinci daxil olarsa qırmızı gərdəyi alıb gəlin gətirən faytonun qarşısına çıxar. Bəyin atası və ya qohum-əqrəbası qalib atlıya müxtəlif hədiyyələr verirdilər. Novruz bayramı ensklopediyası.

Digər lüğətlərdə