Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Gəmənd (Heris)
Gəmənd (fars. گمند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (182 ailə).
Səmənd Siyabəndov
Səmənd Əliyeviç Siyabəndov (rus. Саманд Алиевич Сиабандов; 20 noyabr 1909, Qars vilayəti, Qafqaz diyarı – 14 noyabr 1989, İrəvan) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi. Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.
Dələnd
Dələnd-İranın Gülüstan ostanının Ramiyan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,732 nəfər və 1,981 ailədən ibarət idi.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Kəlbənd
Kəlbənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəlbənd rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. == Əhalisi == Əhalisi 385 nəfərdir ki onunda 188 nəfəri kişi, 197 nəfəri qadındır. === Şəhidləri === 1. Azər Əsgər oğlu Mürsəlov 1974-05.07.1993 2.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Məymənd
Məymənd - İranın Kirman ostanında yerləşən qədim kənd, Şəhr Babək şəhristanının Məymənd qəsəbəsində yerləşib. Əhalisi 150 nəfərdir. 2005 ildə kənd, Melina Merkury beynəlxalq mükafatın(UNESCO-Yunanistan) qazanıb(Təxminən $ 20,000).
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Səhənd
Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ. Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Vənənd
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir. Vənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir.
Zərənd
Zərənd (Farsca: زرند, Zərənd) — İranın Kirman ostanında şəhər. Öz adını daşıyan Zərənd şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 54.745 nəfərdir. Kirman şəhərinin 75 km. şimal-qərbində yerləşən şəhər öz adını daşıyan Zərənd ovasında qurulmuşdur. Şəhər və çevrəsində 22 may 2005-ci il tarixində, Rixter cədvəlinə görə 6.4 şiddətində bir zəlzələ meydana gəlmiş və 250-yə yaxın insan həyatını itirmişdir.. Marsda bir kraterə bu şəhərin adı verilmişdir.
Dəvənd (Miyanə)
Dəvənd (fars. داوند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (39 ailə).
Eyşabad (Mərənd)
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gəlinqaya (Mərənd)
Gəlinqaya (fars. گلين قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,461 nəfər yaşayır (29 ailə). Kəndin əhalisinin hamsı Azərbaycan türkcəsində danışır.
Kəmər
Kəmər (geyim)
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Gəzafər (Mərənd)
Gəzafər (fars. گزافر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (146 ailə).
Heris (Mərənd)
Heris (fars. هريس‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Klement
İsgəndəriyyəlí Klemént - (yun. Κλήμης ὁ Ἀλεξανδρεύς, lat. Clemens Alexandrinus, Titus Flavius Clemens; təq. 150[…], Afina, Axeya – təq. 215[…], Kayseri) — xristian apologeti, nəzəriyyəçisi, İsgəndəriyyə ilahiyyat məktəbinin rəhbəri. == Bioqrafiyası == Təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır. Burara Klemens keşiş olmuş, apologetik əsərlərini yazmış, qnostiklərlə və "ittellektual" Xristianlığa şübhə ilə yanaşan başqa xristianlarla polemikalara girmişdir. Əsəs fəaliyyəti Xristian ehkamlarının düşüncənin dəlilləri ilə barışdırmasına yönəltmişdir.
Meymənd
Meymand (Fars)
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Qutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər. == Aktiv üzvləri == Anna Qutsol - lider, təşkilatçı; Aleksandra Şevçenko - lider, Femenin “üz və bədəni”; İnna Şevçenko. 2012-ci ilin dekabrında o, Fransanın “Le Figaro” qəzetinə görə “İlin TOP 20 qadını”na daxil olub; Oksana Şaçko (2018-ci ildə intihar edib). Olqa Sergeyevna Deda (1948) - qadınlar üçün pensiya yaşının artırılmasına qarşı "Çətin yaş" mono-məclisi keçirib.