YOLKƏSƏN

is. Qarət və soyğunçuluq məqsədi ilə adamların yolunu kəsən şəxs; quldur.
Bütün oğrular, yolkəsənlər, qatillər, zalımlar, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər və moizələrə, nəsihətlərə az-çox qulaq asmışlar. M.F.Axundzadə.
…Oğrular və yolkəsənlər ölkəni çapıb talan elədilər. F.Köçərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YOLKƏSƏN yolkəsən bax soyğunçu
YOLKA
YOLKƏSMƏ
OBASTAN VİKİ
Yolkəsəntəpə yaşayış yeri
Yolkəsəntəpə — yaşayış yeri Ağdam rayonu Alıbəyli 2 qaçqın qəsəbəsindən 200 m şərqdə, yerləşir. Təpənin mərkəzi hissəsi Alıbəyli-Hindarx yolunun çəkilməsi zamanı dağıdılmışdır. Təxminən 1 ha-dan çox ərazini əhatə edir. Toplanılmış yerüstü arxeoloji materiallara əsasən neolit dövrünə aid yaşayış yerinin erkən orta əsrlərdə yenidən məskunlaşdırıldığını söyləmək olar.

Digər lüğətlərdə