Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beja
Beja (port. Beja) — Portuqaliyada şəhər. == Tarixi == Bu gün Beja adını daşıyan və Portuqaliyanın aşağı Aləntejo bölgəsində, Lissabonun cənubi-şərqində olan Beja şəhərinin tarixi çox əskilərə getməkdədir. Romalılar dövrindəki adı Pax Juiia olub İslam fəthindən sonra bu ad müsəlmanlar tərəfindən Bacə şəklinə çevrilmişdir. Bacə fəth edildikdən sonra Əndülüsün əsgəri mərkəzlərindən biri halına gətirildi və Tarik bin Ziyad buraya Misirli əsgərləri yerləşdirdi. Əndülüs Əməvi hökmdarı I Əbdürrəhman zamanında Ala bin Mugis, Abbasi xəlifəsi Mənsurla iş birliyi yaradaraq Bacədə bir üsyan başlatdıysa da, Karmunədə (Carmona) Əbdürrəhmana yenilərək öldürüldü (146/7631 və Bacəyə də Fələstinli əsgərlər yerləşdirildi. Tarixi boyunca bir çox qarışıqlığa səhnə olan Bacə 844-cü ildə dənizdən gələn vikinqlərin hücumuna uğradı. Daha sonra məhəlli liderlər mərkəzi yönətimə qarşı çıxmağa başladılar və bölgənin önəmli ailələrindən Tayfurilər bir müddət burada hökmran oldular. Şəhər 1040-cı ildə İşbiliyədə (Sevilla) hökm sürən Abbadilərin əlinə keçdi. 1161-ci ildə Portuqaliyalılar tərəfindən zəbt edilən Bacəyə ardından Müvahhidlər hakim olduysa da (1171) qısa bir müddət sonra şəhər təkrar və son dəfə Portuqaliyalilərin əlinə keçdi.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Deva
Deva — Rumıniyanın qərbində şəhər. Hunedoara judetinin inzibati mərkəzidir. == Əhalisi == Әhalisi 56,6 min (2011) nəfərdir; Hunedoara şəhər və şəhərətrafı ilə birlikdə əhalisi 250 mindən çox olan aqlomerasiya əmələ gətirir. == Coğrafiyası == Mureş çayı dərəsinin solsahil hissəsində, Poyana Ruskedrının şimal yamacı ətəklərində yerləşir. Avtomobil və dəmiryolları qovşağıdır və aeroportdur. == Tarixi == Adı ilk dəfə 1269-cu ildə Transilvaniyadan Macarıstanın mərkəzi rayonlarına gedən ticarət yolunun üstündəki eyniadlı qalanın yanındakı məskən kimi qeyd olunur. 13–14-cü əsrlərdə Deva macarlar, vlaxlar və Almaniyadan gəlmələrlə (şəhərin almanca adı Dimrixdir [Diemrich]) məskunlaşdı. Y. Hunyadinin hakimiyyəti dövründə (15-ci əsrin ortaları) Transilvaniyanın mühüm inzibati və hərbi mərkəzinə çevrildi. 1550-ci illərdə Deva qalası dəfələrlə osmanlılar tərəfindən mühasirəyə alındı. Avstriya-Türkiyə müharibəsi (1683–99) “Dyalul Çetesi” (“Qala dağı”) arxeoloji abidəsi: Neolit, Tunc dövrü məskənlərinin Halştatın, dakların Singidava qalasının; orta əsrlər qalasının xarabalıqları; floristik təbiət qoruğu şəhərin hüdudlarında yerləşir.
DEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. == Karyerası == === Oyunçu karyerası === Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir. 1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. === Məşqçi karyerası === Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
Dejö Kostolanyi
Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885[…], Subotiça – 3 noyabr 1936[…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı. == Həyatı == Kostolanyi 1885-ci ildə Serbiyanın Voevodina vilayətinin Suboçita şəhərində anadan olmuşdur. Suboçita şəhəri Kostolanyinin "Skylark" və "Qızıl çarpələng" novellarında yer alan Sersiq şəhərinin modeli idi. Fizika və kimya professoru və məktəb müdiri olan Arpad Kostolanyi (1859–1926) və fransız mənşəli olan Eulalia Brennerin övladı idi. Orta məktəbə Subotiça şəhərində başlamışdı, lakin sonra müəllimi ilə münaqişə etdiyinə görəməktəbdən qovuldu və Seqed şəhərində xüsusi şəraitdə təhsilini başa vurdu. 1903-cü ildə Budapeştə köçdü və Budapeşt Universitetində təhsil almağa başladı və o, burada Mihay Babiç və Dyula Yuhas ilə tanış oldu. 1908-ci ildə Kostolanyi Parisə köçən Endre Adini əvəz edərək Budapeştdə bir qəzet mətbəəsində müxbir kimi işləməyə başladı. 1910-cu ildə "Balaca yazıq uşağın şikayətləri" (The Complaints of a Poor Little Child) adlı ilk poemalar kitabı ona böyük bir müvəffəqiyyət gətirdi. Kitabın nəşri yaradıcılığında məhsuldar bir dövrün başlanğıcı hesab edilirdi.
Dena şəhristanı
Dena şəhristanı (farsca:شهرستان دنا) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sisəxt şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 53,034 nəfər və 11,117 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Dera mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Kappa-dera
Soqen məbədi (曹源寺, Soqen-ci) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır. == Tarixi == Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır. Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır. == Xüsusiyyətlər == Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Neja Bidouane
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Prabhu Deva
Prabhu Deva (3 aprel 1973) — Hindistanlı aktyor, xoreoqraf, rejissor və prodüser Tamil, Teluqu və Hind dillərində film sənayesində iştirak edir. == Bioqrafiya == Atası Cənubi Hindistanlı xoreoqraf Muqur Sundar və qardaşları xoreoqraf Radju Sundaram və Naqendra Prasaddir. Prabhudeva ilk dəfə 1986-cı ildə Tamil filmi Mouna Ragamda "Panivizhum Iravu" mahnısı üçün musiqi salonunda ekrana çıxdı. Bir aktyor kimi, İndhu (1994) filmində debüt etdi. Melodrama "Dreams" ona Milli Film Mükafatını gətirdi. Prabhudeva Teluqu, Kannada, Hindi və Malayalam filmlərində oynadı. Və 2005-ci ildə ilk rejissorluq layihəsi "The Unspent Bride 2"ni nümayiş etdirdi. Bir il bundan əvvəl "Yağmur" filmində ən yaxşı xoreoqrafiya üzrə Nandi mükafatına, həmçinin Filmfare Awards və "Həyatın məqsədi" filmində xoreoqrafiya üzrə Milli Film Mükafatına layiq görülmüşdür. == Şəxsi həyat == O, Ramlatha evləndi, sonra o adını Lathaya dəyişdirdi. Cütün üç oğlu vardı: böyük Vişal 2008-ci ildə xərçəngdən öldü.
Deva Şiqeto
Deva Şiqeto (藤井 較一, 出羽 重遠, 17 yanvar 1856, Ayzu[d], Fukuşima prefekturası – 27 yanvar 1930, Tokio[d]) – Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı döyüş diviziyasına və Dördüncü Donanmaya komandanlıq etmişdir. == Həyatı və karyerası == Deva Şiqeto 1856-cı ildə Yaponiyanın Ayzu hanında doğulmuşdur. 1878-ci ildə Donanma Akademiyasını 5-ci olaraq bitirmişdir. O, kiçik zabit kimi donanma heyətində vəzifə tutmuş, Birinci Çin-yapon müharibəsində ölkənin müdafiə qüvvələrindən olan Qərb Dənizləri Donanmasının zabiti kimi iştirak etmişdir. Növbəti illərdə gəmi və heyət komandanı olmuş, 1900-cü ildə kontr-admiral, 1904-cü ildə isə vitse-admiral rütbəsinə yüksəlmişdir. Rus-yapon müharibəsi zamanı Port-Artura hücumda iştirak etmiş, Sarı dəniz döyüşündə "Yakumo" krayserinin göyərtəsindən İkinci Donanmanın 3-cü Döyüş Diviziyasına komandanlıq etmişdir. Tsuşima döyüşündə dörd krayserdən ibarət olan eyni diviziyaya bu dəfə "Kasagi" kayserinin göyərtəsindən komandalıq etmişdir. 1904-cü ilin iyunun Dördücü Donanmanın komandanı təyin olunmuşdur. Müharibədən sonra 1907-ci ildə baron tituluna layiq görülmüş və 1912-ci ildə admiral rütbəsinə yüksəlmişdir.
Doja Cat
Amala Ratna Zandile Dlamini (21 oktyabr 1995, Tarzana[d], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi, müğənni, mahnı müəllifi və mahnı prodüseri.
Deva Kassel
Deva Kassel (fr. Deva Cassel) — Fransa-İtaliya modeli, media şəxsiyyəti və aktrisası. "Cartier" və "Dior" şirkətlərinin səfiridir. == İlk illəri == Deva Kassel Monika Beluççi və Vensan Kasselin qızıdır. Kassel 12 sentyabr 2004-cü ildə Romada doğuldu, lakin Paris və Rio-de-Janeyro şəhərlərində böyüdü. Səlis şəkildə fransız və italyan dillərinində danışa bilən Kasselin Leonie adında balaca bacısı var. Kassel 5 dildə danışa bilir. == Karyera == === Model === Cassel modellik debütünü 2021-ci ildə "Dolce & Gabbana"da etmişdir. Həmçinin 2021-ci ildə anası Monika Belluççi ilə birlikdə "Vogue Italia" jurnalının iyul ayı buraxılışının üz qabığında yer aldı. 2020-ci ildə "Dolce & Gabbana"nın qoxu kampaniyasında, 2022-ci ildə isə gözəllik kampaniyasında yer almışdır.
Oka-dera
Oka-dera (岡寺) – Yaponiyanın Nara prefekturasının Asuka bölgəsində yerləşən buddist məbədi. Keçmiş adı Ryuqay məbədi (龍蓋寺, Ryuqay-ci, azərb. "Əjdaha qapağı məbədi"‎) adı ilə də tanınır. Məbəd buddizmin Şinqon–Buzan sektasına aiddir. == Tarixi == Oka-deranın əsası 663-cü ildə qoyulmuşdur. Məbədin darvazası Niomon 1612-ci ildə, əsas zalı 1805-ci ildə tikilmişdir. Məbədin yaradılması ilə bağlı əfsanəyə görə VII əsrdə bu ərazidə bədxah bir əjdaha peyda olmuşdur. Əjdahanı dayandırmaq istəyən Qayen adlı bir rahib əjdahanı özünə tabe etmiş, onu gölməçədə həbs etmiş, üzərini qapaq kimi örtməsi üçün böyük bir daşdan istifadə etmiş və əjdahanı orada möhürləmişdir. Qayen gölməçənin yerləşdiyi yerdə Oka-deranın əsasını qoymuşdur. Əfsanənin davamına görə gölməçədə həbs olunmuş əjdaha törətdiyi əməllərə görə peşman olmuş və ərazinin qoruyucusuna çevrilmişdir.
Edqar Deqa
Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[…], Paris – 27 sentyabr 1917[…], Paris) — fransız rəssamı, impressionizmin banilərindən biri. == Həyatı == Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu. Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı.
Dea Siriya
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Dera-Buqti rayonu
Dera Buqti rayonu — Pakistanın Bəlucistan vilayətində şəhər.İnzibati mərkəzi Dera Buqti şəhəridir.
Səlimiyyə məscidi (Leja)
Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir. == Tarixi == 1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi. Həmin kilsə Leja şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, Drin çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Steins;Gate: Fuka Ryōiki no Déjà vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. == Məzmun == Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Steins;Gate: Load Region of Déjà Vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. == Məzmun == Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Dəra mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafazlığı
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.