Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir. 1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.
Ziba Ramazanova
Ziba Şaban qızı Ramazanova (1980, Bakı) — Azərbaycan aktrisası. Ziba Ramazanova 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.
Ziba Ələsgərova
Ələsgərova Ziba Əlixeybər (Əliyehbər) qızı (16 mart 1937, Bakı – 22 sentyabr 2008, Bakı) — SSRİ idman ustası (1959), Azərbaycanın əməkdar idman ustası (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Fizika-riyaziyyat elmləri namizədi (1975). 4×200 m məsafəya estafet qaçışında dünya rekodçusu (1959). 100 və 200 m məsafələrə qaçışda Azərbaycan (1957–66), yüngül atletika üzrə dünya rekordçusu, 4×100 m məsafəyə estafet qaçışında SSRİ (1964) çempionu olmuş, 1959–64 illərdə yüngül atletika üzrə SSRİ yığma komandasına daxil edilmişdir. Azərbaycanda qadınlar arasında ilk dünya rekodçusu olmuşdur. 1966 ildən pedaqoji fəaliyyət gostərmiş, Az. NKİ-də dərs demişdir. Tərəqqi medalı ilə təltif edilmişdir.
Zibaşəhr
Zibaşəhr — İranın İsfahan ostanının Mübarəkə şəhristanının Cənubi Gərkən bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,071 nəfər və 2,466 ailədən ibarət idi.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
İzba
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər. XIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi.
Zina
Zina — ümumi mənada, bir-biri ilə evli olmayan iki şəxsin razılaşdırılmış cinsi əlaqəsi. Razılıqla cinsi əlaqədə olan partnyorlardan biri və ya bir neçəsi başqa bir şəxslə evlənərsə, buna zina deyilir. Jan Kalvin zinaya cinsi əlaqə üçün ilahi modeldən kənar hər hansı seksual akt kimi baxırdı. Bir çox insanlar üçün bu termin əxlaqi və ya dini bəyənilməzlik çalarları daşıyır, lakin bu terminin tətbiq olunduğu seksual aktların əhəmiyyəti dinlər, cəmiyyətlər və mədəniyyətlər arasında dəyişir. Müasir istifadədə bu termin tez-tez nikahdan əvvəl seks, nikahdankənar seks və ya əyləncəli seks kimi daha çox mühakimə - neytral terminlərlə əvəz olunur. American Sociological Review tərəfindən 2000-2008-ci illər arasında inkişaf etməkdə olan 31 ölkəni əhatə edən sorğu göstərib ki, “yəhudilərin 94 faizi... xristianların 79 faizi, buddistlərin 65 faizi, müsəlmanların 43 faizi və hinduistlərin 19 faizi nikahdan əvvəl cinsi əlaqədə olduqlarını bildiriblər." 1170-ci illərdə "cütlüklərin evlənmədən əvvəl birgə yaşaması və əmiuşağıların bir-biri ilə evlənməsi adi bir təcrübə idi" və orta əsr İngiltərəsində hər hansı sosial səviyyədə zinakarlar ətrafında çox az stiqma var idi. Məsələn, Fateh Vilhelmin Normandiya taxtına keçmək hüququ onun zinakar olması və Harold Qodvinsonla İngiltərəni kimin idarə edəcəyi ilə bağlı münaqişəsində bu məsələ ona qarşı bir arqument olaraq qaldırılmamışdır. Ancaq bir neçə nəsil sonra zinakarlar artıq ingilis taxtına iddia edə bilməyəndə münasibət dəyişdi. Valdensilər zinakarlıqda günahlandırılan və bunu günah saymayan orta əsr təriqəti idi.
Ziya
Ziya — ad. Mənası işıq, nur anlamındadır. Ziya Göyalp — Türkiyənin məşhur ictimai xadimi. Ziya Paşa — Türk yazıçısı, şairi və dövlət adamı.
Doktor Ziya
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb. İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub. Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. Ailəlidir, iki oğlu var.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
Hiba Fahsi
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947–1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952–1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969–1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Jujanna Tiba
Jujanna Tiba (d. 31 mart 1976) — Macarıstanı təmsil edən su poloçusu. Jujanna Tiba, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937, Tehran) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Kazuhiko Çiba
Kazuhiko Çiba (d. 21 iyun 1985) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Mamoru Çiba
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Zita Yohann
Zita Yohann (ing. Zita Johann) — ABŞ aktrisasıdır. Zita Yohan 1911-ci ailəsi ilə birgə ABŞ-yə köçmüş və orada ömrünün axırına kimi yaşamışdı. 1931-ci ildən başlayaraq bir neçə filmdə rol almışdır. 1931-1986-cı illər ərzində səkkiz filmdə iştirak etmişdi.
Ziya Ağa
Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı. Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb. Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb.
Ziya Bünyadov
Ziya Musa oğlu Bünyadov (24 dekabr 1921 və ya 1923, Astara, Lənkəran qəzası – 21 fevral 1997 və ya 1997, Bakı) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir. Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranın Liman şəhərində doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi.
Ziya Bünyatzadə
Bünyatzadə Ziya Əli oğlu (1937, Kirovabad – 1997) — geologiya-mineralogiya elmləri doktoru. Bünyatzadə Ziya Əli oğlu Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1964–1970-ci illərdə Respublikanın Nazirlər Soveti sədrinin referenti və işlər müdirinin müavini işləmişdir. 1969-cu ildə "Cənubi Xəzər çökəkliyinin qaz-neft vulkanizmi və onların təzahür qanunauyğunluğu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft yataqlarının yarıq tektonikası ilə əlaqəsi, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı problemləri üzrə işləmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi"nin tərtibinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. 1991-ci ildə "Qaz-neft vulkanizmi və neft-qaztoplanma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bünyatzadə Z. Ə. AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neftin genezisi və böyük dərinliklərin neftqazlılıq problemi" laboratoriyasına rəhbərlik etmişdir.
Ziya Gökalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur. Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur.
Ziya Göyalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur. Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur.
Ziya Gözəlov
Ziya Zahid oğlu Gözəlov (19 yanvar 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ziya Gözəlov 2002-ci il yanvarın 19-da Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziya Gözəlov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
FIBA reytinqi
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyası (fransız dilində: Fédération Internationale de Basketball, rus dilində: ФИБА) bütün beynəlxalq turnirlərdə iştirak əsasında milli basketbol yığmalarının reytinqini müəyyənləşdirmişdir. Ölkələrin birləşmiş reytinqləri aşağıdakı reytinqlərin cəmindən ibarətdir: ölkələrin kişi yığma komandası; ölkələrin qadın yığma komandası; Ölkələrin gənclərdən ibarət yığma komandası (16-19 yaş arası); Ölkələrin qızlardan ibarət yığma komandası (16-19 yaş arası). Reytinq tərti edilərkən yalnız FİBA tərəfindən təşkil olunan turnirlərin nəticələri nəzərə alınır, regional çempionatların, yoldaşlıq görüşlərinin və digər yarışların nəticələri nəzərə alınmır.. FİBA tərəfindən keçirilən basketbol turnirlərdə iştirak edən hər bir milli komandanın səviyyəsindən asılı olaraq xüsusi qiymətləndirilmə dərəcəsi vardır. Futbol turnirlərindən fərqli olaraq basketbolda komandalar turnirdə qələbə şansını itirdikdən sonra da reytinq xalları uğrunda mübarizələrini davam etdirirlər. Bütün yığmalar üçün tutulan yer üçün reytinq xalları eynidir. Reytinqin hesablanması hər turnirdən sonra toplanmış xalların üzərinə qazanılmış xalların əlavə edilməsi ilə aparılır. Reytinq hesablanması zamanı son 2 olimpiya dövrü (və ya 8 il) əsas kimi qəbul edilir. 8 ildən əvvəlki turnirlərin nəticələri silinir və daha yeniləri ilə əvəzlənir.