YUNAN-LATIN

прил. греко-латинский. Yunan-latın məktəbi греко-латинская школа
YUNAN
YUNANCA
OBASTAN VİKİ
Slavyan-Yunan-Latın Akademiyası
Slavyan-Yunan-Latın Akademiyası (rus. Славяно-греко-латинская академия, yun. Σλαβοελληνολατινική Ακαδημία, lat. Academia Slavo-Graeco-Latina) — Rusiyada 1687-ci ildə qurulan ilk ali təhsil müəssisəsi. Slavyan-Yunan-Latın Akademiyası Rusiyadakı bütün ali təhsilə təkan verdi. Akademiyanın yaradılmasında məqsəd təhsilli insanları Rusiyanın ehtiyacları üçün hazırlamaq idi. Akademiya nəinki aristokratiya, hökumət və kilsə məmurlarının,eyni zamanda tacir və hətta qullarında övladlarını yetişdirmişdir. Əvvəlcə Akademiyada 100-ə yaxın tələbə, XVIII əsrin əvvəllərində 600, XIX əsrin əvvəllərində 1600-dən çox tələbə var idi. Akademiyanı bitirmiş görkəmli elm adamları,dövlət, diplomatiya, kilsə, sənət və mədəniyyət adamları olmuşdur, bunlardan ən məşhuru Moskva Universitetinin qurucusu Mixail Lomonosovdur. Akademiyanın nizamnaməsinə görə, müəllimin müvafiq olaraq, senzura və hətta polis funksiyalarına əlavə olaraq xristian məhkəməsinin yurisdiksiyası ona həvalə edilmişdi.
Yunan və latın kitabələri
Yunan və latın kitabələri — Yunan dilindən qədim kitabələr miladdan öncə XI-VIII əsrlərə aiddir. Yunan dilindən qədim kitabələr miladdan öncə Xı-VIII əsrlərə aiddir.Məsələn, Kipr adasında tapılan daş və məişət qabları üzərində həkk edilən kitabələr e.ə. XI-IV əsrlərə aiddir.daş üzərində həkk edilən rəsmi sənədlərə aid möhtəşəm nümunələr İtaliyada tapılmışdır.Onların mətnlərindəki fikirlər dövlətin və onun qurumlarının möhkəmləndirilməsinə xidmət edirlər. Bu qrup kitabələr içərisində polis konstitusiyası, 1884-cü ildə Krit adasında tapılmış Qort qanunları kimi sənədlər xüsusi yer tutur. Bir sıra ticarət müqavilələrinin , o cümlədən afrikalıların Selimbriya ilə bağladığı müqavilələrin mətnləri də daş üzərində zəmanəmizədək gəlib çatmışdır. Roma tarixinə dair qiymətli epiqrafik sənədlər aşkar olunmuşdur. Məsələn, miladdan öncə 186-cı ildə Roma Senatının Dionisi şənliklərini qadağan etməsi haqqında dekretin mətni, aqrar qanunun fraqmentləri, Yuli Sezarın bəzi qanunları, səsvermə reqlamenti haqqında Qeban cədvəli, Avqustun vəsiyyətləti və s. Kitabələr Roma tarixinin müxtəlif məslələrinin aydınlaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Kitabələrin böyük bir hissəsi sosial – iqtisadi tarix məslələrini özündə əks etdirilər. Latın dilində olan kitabələrdən iqtisadi həyatın öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən kitabələr xüsusi yer tutur.
Yunan
Yunanlar (yun. Έλληνες — ellines) — Cənub-Şərqi Avropada etnos. Ümumi sayı 14–19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var. Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı — uzun müddət bir neçə əlifba var idi — İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Latın kvadratı
Latın kvadratı (n düzülüşlü) — L=(lij) və n × n ölçülü cədvəlin ixtiyari n elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. 3 sıralı latın kvadratının nümunəsi: [ A B C C A B B C A ] {\displaystyle {\begin{bmatrix}A&B&C\\C&A&B\\B&C&A\\\end{bmatrix}}} Hal-hazırda M-ə bir çox həqiqi ədədlər { 1,2,…, n} və ya çoxluq { 0,1,…, n-1} daxil etmək mümkündür. Ancaq Leonard Eyler latın əlifbasının hərflərindən istifadə etdiyinə görə bu əməliyyatı Latın kvadratı adlandırmışdı Latın kvadratları istənilən n üçün mövcuddur. Sadəcə Kelis cədvəlinin cəm qrupunun halqasını istifadə etmək kifayətdir Zn: lij= (i+j-1) mod n. == Latın kvadratlarının tədqiqat tarixi == İlk dəfə latın kvadratları (4 sıralı) Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi. İki ortoqonal latın kvadratı ilk dəfə 1725-ci ildə J.Ozanam tərəfindən qeyd edilmişdir.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Latın qrafikası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Latın əlifbası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
I (Latın)
I i — latın hərfi. Azərbaycan dilində işlədilmir.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Sfinks (yunan)
Sfinks (yun. Σφίγξ "canalan, canboğan") yunan mifologiyasında Tifondan törənmiş qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan, Ximeranın bacısı. Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğənbərinə müraciət edir. peyğənbər ona evladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir.
Yunan (Azərbaycan)
Yunan — Azərbaycanda qədim şəhər. Mil düzündə idi. IX–X əsr ərəb mənbələrində adı çəkilir. Bərdə ilə Beyləqan arasında, hər iki şəhərdən təqribən 7 fərsəng məsafədə olduğu göstərilir. Bəzi tədqiqatçılar Yunanı Strabonun "Coğrafiya" əsərində adı çəkilən Enian şəhəri ilə eyniləşdirirlər. Yeri müəyyənləşdirilməmişdir. Јунан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Yunan (dəqiqləşdirmə)
Yunan
Yunan dili
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır. Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir. 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb.
Yunan dilləri
Yunan dilləri — Hind-Avropa dil qrupunun bir qolu. Əsas üzvü yunan dilidir. Eyni zamanda, yunan qrupu qədimdən bəri ən yaxşı öyrənilmişdir. Hal-hazırda qrupun əsas funksiyası, dil funksiyalarının tam dəsti ilə uzun və mürəkkəb bir tarixi olan Yunanıstanın dilidir. Yunan qrupu alban və erməni ilə yaxınlaşır, həm də hər biri bir dil ilə təmsil olunur. Eyni zamanda əvvəllər başqa yunan dilləri və çox təcrid edilmiş dialektlər var idi ki, onlar ya ölən, ya da assimilyasiya nəticəsində tükənmə şəraitindədirlər. Qrupun tərkibi daim dəyişir. Qədim dövrlərdə yunan qrupu üç şöbəyə bölünüb: Qərb şöbəsi Dorian dialekti Şimal-qərb dialekti Açıq dialekti Köhnə Makedoniya dili Mərkəzi şöbəsi Aiol dialekti Arcadian dialekti Şərq söbəsi Attik dialekti İoniya dialekti Attik dialekti əsasında qədim yunan dili Koine formalaşdırılmışdır. Bir çox dəyişikliklərdən sonra Koine orta əsrli yunan dilinə çevrildi. XV əsrdə orta əsr yunan dili əsasında Yeni Yunan dili, Pontiv dili və Kapadok dili quruldu.
Yunan güyəməsi
Yunan güyəməsi (lat. Periploca graeca) — Periploca cinsinə aid bitki növü. Periploca graeca L. Hündürlüyü 15–25 m olan, dırmaşan kol liandır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır.
Yunan lavandası
Yunan lavandası (lat. Lavandula stoechas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Stoechas officinarum Mill. Lavandula stoechas subsp. luisieri (Rozeira) Rozeira Lavandula stoechas subsp.
Yunan mifologiyası
Qədim yunan mifologiyası — qədim yunanların tanrı və qəhrəmanları, dini və ritual təcrübələri, həyat fəlsəfələri ilə bağlı mif və folklor toplusu. Qədim yunan mifologiyasının tanrıları: Zevs Poseydon Artemida Demetra Hera Aid Eos Hermes Hefest Afrodita Helios Hiperion Teya Nerey Pan Tanat Persefona Hipnos Afina Avart (mifologiya) Keyk (Traxin çarı) Kirena (nimfa) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yunan mətbəxi
Yunan mətbəxi — Yunanıstanın milli mətbəxidir. Yüzlərlə illik Yunan mədəniyyətinin varisi (Qədim Yunanıstan və Bizans daxil olmaqla) mətbəxdir. Balkan və Aralıq dənizi mətbəxinin bir hissəsidir. O, həmçinin Girit mətbəxini əhatə edir. Zeytun yağlı qidalar üstünlük təşkil edir. Qərbi Anadolu Türk mətbəxi ilə böyük oxşarlıqlar daşıyır.
Yunan orfoqrafiyası
Yunan orfoqrafiyası — köklərini, güman olunur, e.ə. IX əsrdə yunan əlifbasının qəbul olunmasından alan yazı sistemi. Bu dövrədək yunan dilinin əski formalarından olan Miken yunancası Xətti B yazı sistemi ilə işlənmişdir, baxmayaraq, Miken yunancasının yazılmasının sonlanıb yunan orfoqrafiyasının istifadəsinə başlanılması arasında bir neçə əsr fərq var idi — bu dövrdə yunan qaranlıq çağı yaşanmışdı. Yunan əlifbasındakı ilkin yunan yazıları fonemik və hər diyalektdə fərqli idi. Attik yunanca üçün ionik variantın e.ə. 403-də qəbul edilməsindən bəri yunan orfoqrafiyası, əsasən, mühafizəkar və tarixi olmuşdur. Orfoqrafiyada qədimdən qalma qoşa samitlər də mövcuddur, hansı ki, Kipr yunancası istisna olmaqla yunan dilində bunlar tək samitlərlə eyni cür tələffüz olunur.
Yunan alovu
Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir. Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir. Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir. Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.

Digər lüğətlərdə