Yolkəsəntəpə — yaşayış yeri Ağdam rayonu Alıbəyli 2 qaçqın qəsəbəsindən 200 m şərqdə, yerləşir. Təpənin mərkəzi hissəsi Alıbəyli-Hindarx yolunun çəkilməsi zamanı dağıdılmışdır. Təxminən 1 ha-dan çox ərazini əhatə edir. Toplanılmış yerüstü arxeoloji materiallara əsasən neolit dövrünə aid yaşayış yerinin erkən orta əsrlərdə yenidən məskunlaşdırıldığını söyləmək olar.
Digər lüğətlərdə
YOLKƏSƏN
is. Qarət və soyğunçuluq
məqsədi ilə adamların yolunu kəsən şəxs;
quldur. Bütün oğrular, yolkəsənlər, qatillər,
zalımlar, müstəbidlər, fırıldaqçılar –