Plants vs. Zombies (videooyun)
Plants vs. Zombies — 2009-cu ildə PopCap Games tərəfindən hazırlanmış və yayımlanan qüllə müdafiəsi və strategiya videooyunu. Başlanğıncda Windows və Mac OS X üçün yayımlanan oyun daha sonra konsollarda, əl oyun konsollarında və mobil cihazlarda da yayımlandı. Oyunçu zombi apokalipsisi arasında ev sahibi rolunu oynayır. Zombilər bir neçə paralel zolaq boyunca yaxınlaşdıqca, oyunçu zombilərə mərmilər atan və ya onlara zərərli təsir göstərən bitkilər yerləşdirərək evini müdafiə etməlidir. Oyunçu bitki satın almq və yerləşdirmək üçün günəş şəklindəki pulları toplayır. Zombi hər hansı bir zolaqda evə çatarsa, oyunçu oynadığı səviyyəni məğlub olur.
Oyun onu 2001 çıxışlı balıq simulyasiyası olan Insaniquarium oyununun dizayneri Corc Fen tərəfindən dizayn edilmiş və onu balıq oyunu üçün daha müdafiə yönümlü konseptuallaşdırmış, sonra onu zombilərə qarşı mübarizə aparan bitkilərdən ibarət qala müdafiə oyununa çevirmişdir. Oyun Swiss Family Robinson filmi ilə yanaşı, Magic: The Gathering və Warcraft III oyunlarından ilham aldı. Oyunun hazırlanıb başa çatması 3 il yarım çəkdi.