1. ZƏHMƏT [Həkim:] Nə zəhmət; borcumuzdur, ay ata (B.Vahabzadə); ƏZİYYƏT Mirzə Cavad: Ay balam, nahaq yenə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? (Ə.Hanverdiyev); NARAHATLIQ ..sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər) (M.İbrahimov).
2. ZƏHMƏT, ƏZİYYƏT (ağır iş, ağır zəhmət) Məgər... minlərlə qızlar bundan da yüz qat artıq zəhmətə, ağırlığa, əziyyətə dözməyə hazır deyildir? (M.İbrahimov); CƏFA [Molla İbrahimxəlil:] ...siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz (M.F.Axundzadə); ZİLLƏT Andıqca Bakıdakı keçmiş dərdi, zilləti... (S.Rüstəm).
3. ZƏHMƏT, İŞ [Gülbadam] işdən, zəhmətdən qorxmazdı.. (N.Nərimanov); RƏNC Yox, yox əlinizin zəncidir bunlar; Sizin bağbanlıqda təcrübəniz var (Ə.Kürçaylı).
4. zəhmət bax əmək