Çaxmaq feili ilə kökdaşdır. “Bir-birinə çaxılmaq” mənasını əks etdirir. Deməli, çaxnaşmaq “çaxmaq” feilinin qarşılıq –birgəlik növündə işlədilmiş formasıdır. Dialektlərdə yığmaq feilindən yığnal forması özünü göstərir. Həmin qəlib üzrə də çaxmaq kəlməsindən çaxnal feili əmələ gəlib. Sözün törəmə kökü yığna vəçaxnadır, -aş isə qarşılıq-birgəlik bildirən şəkilçidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)