Yaylıqqaçırtdı

YaylıqqaçırtdıAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yaylaqqaçırtdı oyunu Novruz bayramı günlərində və toy mərasimləri zamanı eləcə də digər günlərdə keçirilən milli atüstü oyunlardan biridir.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Oyunda atçapanlardan biri əlindəki ipək yaylığı yuxarı qaldıraraq meydançada dövrə vurur. Digərləri yaylığı ondan almağa çalışır. Qaliblərə gümüşlə bəzədilmiş yəhər mükafat verilir.

Oyunun digər adı "gərdəkqaçırtdı"dır. Xüsusən kəndlərdə toy günü gəlin gətirilərkən fayton yola düşdükdən sonra özünə güvənən igid atlılar faytonun arxasında dayanaraq müəyyən olunmuş vaxtda at sürməklə yarışa başlayırlar. Hansı atlı bəy evinin həyətinə birinci daxil olarsa qırmızı gərdəyi alıb gəlin gətirən faytonun qarşısına çıxar. Bəyin atası və ya qohum-əqrəbası qalib atlıya müxtəlif hədiyyələr verirdilər.

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.197.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]