yeddi qatından keçmək

to touch (cut) someone on the raw / to cut (sting, touch) someone to the quick / to prick someone’s vanity задевать за живое (сильно задеть, подействовать, пронизывать)
yeddi qat qabıqdan çıxmaq
yeddi qatını kəsmək
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Ukraynanın yeddi möcüzəsi
Ukraynanın yeddi möcüzəsi (ukr. Сім чудес України) — Ukraynanın yeddi tarixi-mədəni abidələri, müəyyən edilmiş eyniadlı Ümumukrayna müsabiqəsi. Aksiya 2007-ci ilin may ayında Ukraynalı siyasətçi Nikolay Tomenkonun təşəbbüsü ilə başlamışdır. Regional təşkilat komitələri müsabiqəyə müxtəlif obyektlər qoydular. Məqsədli təxminən min obyekt seçildi. Yüz min nəfərdən (mədəniyyətşünas, tarixçi, turizm mütəxəssisi) ibarət olan bu min nəfərdən ibarət ekspert məclisindən əvvəl siyahıdan 100, ondan sonra isə internetdən səsvermə üçün 21 obyektdən seçilmişdir. Müsabiqənin yekun nəticələri 21 avqust 2007-ci il tarixində elan edilmişdir. Səsvermə 7 iyul 2007-ci ildə başlamışdır. Nəticələri saxtalaşdırmaq cəhdləri səbəbindən səsvermə dayandı. "Ukraynanın yeddi möcüzəsi" seçimi İnternet səsverməsi və yüzlərlə insanın ekspertlər şurasının — kültürşünaslar, tarixçilər, turizm mütəxəssisləri fikrini nəzərə alaraq həyata keçirildi.
Yeddi gözəl şəlaləsi
Yeddi gözəl şəlaləsi — Qəbələ rayonunun ərazisində yerləşən şəlalə. "Yeddi gözəl" şəlaləsi Qəbələ şəhərinin Vəndam qəsəbəsindədir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur. Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il minlərlə turist gəlir.

Digər lüğətlərdə