1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı.
□ Yazı ləvazimatı – yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s.
Yazı masası (stolu) – yazı işləri üçün xüsusi şəkildə düzəldilmiş stol.
Yazı makinası – yazı yazmaq üçün xüsusi sistemli maşın.
Yazı taxtası – üzərində təbaşirlə yazmaq üçün enli qara lövhə.
// Yazılmış şeyin zahiri görünüşü; xətt. Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil.
2. Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. Şəklin altındakı yazılar.
// Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar.
3. Savad, yazı-pozu, yazma qabiliyyəti. Yazı yaza bilmir.
4. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. Yazının mətnini hazırlamaq.
5. məc. Bəxt, tale mənasında.
◊ Yazı qaydaları – düzgün yazma qaydaları; orfoqrafiya.