ZƏNBƏQ
ZƏNBİLBAF
OBASTAN VİKİ
Zənbil
Zənbil — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar. Səngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır.
Çoğa Zənbil
Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib.
Zənbilli Əli Əfəndi
Zənbilli Əli Əfəndi (1445, Aksaray – 1526, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Karaman, Konya, İstanbul və Bursada oxudu. 1503-cü ildə şeyx oldu. Beyazıt mədrəsəsinə müəllim təyin edildi. Qanuni dövrdə xidmət etdi. Rodosun fəthində iştirak etdi. 1526-cı ildə İstanbulda vəfat etdi. Türbəsi zeyrek yamacındadır. Kanunî dövründə Rodos adasını fəth etdi və məscidə çevrilən Saint Jean Katedralində ilk cümə namazını qıldı. Mənbələrdə elmi mövzularda sədaqət göstərmədiyi və hətta sərt xasiyyəti olan Yavuz Sultan Səlimə qarşı çıxdığı izah edilir.

Значение слова в других словарях