Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur.
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir. 2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür. 2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.
Rəhman Musayev
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.
Rəhman Məmmədov
Rəhman Məmmədov (nazir) — dövlət xadimi. Rəhman Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. 2 fevral 2024-cü il tarixində vəfat edib. Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.
Rəhman Quliyev
Rəhman Quliyev (26 iyul 1954, Bakı – 7 aprel 2010, Bakı) — "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1978–1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981–1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984–1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Rəhman Qurbanov
Qurbanov Rəhman Əlisgəndər oğlu (1946, Bakı) — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010-2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü. Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1968-1986 illərdə “Xəzərdənizneft” Birliyinin Serebrovski adına (indiki “Qum adası”) neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986-1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” neft və qazçıxarma idarəsinin rəisi, 1994-2003-cu illər ərzində ARDNŞ-nin “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin baş direktoru, 2006-2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş, 1988-ci ildə “Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Respublikası əməkdar mühəndisi” adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rəhman Rasimoğlu
Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu; 4 may 1971, Məlhəm, Şamaxı rayonu) — azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Rasimoğlu 4 may 1971-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub. Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə — Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003–2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb.
Rəhman Rəhmanov
Rəhman Rəhmanov (tam adı: Rəhman Tofiq oğlu Rəhmanov; 29 aprel 1957, Bakı) — Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2014). Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb. Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub. Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib. Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.
Rəhman Surəsi
55-ci surə
Rəhman Səfərəliyev
Rəhman Xəlilov
Rəhman Xəlilov (13 sentyabr 1977, Bakı) – Rusiya və Azərbaycanlı iş adamı və xeyriyyəçisidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmuşdur. Azərbaycanın Qış İdman Növləri Federasiyasının prezidentidir (2013-2015). 1977-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olmuş və Moskva şəhərində böyümüşdür. 1998-ci ildə Cenevrədə (İsveçrə) Avropa Universitetini bitirmişdir. 2001-ci ildə isə Cenevrə Beynəlxalq Universitetinin “Beynəlxalq Biznes” fakültəsini bitirərək diplom almışdır. 1997-2007-ci illərdə “Lukoil PSC”-nin strukturuna daxil olan Lukoil-Türkiyə və Litasko S.A (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə, həmçinin RIROIL (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışmışdır. 2008-ci ildə neft və neft məhsullarının daşınması üzrə iri biznes olan REILGO (əvvəllər ISR Trans brendi altında) şirkətini təsis etmişdir. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixtisaslaşıb. Xəlilovun rəhbərliyi ilə şirkət yükdaşımalar bazarında liderlər sırasına daxil olaraq, Rusiyada ən böyük vaqon-sistern sahiblərindən birinə çevrilmişdir (3-cü yer).
Rəhman İsmayılov
Rəhman Şirinov
Rəhman Əjdərov
Rəhman Əlizadə
Əlizadə Rəhman Balarza oğlu — Azərbaycan teatr dramaturq — rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sabiq baş rejissoru Rəhman Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub. İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nikah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb. "Bacıoğlunun nağılı" (hekayə, "Ulduz", 1979) "Yazı masası haqqında" (hekayə, "Azərbaycan", 1979) "Əncir qurusu" (povest, "Azərbaycan", 1981) "Diqqət! Başlayıram" (pyes, "Qobustan", 1980) Tamaşaya hazırlanmış ilk pyesləri: "Kəndimizin narları" pyes (Şəki Dövlət Dram Teatrı, 1980) "Doğmalar" pyes (Gəncə Dövlət Dram Teatrı, 1981) "Dadaşbala əməliyyatı" pyes (Dövlət Gənclər teatrı, 1986) "Sabah çoxdan başlanıb" pyes (Gənc Tamaşaçılar teatrı, 1988) "Laləli düzən" pyes (Dövlət Gənclər teatrı, 1991-ci il) 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s.
Rəhman Əsədullahi
Rəhman Süleyman oğlu Əsədullahi (20 mart 1951, Tehran) — Azərbaycan əsilli İranlı musiqiçi, bəstəkar, qarmon ifaçısı. Babası Əbdürrəhim bəy qarmon ifaçısı olub. Qarmonda ilk çalmağı anasından öyrənib. İlk musiqi təhsilini isə Tehran şəhərində tanınmış qarmon ifaçısı, əslən azərbaycanlı olan Əli Əkbər əfəndidən alıb. İran İslam İnqilabına qədər İranda çoxsaylı konsertlər verib. 1986-cı ildə İranı tərk etməyə məcbur qalıb və Almaniyaya mühacirət edib. 1995-ci ildə İsveçrədə keçirilən akkordeon və qarmon ifaçılarının müsabiqəsində birincilik qazanıb. 1946-cı ilin noyabr ayında Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Demokrat Firqəsi süqut etdikdən sonra Məhəmməd Rza Pəhləvi tərəfindən azadlıq mübarizələrində iştirak edənlərə qarşı divan tutulur və bu səbəbdən Təbriz şəhərindən Tehran şəhərinə böyük köçlər başlayır. Köçənlər arasında Rəhmanın atası Süleymanla anası Məsturə xanım da olur. 20 mart 1951-ci ilin Novruz bayramında Tehranda, Rəhman dünyaya gəlir.
Rəhman Əzizzadə
Rəhman Əzizzadə (Rəhman Həsən oğlu Əzizzadə; 24 iyul 1993, Mamusta, Lənkəran rayonu) Qarabağ Qazisi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan Gizir, Prezident təqaüdçüsü. Əzizzadə Rəhman 24 iyul 1993-cü ildə Lənkəran şəhəri Mamusta kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmmədov adına 110 saylı tam orta məktəbə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi xüsusi fərqlənmə ilə bitirmişdir. 2011-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılmışdır. N saylı hərbi-hissədə xidmətə başlamışdır. 1 il 6 aylıq hərbi xidmətini xüsusi fərqlənmələr ilə başa vurmuşdur. Vətənə olan sevgisi onu həqiqi hərbi xidmətini başa vuran kimi yenidən ordu sıralarına aparmışdır. O, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində fəaliyyət göstərən Gizirlər kursuna qatılmışdır. Kursu bitirdikdən sonra Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Füzuli rayonu N saylı hərbi-hissəsində xidmətinə "Gizir" rütbəsində davam etdirmişdir.
Rəhman Əşrəfov
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi. Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (Həştrud)
Mehman (fars. مهمان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (35 ailə).
Mehman (ad)
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mehman Abdullayev
Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri. == Həyatı == Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir. 30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir. == Seçilmiş əsərləri == XIX əsrin 20–30-cu illərində Şimali Azərbaycanın dövlət kəndində rus çarizminin maliyyə siyasəti "Tarix və onun problemləri"jurn.,2001, I sayı Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. Kürəkcay müqaviləsi (Müqavilənin bağlanmasının 200 illiyinə) "Tarix və onun problemləri"jurnalı, 2005, II sayı XVIII əsrin II yarısı-XIX əsrin ortalarında Azərbaycanda vəqf institutu(Qarabağa aid materiallar əsasında) Bakı Universitetinin Xəbərləri(humanitar elmlər seriyası). Bakı, 2007, sayı 1 Naxçıvan xanlığına aid kəngərli sənədlərində mülk torpaq sahibliyinin xüsusiyyətləri. "Azərbaycan tarixinin aktual problemləri" adlı elmi metodiki konfransı "Tarix və onun problemləri"jurnalı, 2007, III sayı Rusiya İmperiyasının Azərbaycanda müstəmləkə siyasətinin bəzi aspektləri (XIX əsrin ilk onillikləri) // "Geostrategiya" № 1, Yanvar-fevral 2013, Azərbaycan Səfəvi Dövlətinin Tarixinə Bir Baxış: Tariximizin şanlı səhifəsi və Qürur Mənbəyimiz // TQDK. Abituriyent jurnalı № 2, 2013 Вакфная земельная собственность в Азербайджане в период ханств: "Хабаршы" тарих сериясы, Вестник Казахский Национальный Университет имени Аль- Фараби № 2 (69)2013 1918-ci ilin Mart soyqırımı — Təhsil jurnalı № 03, 2014 (http://www,sciencepublishinggroup.com/j/history) Wakf in the socio-ekonomic structure of Azerbaijan, the place of Wakf property (on the basis of archival materials of Etchmiadzin monastery) Xanlıqları Döründə Azərbaycanda Ali Zümrənin tərkibi və statusu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları, 21–23 may 2018 il s.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mehman Alıyev
Mehman Alışanov
Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub. == Həyatı == Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır. == Karyerası == Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib. Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb.
Mehman Ağayev
Mehman Ağayev (31 avqust 1946, Masallı rayonu – 15 aprel 2021, Bakı) — tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu (2011–2019). == Həyatı == Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında "Böyrəkköçürmə və hemodializ şöbəsi"nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun "Hemodializ və Böyrəkköçürmə Laboratoriya"sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.
Mehman Baxışov
Mehman Baxışov (futbolçu)
Mehman Cavadoğlu
Mehman Cavadoğlu (11 dekabr 1955, İsmayıllı rayonu) — yazıçı == Həyatı == Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub.
Mehman Dadaşov
Mehman Dəmirli
Mehman Dəmirli (Dəmirli Mehman Əlişah oğlu; d. 1964. Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ) — Hüquq elmləri doktoru, professor. “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru. == Həyatı == Dəmirli Mehman Əlişah oğlu 1964-cü il yanvarın 23-də Azərbaycan Respublikası Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini, 1994-cü ildə isə həmin universitetin aspiranturasını (qiyabi) bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət-hüquq şöbəsində işləyib. 1994-2003-cü illərdə Bakı Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası və Bakının digər ali məktəblərində dərs deyib. M.Dəmirli 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında (indiki “Odessa Hüquq Akademiyası” Milli Universiteti) “Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə isə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasında (Xarkov) “dövlət və hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə “Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənə və yenilənmə (epistemoloji analiz)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Mehman Hacıyev
Mehman Hüseynov
Mehman Rafiq oğlu Hüseynov (24 noyabr 1989, Bakı) — foto və video bloqqeri, siyasətçi, "Sancaq" səhifəsinin sahibi. == Həyatı == Mehman Hüseynov 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alıb. === Həbs edilməsi === Mehman Hüseynov həbs olunmamışdan əvvəl onun başına torba keçirilib polislər tərəfindən qaçırılmışdı. O deyirdi ki, artıq nəfəs ala bilmirdim. 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə məhkəmə prosesi baş tutdu. Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən proses qısa sürdü və Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edildi. === Yenidən cinayət işi === Mehman Hüseynova dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirməsi iddiası ilə yenidən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıldı. === Həbsdən azad edilməsi === 2019-cu ilin yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.
Mehman Həsənov
Mehman Muradov
Mehman Musayev
Mehman Musayev (tam adı Mehman Musa oğlu Musayev) — professor. 5 sentyabr 2019-cu ildə vəfat etdi == Həyatı == Mehman Musayev 1950-ci il avqust ayının 14-də Azərbaycan Respublikası Kürdəmir rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət universitetini, 1975-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu,1995-ci ildə isə Azərbaycan Respublikası Yüksək Təsnif Qurumunu bitirmişdir. Hal-hazırda Türkiyə Respublikasında yaşayır. Qazi Universiteti, Fən-Ədəbiyyat Fakultəsi; Çağdaş Türk Lehçələri və Ədəbiyyatları Bölümündə fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === 1975-1979 – Moskvada SSCB Elmlər Akademiyası Dilçilik İnstitutunda; 1978-1992 – Bakıda Elmlər Akademiyasında və Üniversitelərdə Dilbilim ve Türkologiyaya aid müxtəlif kurs və seminarlar; 1993-2004 – Ankara və Türkiyədə müxtəlif üniversitelerde Türkologiyaya aid müxtəlif kurs və seminarlar; 1993-2008 – TRT, TRT İNT Avrasiya proqramlarında, Türk Dünyasına ve Türkologiyaya aid çıxışlar.
Mehman Məmmədov
Mehman Nadirov
Mehman Qəhrəman oğlu Nadirov (1960, Puşkin rayonu) — səs mühəndisi, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2009) Evlidir, 3 övladı var. == Fəaliyyəti == 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir. == Ad == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2009) == Filmoqrafiya == Səs mühəndisi kimi Yalan (film, 2005) (tammetrajlı bədii film) Səs rejissoru kimi İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Biz birlikdə qalib gələcəyik (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Balaca ev (film, 2012) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Qatil (film, 2015) (tammetrajlı bədii film) Səs operatoru kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Çölçü (film, 2012) (tammetrajlı bədii film) "Ağ-qara" gecələr (film, 2013) (tammetrajlı bədii film) Digər Xeyirxah kirpi (film, 2009) (cizgi filmi) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) Tırtılın arzusu (film, 2010) (cizgi filmi) İstədiyin yar (film, 2012) Nizami (film, 2012) (qısametrajlı sənədli film) Balaca ev (film, 2013) (cizgi filmi) Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film) Qisas almadan ölmə.
Mehman Qafarov
Mehman Quliyev
Mehman Qənbərov
Mehman Nəriman oğlu Qənbərov (27 may 1981; Ağdam rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Qənbərov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.