ZƏR-ZİBA

[fars.] сущ. зар-зиба (1. дамах гвай, безегар алай ппек, багьа парча; 2. къизил-гимиш, жавагьирар, багьа затӀар).
ZƏR-ZƏRBAFTA
ZƏR-ZİBALI
OBASTAN VİKİ
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi. Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir. 1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.
Ziba Ramazanova
Ziba Ələsgərova
Ələsgərova Ziba Əlixeybər (Əliyehbər) qızı (16 mart 1937, Bakı – 22 sentyabr 2008, Bakı) — SSRİ idman ustası (1959), Azərbaycanın əməkdar idman ustası (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Fizika-riyaziyyat elmləri namizədi (1975). 4×200 m məsafəya estafet qaçışında dünya rekodçusu (1959). 100 və 200 m məsafələrə qaçışda Azərbaycan (1957–66), yüngül atletika üzrə dünya rekordçusu, 4×100 m məsafəyə estafet qaçışında SSRİ (1964) çempionu olmuş, 1959–64 illərdə yüngül atletika üzrə SSRİ yığma komandasına daxil edilmişdir. Azərbaycanda qadınlar arasında ilk dünya rekodçusu olmuşdur. 1966 ildən pedaqoji fəaliyyət gostərmiş, Az. NKİ-də dərs demişdir. Tərəqqi medalı ilə təltif edilmişdir.

Digər lüğətlərdə