zum

= zu dem
Zulieferung
zumachen
OBASTAN VİKİ
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Baccharis zumbadorensis
Baccharis zumbadorensis (lat. Baccharis zumbadorensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Ceykob Zuma
Ceykob Qedleyihlekisa Zuma (zulu Jacob Gedleyihlekisa Zuma; 12 aprel 1942[…], Nkandla[d], Kvazulu-Natal vilayəti) — Cənubi Afrika siyasətçisi, 9 may 2009-cu ildən 14 fevral 2018-ci ilədək Cənubi Afrika Respublikasının Prezidenti idi. 14 iyun 1999-cu ildən 14 iyun 2005-ci ilədək Cənubi Afrika Respublikasının vitse-prezidenti, 18 dekabr 2007-ci ildən 2017-ci il 18 dekabrınadək hakim Afrika Milli Konqresinin sədri vəzifəsində çalışmışdır Ceykob Zuma, 12 aprel 1942-ci ildə Cənubi Afrikanın Kvazulu-Natal bölgəsindəki Incandla şəhərində anadan olmuşdur. Zulu qəbiləsinə mənsubdur. Atası polis idi və Zuma uşaq ikən dünyasını dəyişdi. Anası evdar qadın idi. Rəsmi məktəb təhsili almamışdı . Onun iki qardaşı var — Maykl və Cozef. 1959-cu ildə Afrika Milli Konqresinə, 1963-cü ildə — Cənubi Afrika Kommunist Partiyasına üzv oldu.. 1975–1990-cı illərdə, əksər AMK üzvləri kimi,Zumada Svazilend, Mozambik və Zambiyada sürgündə idi. AMK-yə qoyulan qadağa ləğv edildikdə ölkəyə ilk qayıdanlardan biri oldu.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Vsevolod Zummer
Vsevolod Mixayloviç Zummer (14 (26) sentyabr 1885 və ya 1885 – 6 dekabr 1970 və ya 1970; SSRİ ) — şərq incəsənəti tarixçisi, türkoloq, arxeoloq. Tarix və sənət nəzəriyyəsi doktoru, professor. 1920-ci illərdə Bakı Dövlət Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924-cü ildə isə professor adı almışdır. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirə oxumuşdur. Vsevolod Mixayloviç Zummer 14 sentyabr 1885-ci ildə Talnoe şəhərində anadan olmuşdur. O, 1916-cı ildə Kiyev Universitetini bitirib. 1917-ci ildə Moskva Arxeologiya İnstitutundan məzun olmuşdur. 1920-ci illərdə Bakı Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924 -cü ildə isə professor olmuşdur.
Zuma (video oyun)
Zuma - PopCap Games oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. Oyun 2004-cü ildə "İlin ən yaxşı RealArcade oyunu" mükafatını qazanmışdır. 2009-cu ildə oyunun versiyası Windows ve Mac Os üçün hazırlanmışdır. Windows versiyasında oyunun adı "Zuma Deluxe" kimidir. Zumanın məqsədi müəyyən bir yol izləyən bütün topları eyni rəngləri bir araya gətirərək yox etmək və sarı qurbağa başına gəlmələrini maneə törətməkdir. Topları tamamilə yox edilincə hissə keçilir. Toplardan bir dənəsi sarı qurbağa başına çatsa oyun itirilir. Yuxarıdakı sarı rəngli bar dolana qədər toplar gəlməyə davam edəcəkdir. Bir yığ eyni rəng topları bir yerə gəlsə, bunları istifadə edərək bir partlama yarada bilir və ya topları yavaşladıb bir müddətə geri göndərmək olar. Arada yaranan boşluqlar sayəsində xal ala bilərik.
Zummerlə birgə atış
Zummerlə birgə atış (ing. Buzzer beater) — basketbolda oyunun hər dörd mərhələsinin sonunda çalınan zummerlə eyni zamanda atılan atış. Bu anlayış daha çox atılan atışın uğurlu olmasını ifadə edir. Qaydalara əsasən əyər atış zamanı top oyunçunun əlindən çıxırsa və havada olan zaman zummer çalınırsa o zaman səbətə düşən top hesaba alınır. Oyunçular vaxt azlığı zamanı sonuncu hücum zamanı bu üsula əl atılır və öz sahələrindən zummerlə eyni vaxtı topu səbətə doğru atırlar. Top səbətə nadir hallarda düşdüyündən azarkeşlərdə böyük həyacana səbəb olur. 3 yanvar 1984-cü ildə "Vaşinqton Uizardsın" oyunçusu Ceff Melounun "Los-Anceles Leykerslə" olan oyunda atdığı üçxallıq atış NBA tarixinin ən yaxşı zummerlə birgə atışı hesab olunur. Uzatmalarının sonunda Meloun çox uyğunsuz vəziyyətdə topu əldə etmiş və yan xəttin yanından dəqiq atışla topu səbətdən keçirmiş. Bu ana qədər Uizards məğlun durumda idi. Bu top komandaya qələbə gətirdi.
Zumər Surəsi
39-cu surə
Zuma (videooyun)
Zuma - PopCap Games oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. Oyun 2004-cü ildə "İlin ən yaxşı RealArcade oyunu" mükafatını qazanmışdır. 2009-cu ildə oyunun versiyası Windows ve Mac Os üçün hazırlanmışdır. Windows versiyasında oyunun adı "Zuma Deluxe" kimidir. Zumanın məqsədi müəyyən bir yol izləyən bütün topları eyni rəngləri bir araya gətirərək yox etmək və sarı qurbağa başına gəlmələrini maneə törətməkdir. Topları tamamilə yox edilincə hissə keçilir. Toplardan bir dənəsi sarı qurbağa başına çatsa oyun itirilir. Yuxarıdakı sarı rəngli bar dolana qədər toplar gəlməyə davam edəcəkdir. Bir yığ eyni rəng topları bir yerə gəlsə, bunları istifadə edərək bir partlama yarada bilir və ya topları yavaşladıb bir müddətə geri göndərmək olar. Arada yaranan boşluqlar sayəsində xal ala bilərik.