ÇAR-NAÇAR

[fars.] нареч. чарасуз, чара атӀана, кӀанз-такӀанз, мажбурдаказ, гужа-гуж.
ÇAR
ÇARDAQ
OBASTAN VİKİ
Çar (hərf)
𐕂 (səslənməsi: /tsˈ/; transkripsiyası: C̣, c̣) — Alban əlifbasının 19-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճառ (Čar̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və fonetik olaraq dil-yuvaq affrikatıdır. Rəqəm dəyəri 100-dür.
Çar Bombası
Çar Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Çar Rusiyası
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Çar Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
III Filip (çar)
Filip Arridey — Makedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı. == Həyatı == Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu. == Hakimiyyəti == Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu.
Rütbələr (Çar Rusiyası)
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.
Çar ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar

Digər lüğətlərdə