ZİYARƏTÇİ
ZOOLATRİYA
OBASTAN VİKİ
Babı (ziyarətgah)
Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. == Haqqında == Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib.
Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Azərbaycan ziyarətgahları
Azərbaycan ziyarətgahları və ya müqəddəs məbədləri — azərbaycanlıların tarixən və müasir dövrdə yaşadığı ərazilərdə yerləşən və davamlı olaraq ziyarət edilən pir, ocaq və s. müqəddəs yerlərdir. Ziyarətgahlarda həm islamdan əvvələ, həm də islam sonrasına aid izlərə rast gəlinir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir. Həmçinin azərbaycanlıların digər xalqlar ilə ortaq ziyarət etdiyi yerlər mövcuddur. Azərbaycan ziyarətgahları milli səviyədə qeyri-maddi mədəni irs olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Azərbaycanda ziyarətgahlar pir və ocaq adlandırılır. "Pir" Azərbaycan dilində "böyük", "dini icmanın qurucusu", "ailə başçısı", "müqəddəs" mənalarını verir. Ocaq alovun olduğu yerdir.
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir. == Yeri == Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Kərbəla ziyarətgahı
Pir Həsən ziyarətgahı
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Pir Ömər Naxçıvani ziyarətgahı
Pir Ömər Naxçıvani ziyarətgahı — Naxçıvanın orta əsrlərdə tanınmış ziyarətgahlarından biri. XIV əsr İran tarixçisi Zeynəddin bin Həmdullah Qəzvininin "Zeyle-tarixe-qozide" ("Seçilmiş tarix"in davamı) əsərində Pir Ömər Naxçıvani ziyarətgahının adı çəkilir. Müəllifin məlumatına görə, Cəlalilər dövlətinin (1341–1431) şahzadəsi Sultan Əhmədin (1382–1410) hakimiyyət uğrunda mübarizəsi dövründə əsaslı surətdə qarət olunmuşdur. Zeynəddin bin Həmdullah Qəzvini. Zeyle-tarixe-qozide. (fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M. D. Kazımov və V. Z. Piriyevindir.) Bakı, 1990.
Pirqara ziyarətgahı
Pirqara ziyarətgahı — Şərur rayonunun Qarxun kəndində ziyarətgah. Hazırda pirin ərazisi kənd sakinlərindən birinin həyətindədir. Böyük tut ağacının altında olan qəbirdə müsəlman müqəddəslərindən birinin dəfn olunduğu ehtimal edilir. Qəbrin olduğu ərazi metal torla əhatə olunmuşdur. Onun üzərində müxtəlif növlü çay daşları, o cümlədən bir neçə qara daş, gil qablar, parça qalıqları vardır. Qəbirin üzərində olan həvəng tipli daşın üzərində ziyarətçilər şam yandırırlar. Qəbrin baş tərəfində əkilən tut ağacı ziyarətçilər tərəfindən müqəddəs hesab edilir, ona müxtəlif rəngli parçalar bağlanır. Pirqara ziyarətgahını 14-16 əsrlərə aid etmək olar.
Seyid Hüseyn ağa ziyarətgahı
Seyid Hüseyn ağa ziyarətgahı - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdir. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, о isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 11 avqust 2021. "Laçının minillik yadigarları". www.anl.az. İstifadə tarixi: 11 avqust 2021.
Şeyx Nurullah Əfəndi Ziyarətgahı
Şeyx Nurullah Əfəndi ziyarətgahı — Şəki rayonu Baş Layısqı kəndində yerləşən ziyarətgah. Şeyx Nurullah Əfəndi ziyarətgahı Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Şeyx Mahmud Əfəndinin müridlərindən olan Hacı Nurullah əfəndinin adı ilə bağlıdır. Belə ki, Hacı Nurullah əfəndi 1896-cı ildə vəfat edib və bu ziyarətgahın olduğu ərazidə dəfn edilmişdir. Zaman keçdikdən sonra yerli bölgə əhalisi bu ərazini ziyarətgaha çevirmişlər.
Ağadədə ziyarətgahı
Ağdədə ziyarətgahı — Ermənistan SSR Zəngibasar rayonunda mövcud olmuş azərbaycanlı qəbiristanlığı. == Haqqında == Zəngibasar sakinlərinin müqəddəs ziyarətgahı sayılan Ağadədə piri Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Sarvanlar, Həbilkənd, Uluxanlı, Seyidkənd kəndlərinin əhatəsində yerləşən bu zirayətgahda öz dövrünə aid ən hörmətli şəxsləri dəfn edilmişdir. Bu müqəddəs ocaq həm müsəlmanlar və həm də xristianlar tərəfindən ziyarət edilirdi. Azərbaycanlıların 1987–1988-ci illərdə Ermənistan SSR-dən deportasiyasından sonra bu müqəddəs ziyarətgahı ermənilər tərəfindən məhv edilmişdir. Nəticəsində qəbirlər dağıdılmış, daşları parçalanaraq, sındırılmış və burada yerləşən günbəzli pir isə tamamilə yox edilmişdir.
Ağdədə ziyarətgahı
Ağdədə ziyarətgahı — Ermənistan SSR Zəngibasar rayonunda mövcud olmuş azərbaycanlı qəbiristanlığı. == Haqqında == Zəngibasar sakinlərinin müqəddəs ziyarətgahı sayılan Ağadədə piri Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Sarvanlar, Həbilkənd, Uluxanlı, Seyidkənd kəndlərinin əhatəsində yerləşən bu zirayətgahda öz dövrünə aid ən hörmətli şəxsləri dəfn edilmişdir. Bu müqəddəs ocaq həm müsəlmanlar və həm də xristianlar tərəfindən ziyarət edilirdi. Azərbaycanlıların 1987–1988-ci illərdə Ermənistan SSR-dən deportasiyasından sonra bu müqəddəs ziyarətgahı ermənilər tərəfindən məhv edilmişdir. Nəticəsində qəbirlər dağıdılmış, daşları parçalanaraq, sındırılmış və burada yerləşən günbəzli pir isə tamamilə yox edilmişdir.

Digər lüğətlərdə