ZƏNGÇALAN
ZƏNGÇİÇƏKLİLƏR
OBASTAN VİKİ
Kiprikli zəngçiçəyi
Kiprikli zəngçiçəyi - (lat. Campanula ciliata) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu şaquli, yoğundur. Gövdəsi 7-15 sm hündürlükdə, düz, birçiçəklidir. Kökyanı yarpaqları sıx rozet əmələ gətirirlər, demək olar ki, oturaq, xəttvari-lansetvari və ya uzunsovlansetvari, qıraqları vəzivari dişcikli və arxaya burulmuş kirpikli, hər iki tərəfdən çılpaqdır. Gövdə yarpaqları nisbətən kiçik, dar xəttvari, qıraqları kirpiklidir. Kasacığı çılpaq, dişcikləri ağkirpikli, xəttvari-lansetvari və ya xəttvaridir. Tacı mavi, tərs konusvari və ya zınqırovvari, çılpaq, bəzən damarlar boyu kirpiklidir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Qayaların üstündə, töküntü torpaqlarda, yüksək dağ çəmənlərində bitir.
Qaraquş zəngçiçəyi
Qaraquş zəngçiçəyi (lat. Campanula karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür. Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.
Sarmat zəngçiçəyi
Sarmat zəngçiçəyi - (lat. Campanula sarmatica) Çoxillik bitkidir. Gövdəsi yoğun, dikduran, sadə ya da budaqlı, hündürlüyü 50 sm, tüklənmişdir. Kökyanı yarpaqları 10 sm uzunluqda, 3-5 sm enində, uzunsov və ya yumurtavari-uzunsov, ucları kütdür. Gövdə yarpaqları yumurtavari-uzunsov, qısa saplaqlıdır. Yuxarı yarpaqları oturaq, kiçik ölçülü, lansetvaridır. Yarpaqların hamısı iki tərəfdən keçəvari, kənarları dişlidir. Çiçəkləri 2,5-3 sm uzunluqda, salxımvari çiçəkqrupuda, tacı açıq mavi, bəzən ağ rəngdədir. Kasacığınn dişləri üçkünclansetvari, iti, çiçək tacından 2-3 dəfə qısadır. Qutucuq əyilmiş, toxumları açıq-boz, yumurtavari, yastılanmış, haşiyələnmişdir.
Xallı zəngçiçəyi
Xallı zəngçiçəyi (lat. Campanula punctata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. Campanula punctata var. hondoensis (Kitam.) Ohwi ex T.Shimizu Campanula punctata var.
Yumaqvari zəngçiçəyi
Yumaqvari zəngçiçəyi (lat. Campanula glomerata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. Syncodon glomeratum (L.) Fourr.
Zoysa zəngçiçəyi
Favratia zoysii (lat. Favratia zoysii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin favratia cinsinə aid bitki növü. Bu bitki Avstriya, şimali İtaliya və Sloveniya üçün endemik hesab olunur. Favratia zoysii daha çox əhəngdaşlarından təşkil olunmuş Yuliya Alpları yamaclarında və Kamnik-Savin Alplarında bitir. Bundan başqa İtaliyanın və Avstriyanın Cənub Əhəngdaşları Alplarında da müşahidə edilir. Çox aşağı temperatura davam gətirə bilir — −35 °C və -40 °C. Bitkinin ziyanvericisi ilbizlər hesab olunur. Bitki adətən kiçik boyludur. Orta hündürlüyü 5-7 sm olur. Nadir hallarda isə hündürlüyü 23 sm qədər çatır. Bitkinin kasacıq yarpaqları bitki böyüdükcə artır.
Zəngçiçəyi
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Zəngçiçəyikimilər
Zəngçiçəyikimilər (lat. Campanulaceae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Ot, yarımkol, bəziləri isə kol və alçaq ağaclardır. 5-üzvlü çiçəkləri ikincinsiyyətli, meyvəsi qutucuq, yaxud giləmeyvədir. Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında və Cənub yarımkürəsinin tropiklərində və mülayim iqlimli zonalarında 70 cinsə mənsub 2000-ə qədər növü bitir. Azərbaycanda 7 cinsi (61 növü) yayılmışdır. Bəzi növlərinin tərkibində kauçuk, C vitamini və s. var. Əksəriyyəti dekorativ bitkidir. Lobeliaceae Juss.
Zəngçiçəyinəoxşar azineuma
Zəngçiçəyinəoxşar azineuma (lat. Asyneuma campanuloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin azineuma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar"a aiddir. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 50-70 sm hündürlükdədir. Yarpaqları noxudvari və ya mişardişlidir, 5-8 sm uzunluqda, 2-4 sm enindədir. Aşağı yarpaqları yumurtavari və küt, digərləri oturaqdır. Çiçəkqrupu sünbülvari, topaşəkilli göy-bənövşəyi çiçəklərdən ibarətdir. Kasacığı çılpaq, ensiz tərs -konus formalı,şırımlıdır.
Zəngəzur zəngçiçəyi
Zəngəzur zəngçiçəyi (lat. Campanula zangezura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir.
Enliyarpaq zəngçiçəyi
Enliyarpaq zəngçiçəyi (lat. Campanula latifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə, çılpaq və ya kifayət qədər seyrək tüklüdür, uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir, südlü şirəsi vardır. Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7–12 sm, eni 3–6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki, tamkənarlıdır. Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki, sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır. Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir.

Digər lüğətlərdə