ZİMNİ
ZİNA
OBASTAN VİKİ
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Ageratina zinniifolia
Ageratina zinniifolia (lat. Ageratina zinniifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amomum zingiber
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Amomum zinziba
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Ayzek Zinger
Ayzek və ya İsaak Merritt Zinger (ing. Isaac Merritt Singer; 27 oktyabr 1811[…], Pittstaun[d], Nyu-York ştatı – 23 iyul 1875[…], Peynton[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — amerikalı ixtiraçı, aktyor və iş adamı. O, tikiş maşınının dizaynında mühüm təkmilləşdirmələr etmiş və Amerikanın ilk çoxmillətli bizneslərindən biri olan Zinger Tikiş Maşını Şirkətinin qurucusu olmuşdur.Bir çoxları, o cümlədən Volter Hant və Elias Hove, Zingerdən əvvəl patentləşdirilmiş tikiş maşınlarına sahib idilər, lakin Zingerin uğuru onun maşınının praktikliyinə, onun evdə istifadəyə uyğunlaşdırılmasının asanlığına və hissə-hissə ödənişlə əldə edilməsinə əsaslanırdı. Zinger 1875-ci ildə 13 milyon dollarlıq sərvətini arvadları və müxtəlif məşuqələri ilə, 20 övladı arasında qeyri-bərabər bölüşdürərək vəfat etdi, baxmayaraq ki, Zingerə qarşı boşanma davasında anasını dəstəkləyən bir oğlu cəmi 500 dollar aldı. Zinger ümumilikdə 26 uşaq atası olub. == Erkən həyatı == Ayzek Merritt Zinger 27 oktyabr 1811-ci ildə Pittstaun, New York şəhərində anadan olub. Onun atası alman mənşəli Adam Zinger (né Reisinger) (1772-1855), anası isə amerikalı Rut ( née Benson) olmuşdur. Ayzek Zinger ailədə dünyaya gələn səkkiz uşağın ən kiçiyi idi. Onun qardaşları Con Valentin Zinger, Aleksandr Zinger, Elizabet (née Singer) Kolbi, Kristiana (née Singer) Klivlend və Elayca Zinger idi. 1821-ci ildə valideynləri boşandı və Ayzek anası tərəfindən faktiki olaraq atıldı.
Faiq Zinharov
Zinharov Faiq Turan oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zinharov Faiq Turan oğlu 1973 Ağdaş rayonu Abad (Ağdaş) kəndində anadan olub. 1992 şəhid olmuşdur. == Təltifləri == Ağdaş rayonu Abad (Ağdaş) kəndi tam orta məktəbi Faiq Zinharov adını daşıyır.
Hovard Zinn
Hovard Zinn (Howard Zinn - 24 avqust, 1922 – 27 yanvar, 2010) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964-1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan “Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən” (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. == Həyatı və karyerası == === Erkən həyatı === Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Klaus Zink
Klaus Zink (20 yanvar 1936) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Zinkin gənclik komandası onun doğulduğu şəhəri təmsil edən "Qlühlampenverk Plauen" idi. 1955-ci ilin avqust ayında o, "Vizmut Karl-Marks Ştadt" klubuna keçdi. Ancaq ilk oyununu 12 may 1957-ci ildə "Motor Cena" klubuna qarşı keçirtdi. 1957-ci ildən 1971-ci ilə qədər o, "Ertsgebirge"nin heyətində 279 liqa oyunu ərzində 82 qol vura bilmişdir. Onun sonuncu liqa oyunu 1971-ci il 30 oktyabr tarixinə təsadüf etdi, oyun "Maqdeburq" qarşı keçirilirdi. O, Çemnits şəhərində yaşayır. == Xarici keçidlər == Klaus Zink's league games and goals season after season in the RSSSF archive. Accessed on January 7, 2013.
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). == Həyatı == 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Priti Zinta
Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası. == Həyatı == Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur . 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir.
Rəna Zinçenko
Rəna Zinçenko (azərb. Rəna Zinçenko Əbülfəz qızı, rus. Зинченко Рена Абульфазовна; d. 1963-cü il, 23 mart, Bakı, Azərbaycan SSR, SSRİ) - Tibb elmləri doktoru, professor. N.İ.Piroqov adına Rusiya Milli Tibb Universitetinin hüceyrə və molekulyar genetika kafedrasının professoru. == Həyatı == Zinçenko (qızlıq soyadı Məmmədova) Rəna Əbülfəz qızı 1963-cü il martın 23-də Bakıda anadan olub. 1979-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsində təhsil alıb. 1986-cı ildə həmin institutu “pediatriya” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-1989-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (Bakı) yanında Tibbi-Genetik Məsləhətxanada həkim-pediatr vəzifəsində işləyib. 1989-1992-ci illərdə Tibbi-Genetik Elmi Mərkəzin (TGEM) genetik epidemiologiya laboratoriyasında “genetika” ixtisası üzrə aspiranturada oxuyub.
Süleyman Zindanı dağı
Süleyman Zindanı dağı, Taxti Süleymandan 3 km qərbdə yerləşən bir içi boş konus formalı dağın adıdır. Bu dağ minlərlə il əvvəl göldə su minerallarının çökməsi səbəbindən yaranmışdır. Çevrəyə görə bu dağın hündürlüyü 97 yada 107 metr, üstündən təxminən 80 metr dərin bir çuxur, dağın üstdə açılış diametri təqribən 65 metrdir. Bu dağ Mannalar dövründə e.ə. 830–660-cı illərdə İbadət yeri olmuşdur. == Açıqlama == Süleyman Zindanı dağı yerdən 100 metr yüksəklikdəki bir təpədir. Sasanilər dövründə Zərdüştilik keşişlərin qurban və ibadət yeri olmuşdur və ətrafındakı tikililərin qalıqları bu müqəddəs məkanın əhəmiyyətini göstərir. Yəqin ki, iki min il əvvəl bu gün boş olan və təpənin ağzında yerləşən konus su ilə doluydu və konusun ətrafındakı əsərlərin qalıqları bu ağızın və içərisindəki gölün suyunun yararsız olduğunu göstərir; Ancaq zaman keçdikcə çöküntülərin nəticəsində nəticəsində 100 metr dərinlikdə yerləşən göldəki çatlar bağlandı və konus qurudu. == Yerli inanc == Yerli əhali bu dağı Süleyman Zindanı və ya Dev Zindanı olaraq tanıyır və inanırlar ki, Süleyman bu dağda onun əmrinə tabe olmayan devləri həbs edir. Bu dağın adı yerli inamdan alınmışdır.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. == Tarixi == Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir.İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır. İçərisində axund və imam üçün iş otağı, həyətdə köməkçi binalar vardır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var. Xıdır Zində pirini Beş Barmaq də adlandırırlar.
Yeddiqüllə zindanları
Yeddiqüllə zindanları və ya müşahidə qalası mövqeyində olduğu üçün Yeddiqüllə qalası da adlandırılır — İstanbulun və Türkiyənin ən qədim tarixi abidələrindən biri. İmperator I Theodosiusun (390) əmri ilə bir qələbə rəmzi olaraq inşa olunub, II Theodosius (403-450) tərəfindən valisi Anthemiusa tikdirilən şəhər qala divarları ilə birləşdirilmişdir. Sarayburnudan Bakırköyə uzanan sahil yolu kənarında yerləşirir. Hər bir tarixi abidə kimi bu əsər də qədim və mühüm bir tarixə malikdir. == Zindanın quruluşu və Qızıl qapı == Binanın daxili həyəti, ortada bir minarə və bulaq qalığı, qarşıda Qızılqapı yerləşir. Yeddiqüllə əslində adı kimi bir zindan yaratmaq məqsədi ilə deyil, Bizansa qonaq gələn kralları və xarici sarayların mənsublarını möhtəşəm bir şəkildə qarşılamaq üçün tikilib. Türk Tarix Qurumunun apardığı araşdırmalara və əldə edilən tarixi məlumatlara görə, başlıqda qeyd olunan Qızıl qapı bir qələbə qəti olaraq dövrün Bizans imperatoru Theodosius inşa etdirib. II Teodosiosdan sonra taxta keçən oğlu da dörd dənə yüksək müşahidə qülləsindən ibarət qalanı qapı ilə birləşdirdi. == Fateh Sultan Mehmet Qüllələri qarnizona çevirdi == Tarix bu inkişafdan sonra çox irəli getmişdi və bütün dünya tarixini əsrlər keçirən İstanbulun fəthi ilə şəhəri ələ keçirən Fateh Sultan Mehmet, quruluşa daha üç qüllə tikdirdi və tam yeddi ədəd qüllə oldu. Bundan başqa, qalaya qala divarları da tikdirib qüllələri birləşdirən padşah, burada bir qarnizon təşkil etdi.
Zerumbet zingiber
Zerumbet zəncəfili (lat. Zingiber zerumbet) - zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum silvestre Poir. Amomum spurium (J.Koenig) J.F.Gmel. Amomum sylvestre Lam. [Illegitimate] Amomum zerumbet L. Cardamomum spurium (J.Koenig) Kuntze Dieterichia lampujang Giseke Dieterichia lampuyang Giseke Dieterichia major Raeusch. Dieterichia minor Raeusch. Dieterichia spuria (J.Koenig) Giseke Zerumbet zingiber T.Lestib. Zingiber amaricans Blume Zingiber aromaticum Valeton Zingiber blancoi Hassk. Zingiber darceyi H.J.Veitch Zingiber littorale (Valeton) Valeton Zingiber ovoideum Blume Zingiber spurium J.Koenig Zingiber sylvestre Garsault [Invalid] Zingiber truncatum Stokes Zingiber zerumbet var.
Zinab (Şəbüstər)
Zinab (fars. زيناب‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,257 nəfər yaşayır (281 ailə).
Zinaida Lunina
Zinaida İqorevna Lunina (d. 18 aprel 1989) — Belarusu təmsil edən bədii gimnast. Zinaida Lunina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Zinaida Lunina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zinaida Serebryakova
Zinaida Yevgenyevna Serebryakova (qızlıq soyadı Lansere) (rus. Зинаи́да Евге́ньевна Серебряко́ва); (rus. Лансере); (12 dekabr 1884 – 19 sentyabr 1967); Rus (sonralar fransız) rəssamı. == Ailəsi == Zinaida yəqin ki, bəxt tərəfindən yox, ailəsi tərəfindən rəssam olmaq üçün seçilmişdi. Serebryakova Rusiya imperiyasının ən zərif və sənətkar ailələrindən birində, Xarkov yaxınlığında (indiki Xarkov, Ukrayna) Neskuçnoye mülkündə anadan olmuşdur. Zinaiea Benua ailəsinə mənsub idi. Onun babası Nikolay Benua məşhur memar, Memarlar Cəmiyyətinin sədri və Rusiya Elmlər Akademiyasının üzvü idi. Dayısı Aleksandr Benua məşhur rəssam,"Sənət Dünyası" (Мир Искусства) incəsənət qrupunun yaradıcısı idi. Atası Yevgeni Nikolayeviç Lansere , tanınmış bir heykəltaraş idi və Zinaidanın Aleksandr Benuanın bacısı olan anası Yekaterina Benuanın da rəsmə istedadı var idi. Zinaida ailədə uşaqların ən kiçiyi idi.
Zinaida Stalitenko-Turçina
Zinaida Stalitenko-Turçina (qızlıq soyadı: Stalitenko; d. 17 may 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Zinaida Stalitenko, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Zinaida Stalitenko, həmdə Dünya Çempionatlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Həyatı == Zinaida Stalitenko 17 may 1946-cı ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Zinaida Stalitenko ailəlidir, Nataliya (d. 1973) adında bir qız və Mixail (d. 1981) adında bir oğlan övladı var. Onun, həyat yoldaşı həndbol üzrə Sovet İttifaqının yığmasının 1973-1988-ci illərdə baş məşqçisi olan İqor Turçindir. == Karyerası == Zinaida Stalitenko, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı.
Zinaida Xabalova
Zinaida Savelyevna Xabalova (əsl adı - Miriam Savelyevna Aşkinazi; 3 mart 1937, Sxinval – 2 noyabr 2016) — Sovet və Rus bəstəkarı, musiqi və ictimai xadim, müəllimi. 1987-ci ildə əməkdar artist, 1992-ci ildə Şimali Osetiya Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 1976-cı ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür. Ən çox simfoniya yazan dünyanın yeganə qadın bəstəkarı olaraq Qinnesin Rekordlar Kitabının rekordçusudur.. == Həyatı == Zinaida Xabalova 3 mart 1937-ci ildə Gürcüstanın Tsxinvali şəhərində osetin-yəhudi ailəsində anadan olub. Stalinir (hazırkı Tsxinvali) musiqi məktəbində Leninqraddan qonaq müəllim kimi dəvət edilmiş pianoçu E.L.Masinqin tələbəsi olmuşdur. O, kompozisiya üzrə ilk dərslərini tanınmış ictimai xadim və Osetiyanın ilk peşəkar bəstəkarı Boris Aleksandroviç Qalayevdən almışdır. 1958-1963-cü illərdə RSFSR Bəstəkarlar İttifaqında gənc bəstəkarların seminarında Aram Xaçaturyandan kompozisiya, professor Vladimir Feredən fortepiano dərsləri almışdır. Xabalova Eyni zamanda SSRİ Qorki adına Moskva İncəsənət Teatrında pianoçu müəllim kimi çalışmışdır. Zinaida Xabalova 1963-1967-ci illərdə Orjonikidze adına Musiqi Məktəbində dirijorluq və xor şöbəsində, professor Arkadi Tarasoviç Açeyevin qrupunda təhsil almışdır.
Zinari (Miyanə)
Zinari (fars. زناري‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (27 ailə).
Zinatlı (Azərşəhr)
Zinatlı (fars. زينتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (60 ailə).
Zinavor Gevorkyan
Zinavor Simonoviç Qevorkyan (26 fevral 1920, Noraguh[d] – 28 may 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == 1920-ci ildə anadan olmuşdur.1937-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru, 1976-1986-cı illərdə isə həmin teartın direktoru olmuşdur.
агробиоло́гия альпиниа́да еди́нственность лесосе́чный мо́лкнуть парафини́рование перевоплоти́ться ро́дненькие самостоя́тельный топ-ме́неджер трансцендента́льно голантаркти́ческая область кра́шенка людое́дка ни ры́ба ни мясо производи́тельно сноха́ кулявый осоловеть anchor movie star spring-clean stomach worm иноверческий переписчик